Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə53/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   49   50   51   52   53   54   55   56   ...   80
dasima-modellari

Təzyiqin dəyişməsi.
Uçuş zamanı yüksəklik dəyişdikdə, atmosfer təzyiqinin 68 kPa qədər aşağı 
düşməsi mümkündür. Yüksək təzyiqin azaldılması üçün yay vaxtı yüklü bağlamanı (taranı, qabı) 
hava gəmisinə yükləməzdən əvvəl sərin yerdə saxlanması tövsiyə olunur.
Böyük yüksəklikdəki aşağı atmosfer təzyiqi aseton, etil spirti, metil efiri, dietil spirti, xlorlu etil 
və digər mayelərin buxarlanmasını çoxaldır, ona görə də belə yüklərin daşınması yalnız germetik 
(kip) qablarda həyata keçirilməlidir.
Əgər qab (tara) və onun bağlayıcı qurğusu sınaq təzyiqlərinin tələblərinə cavab vermirsə, uçuş 
vaxtı atmosfer təzyiqinin aşağı düşməsi də maye tərkibin axmasına və yaxud qabın (taranın) 
dağılmasına gətirib çıxara bilər.
Vibrasiya.
Təhlükəli yüklərlə yüklənmiş hava gəmilərində 7 Hers tezlikdə 5 mm-dək (hansı ki,
TƏLİM NƏTİCƏSİ
4
66


1q təcilinə uyğundur) və 200 Hers tezlikdə 0,05 mm-dək (hansı ki, 8q təcilinə uyğundur) amplitudaya 
malik olan diapazon arasında vibrasiyaya məruz qala bilər.
Vibrasiya qabın (taranın) konstruksiyasının materialında yüksək gərginlik yaradır, bu da qabda 
çatların əmələ gəlməsinə (xüsusən qaynaq yerlərində), qapaqların və tıxacların açılmasına, bunlar 
da öz növbəsində, kipliyin pozulmasına və axmaya (dağılmaya) səbəb ola bilər. Bununla əlaqədar 
olaraq, yükgöndərən tıxacların qeyri-ixtiyari açılmalarının qarşısını almaq məqsədilə, xüsusi 
tədbirlər həyata keçirməlidir (xüsusi aralıqların, ilişkənlərin tətbiq edilməsi, ayrı-ayrı hallarda 
qabın, tutumun doldurma boğazlarının qalaylanması). 
Təhlükəli yüklərin qablarına və bağlamalarına olan ümumi tələblər 
Hava daşınmalarına yalnız elə təhlükəli yüklər buraxılır ki, onların bağlamaları, qabların və 
bağlamaların hazırlanması üzrə normativ-texniki sənədlərin tələblərinə uyğun olsun və bu 
qaydaların tələbləri nəzərə alınmaqla hazırlansın və hər hansı uçuş şəraitində təhlükəsiz daşınmanı 
tam təmin etsin. 
Təhlükəli yükləri hazırlayan və ya göndərən təşkilatlar, hüquqi və fiziki şəxslər bu Qaydaların 
qablara və bağlamalara olan tələblərinə riayət olunmasına tam cavabdehlik daşıyırlar. Bunlar 
sertifikatda (4 nömrəli əlavə) edilən qeydlə təsdiqlənir və yük göndərən təşkilatın imzası və möhürü 
ilə və ya yük göndərən fiziki şəxsin imzası ilə rəsmiləşdirilir. Yük bölmələrində daşınan maddələrin 
axması nəticəsində, partlayış təhlükəli qatılığa malik olan buxarlar partlayışa və yaxud yanğına səbəb 
ola bilərlər. Bununla əlaqədar, hava gəmilərində daşınan təhlükəli yüklərin qablarına kipliyin təmin 
olunması cəhətdən yüksək tələblər irəli sürülür. Germetik qablar mütləq hava nəqliyyatı ilə daşınan 
elə təhlükəli yüklərə tətbiq edilməlidir ki, onların özləri tezalışan, zəhərli, korroziyaedici olsunlar 
və yaxud o, onlara oxşar buxarlar və qazlar ayırsınlar, eləcə də quruduqda partlayıcı, ya da hava və 
yaxud su ilə əlaqədar olduqda təhlükəli təsirə malik ola bilsinlər. Qabın (taranın) və bağlamanın 
quruluşu, adi hava daşınmaları şəraitində istilik, nəmlik, təzyiq və yaxud vibrasiya dəyişmələri 
nəticəsində əmələ gələ bilən hər hansı axmanın qarşısını almalıdır. Təhlükəli yüklərin daşınması 
üçün təyin olunmuş qabların (taraların) və bağlamaların materialları daşınan maddəyə qarşı inertli 
(təsirsiz) olmalıdır, korroziyaya, yumşalmaya, kövrəkliyə və yaxud yüksək, ya da aşağı temperaturun 
təsiri nəticəsində xarab olmağa, mexaniki yorulmaya, həmçinin daşınma zamanı meydana gələn 
digər faktorlara məruz qalmamalıdır. 
Şüşədən, saxsıdan, keramikadan olan qablarda daşınan hər bir maye maddənin qablarının 
qorunması təmin olunmalıdır, eləcə də axma və dağılma zamanı mayenin hava gəmisinin döşəməsinə 
və döşəməaltı boşluqlara axmasının qarşısını almaq üçün maddənin tam hopdurulmasını təmin 
edən aralıq materiallarına malik olmalıdır. 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin