Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə61/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   57   58   59   60   61   62   63   64   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
74


Uçuş zamanı yanan mayelərin axmasının və yük bölməsinin qazla dolmasının aradan qaldırılması 
mümkün olmadıqda, HG-nin komandiri bu haqda uçuş üzrə növbətçiyə xəbər verir və uçduğu hava 
limanına qayıtmaq və yaxud ən yaxın aerodroma oturmaq haqqında qərar qəbul edir. Bu halda 
uçuş 4000 metr hündürlükdə yerinə yetirilir. Yanğın təhlükəli yük olan kabinədə (yük bölməsində) 
yanğın törədikdə, gəminin komandiri yanğının bortda olan bütün yanğınsöndürmə vasitələrini 
istifadə etməklə söndürülməsinə dair komanda verməyə borcludur və HG-ni təcili olaraq 4000 m 
hündürlüyə endirməli və bu haqda uçuş üzrə növbətçiyə (dispetçerə) xəbər verməlidir.
Təhlükəli yüklərlə işləyən zaman, işləyənlərin zədələnməsinin və yaxud maddi ziyan vuran 
qəzalar baş verdiyi halda aviamüəssisənin rəhbəri müəyyən olunmuş qaydada qəzanın və bədbəxt 
hadisələrin səbəblərinin təhqiqini təşkil edir, eləcə də onların nəticələrinin və törəmə səbəblərinin 
aradan qaldırılması üçün tədbirlər görür.
• 
İki qrupa bölünün və verilən şəkilə (şəkil 4.) diqqət yetirin. Şəkildə hansı proses 
həyata keşirilir. Bu prosesi ardıcıllıqla flipçata yazıb müəllimə təqdim edin.
• 
Hava yolu daşımasında tətbiq olunan qaimə formalarını hazırlayıb müvafiq qaydada 
tərtib edin.
• 
Qruplara bölünərək növbədən kənar hava yolu daşımasının təşkilini səhnələşdirin.
• 
Hava yolu daşımasının üstünlüklərinə dair təqdimat hazırlayın.
• 
Hava yolu daşımasının çatışmazlıqlarına dair təqdimat hazırlayın.
• 
Müxtlif ölçülü tara formaları hazırlayın.
• 
Hazırlanmış tara formalarının üzərində barkodlaşma əməlyatını yerinə yetirin.
• 
Qrup yaradıb yükləmə-boşaltma işlərinə nəzarət üzrə təhlükəsizlik texnikasına dair 
təlimlər hazırlayın.
• 
Təhlükəli yüklərin siyahısını hazırlayın.
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 
• 
Hava yolu yük daşımasının təşkilinin əsas prinsipləri hansılardır? 
• 
1 №li qaimə nə üçündür və hansı gəngdə olur?
• 
Qeyri müntəzəm aviadaşımalar dedikdə nə başa düşülür?
• 
Karqonun hava yolu nəqliyyatına qəbulu prinsipləri hansılardır?

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin