Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   52   53   54   55   56   57   58   59   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
4
69


Tara, qablaşdırma və yükün barkodlaşdırılması
Daşınma, yükləmə və boşaltma prosesi zamanı zədılənmə və ya xarab olma təhlükəsi olan 
yüklərin daşınması üçün yük göndərən öz yükünü qablaşdıtılmış və poletlənmiş qaydada təqdim 
etməlidir. Poletləmə və qablaşdırma istismara istismara yaralı və müvafiq norma və standartlara 
uyğun olmalıdır. Qeyri standart qablaşdırma kənd təsərrüfatı məsulları üçün istisna xarakterlidir.
Poletləmə və qablaşdırma zamanı yükün xüsusiyyətləri nəzərə alınmalıdır ki, yük zədələnməsin və 
digər yüklərəi zədələməsin.
Maye və digər xüsusi xarakterli yüklərin daşınması üçün nəzərdə tutulan dəmir, taxta, şüşə, 
plastik, keramik və s. qablar uçuş prosində yarana biləcək dəyişkən təzyiqə, hündürlüyə və 
temperatura dözümlü olmalıdır. Yük daşıma qaiməsində yükün barkodlaşması barədə qeydiyyat 
aparılır.
Tara
- istehsal olunmuş hazır məhsulların normal saxlanması və son təyinat məntəqəsinə qədər 
daşınmasını asanlaşdırmaq, ətraf mühitin neqativ təsirlərindən qorumaq və habelə istehlakçılarda 
alış motivləri yaratmaq məqsədilə məhsulların müvəqqəti qablaşdırıldığı sənaye məmulatıdır. Başqa 
sözlə, «tara» məhsulun qabla birlikdə ümumi çəkisi (brutto) ilə xalis çəkisi (netto) arasında fərqi ifadə 
edir. Taralara - müxtəlif materiallardan hazırlanmış yeşiklər, boçkalar, bidonlar, flakonlar, bankalar
kisələr, barabanlar, qəfəsələr, qutular, qablaşdırma toxumaları və s. aid edilir. Tara növlərinin 
çoxluğu, müxtəlifliyi onlarda qablaşdırılan məhsulların fiziki-kimyəvi xassələrinin müxtəlif olması 
və məhsulların logistik sistem daxilində yerdəyişməsi şərtləri və şəraiti ilə əlaqədardır.
Logistik nöqteyi-nəzərdən 
qablaşdırma 
məhsulların fiziki bölüşdürülməsi və nəqletmə, 
anbarlaşdırma, yüklərin emalı kimi logistik əməliyyatların yerinə yetirilməsi prosesində 
zədələnmədən, itkilərdən qorunub saxlanması zamanı Uçot Müqavilə Vahidlərinin (UMV) 
ahəngdarlığını təmin edən kompleks vasitədir. Bununla əlaqədar olaraq taralar öz təyinatlarına 
uyğun konkret texniki, iqtisadi və estetik tələblərə cavab verməlidir. 
Texniki tələblərə tara materiallarının məhsulların fərdi xassələri və xüsusiyyətlərinə 
uyğunluğu, onun konstruksiyasının məhsulların ölçülərinə müvafiqliyi, möhkəmliyi, yüngüllüyü, 
yükləmə-boşaltma əməliyyatlarının yerinə-yetirilməsi zamanı daha əlverişli olması, ölçülərinin 
məqsədəuyğunluğu və s. aiddir. Taranın konstruksiyası və onun mürəkkəblik dərəcəsi məhsulun 
keyfiyyəti və itkilərin həcminə bilavasitə təsir göstərir. Tara yüngül və sahmanlı olduqda əmək 
məhsuldarlığı yüksəlir, yükləmə-boşaltma işləri asanlaşır. 
Taranın zahiri gözəlliyi, istehlakçı zövqünü oxşaması və onların diqqəti cəlbetmə dərəcəsi, 
tərtibatı, orijinallığı, məhsulları bu və ya digər dərəcədə reklametmə səviyyəsi, satışın 
həvəsləndirilməsi və s. estetik tələbləri təşkil edir. Zahiri görünüşü ilə alıcıların diqqətini cəlb 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin