Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə58/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   54   55   56   57   58   59   60   61   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
71


iriləşdirilmiş formada (məsələn 500 q, 1000 kub.m) göstərilməli;
• Qablaşdırmada qeyd olunan qiymət dəqiq və yaxşı görünən olmalı;
• Məhsulun istehsal müddəti və köhnəlməsi (istifadəyə yarasız olduğu) müddətinə nəzarət 
məqsədilə xüsusi göstərişlər qablaşdırma materialının üzərində əks olunmalıdır. 
Lakin qeyd olunan bu normalarla yanaşı iqtisadiyyatın ayrı-ayrı sahələrində qablaşdırmaya aid 
edilən bir sıra dövlət və beynəlxalq normalar mövcuddur. Məsələn, toxuculuq sənayesində təmiz 
yun parçalardan hazırlanan məhsullar onların hansı temperaturda yuyulması və ya təmizlənməsi, 
habelə ütülənməsini göstərən xüsusi marka və etiketlərə malik olurlar.
Məhsullar taralarda qablaşdırıldıqdan sonra bu məhsulları ətraf mühitin neqativ təsirlərindən 
qorumaq və taralarda saxlanılan məhsulların logistik kanallar üzrə hərəkəti zamanı tanınması üçün 
marka hazırlanmalı və onların üzərinə etiket yapışdırılmalıdır. Bu məqsədlə məhsulların təbiətindən, 
nəqletmə və saxlanma zamanı oğurlanması, dağılması ehtimallarından asılı olaraq sözlərdən və ya 
kod nömrələrindən istifadə olunur. Bununla yanaşı optik skaynerin köməyilə oxunan etiketlərdən 
də praktikada geniş istifadə olunur. Bir çox məhsullara, xüsusilə ərzaq məhsulları və dərman 
preparatları qablaşdırılmış taraların üzərinə partiyanın nömrəsi də qeyd edilir. Bu hər şeydən əvvəl 
onların logistik kanallar üzrə fiziki hərəkətlərinə operativ nəzarət etmək imkanı verir.
Etiketlərdən istifadəni tənzimləyən çoxlu sayda qaydalar mövcuddur. Bunların içərisində 
əməl edilməsi vacib hesab olunan qablaşdırılan məhsulun kütləsi haqqında informasiyanın 
mövcudluğudur. Hal-hazırda belə tip etiketlər böyük ölçülü taraların üz səthinə vurulur. Çünki, 
əksər məhsullar yeşiklərlə, korobkalarla satıldığından alıcı və ya nəqliyyat departamentləri əsasən 
diqqətlərini məhz bu informasiyaya yönəldir.
Adətən, məhsullar istehsal yerləri və ya sahələrində konveyerin axırında qablaşdırılır. 
Məhsulların qablaşdırıldığı yerdə də onların üzərinə etiket yapışdırılır. Konveyerin axırında 
istehsal olunmuş məhsulların uçotu aparılır. Konveyerdən sonra qablaşdırılmış məhsullar hazır 
məhsul ehtiyatına çevrilir və firmanın satış üzrə logistik sisteminə daxil olur.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq qablaşdırma əsasən aşağıdakı funksiyaları yerinə yetirir: 
• Məhsulların ətraf mühitin neqativ təsirindən mühafizə edilməsi;
• Məhsulun və ya qablaşdırıcı materialların reklamı;
• Məhsulların istehlak xassələrində və xüsusiyyətlərində dəyişikliklərin baş verməməsi və 
onların kəmiyyətcə mühafizə edilməsinin təmin olunması;
• Anbar logistik və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin 
formalaşdırılması; 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin