Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti “Fiziki coğrafiyanın əsasları” fənni üzrə Tələbə:Əfruzə Quliyeva Fakültə:Coğrafiya İxtisas :Coğrafiya müəllimliyi Qrup:1230 Müəllim:Həsənəliyeva Ləman Mövzu: (Hidrosfer) Atmosfer təzyiqi .Barik sahə.Barik sistemlər.Atmosferin ümumi sirkulyasiyası.Atmosfer və yağıntıların paylanması.İqlim qurşaqları
Bakı 2022
(Hidrosfer) Atmosfer təzyiqi .Barik sahə.Barik sistemlər.Atmosferin ümumi sirkulyasiyası.Atmosfer və yağıntıların paylanması.İqlim qurşaqları Atmosfer təzyiqi - atmosferin Yer səthinə və cisimlərə etdiyi təzyiqdir. Hər bir noqtədə Atmosfer təzyiqi o noqtədən atmosferin üst sərhədinə qədər olan hava sutununun ağırlığı ilə muəyyən olunur. Okean səviyyəsində, 450 en dairəsində, 00 C temperaturda yer səthinin 1sm2 sahəsinə atmosfer sütunu 1033,2 qr. ağırlıqla təzyiq göstərir ki , bu da 760mm hündürlüyündə olan civə sütununun həmin səthə göstərdiyi təzyiqlə eynidir. Buna görə də şərti olaraq civə sütununun 760mm-ə bərabər təzyiqi NORMAL ATMOSFER TƏZYİQİ kimi qəbul edilmişdir. Normal atmosfer təzyiqi 760 mm hundurluyundə civə sutununun ağırlığına bərabərdir. Atmosfer təzyiqini olçmək ucun təzyiq vahidi olaraq bar qəbul edilmişdir. Atmosfer təzyiqi barometrlə ölçülür.2 cür barometr olur:civəli və metal barometr.
Havada toz hissəcikləri və havanın öz çəkisi atmosfer təzyiqini əmələ gətirir. Demək olar ki, hava yer səthində bütün cisimlərə və canlılara təsir göstərir. Reallıqda isə o çox yüngüldür. Dəniz sahilində 1 m³ havanın çəkisi 1 kq 300 qramdır. Yer səthinin hər bir sm² üçün hava 1 kq 33 qram qüvvə ilə təsir göstərir. Yerin hər bir nöqtəsində atmosfer təzyiqi həmin nöqtədən atmosferin yuxarı sərhədinə qədər olan hava sütununun ağırlığına bərabərdir.
Planetar küləklər. Troposferin eyni xassələrə malik böyük həcmli havasına – hava kütləsi deyilir. Hava kütləsi müxtəlif səth örtükləri üzərindən keçərkən onların fiziki xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, okean üzərində hərəkət edən hava kütləsi rütubətli; səhra üzərində hərəkət edən hava quru, isti və tozlu; qar və buz örtüyü üzərində formalaşan hava soyuq, quru və şəffaf olur. Hava kütlələri daxil olduqları ərazinin havasının uzun müddət dəyişməsinə səbəb olur. Temperaturuna görə hava kütlələri isti və soyuq olur. Yer kürəsində 4 hava kütləsi var:
Ekvatorial- isti, rütubətli və bol yağıntılı;
Tropik- isti və quru;
Mülayim- rütubətli və sərin;
Arktik (Antarktik)- soyuq və quru.
Rütubətlənmə dərəcəsinə görə ekvatorial hava kütləsindən başqa, qalan 3 hava kütləsinin hər biri 2 yarımtipə ayrılır:
a) Rütubətli və ya dəniz - su sahəsi üzərində formalaşdığından hava buludlu, rütubətli, yay mülayim və sərin, qış isə yumşaq olur;
b) Quru və ya kontinental - materiklər üzərində formalaşdığından hava quru, aydın, yay isti və quru, qış isə sərt, temperatur amplitudu böyük olur.
Hava kütlələri Yerin Günəş ətrafında fırlanması nəticəsində yayda qütblərə; qışda isə ekvatora doğru meyl edir.
Atmosferin aşağı qatındakı hava kütlələrinin hərəkətinə atmosferin ümumi sirkulyasiyası (və ya dövranı) deyilir. O,atmosferin 20 km-lik alt qatını əhatə edir. Tərkibinə - passat, musson, qərb küləkləri, siklon, antisiklon və hava kütlələri daxildir. Atmosfer sirkulyasiyasında yerli küləklər, məsələn: briz, xəzri, gilavar və s. zəif iştirak edir. Atmosfer sirkulyasiyasının yaranmasına səbəb isti ekvatorial havasının yuxarı qalxması, relyefin mürəkkəbliyi və Yerin öz oxu ətrafında fırlanmasıdır. Atmosfer sirkulyasiyası yağıntıların və istiliyin Yer kürəsində paylanmasını müəyyən edir.
ingilis dilində atmosfer dövranınının qrafik təsviriYer kürəsində temperaturun və təzyiqin qeyri-bərabər paylanması nəhəng atmosfer burulğanlarının: siklon və antisiklonların yaranmasına səbəb olur.
Siklon- mərkəzində alçaq, kənarında yüksək təzyiq olan qapali təzyiq sahəsidir. Siklonun mərkəzində atmosfer təzyiqi normal təzyiqdən (760 mm) aşağı olur. Siklonda külək kənardan mərkəzə doğru əsir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində hava Şimal yarımkürəsində saat əqrəbinin əksinə, Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində olur. Siklonda hava qalxan hərəkətli, küləkli, buludlu, rütubətli və yağıntılı olur. Temperatur azalır.
Antisiklon - mərkəzində yüksək atmosfer təzyiqi olub, kənarlara doğru getdikcə azalması müşahidə edilən qapalı təzyiq sahəsidir. Antiksiklonda hava Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, Cənub yarımkürəsində isə əks istiqamətdə hərəkət edir. Antisiklonda mərkəz tam sakit, kənarlar isə zəif küləkli olur. Hava enən hərəkətli, aydın, buludsuz və yağıntısız olur. Temperatur qışda azalır, yayda isə artır.
Hava kütlələrini bir-birindən ayıran sərhəddə atmosfer cəbhəsi deyilir. Onlar Yer səthinə 10 meylli olub, 10 km-lə uzanır. Üç cür cəbhə olur:
a) Əgər isti hava kütləsi daha fəal olub, soyuq hava kütlələrini geri çəkilməyə məcbur edirsə, bu kütlələr arasındakı cəbhə isti cəbhə adlanır. Lələkli və laylı buludlar yaranır, yağıntı düşür.
b) Əgər soyuq hava kütləsi daha fəal olub, isti hava kütləsini geri çəkilməyə məcbur edirsə, bu kütlələr arasındakı cəbhə soyuq cəbhə adlanır. Topa, topa-yağışlı buludlar yaranır, bol yağıntı düşür, güclü külək əsir.
c) Əgər hava kütlələri bir-birindən kəskin fərqlənmirsə atmosfer cəbhəsi də fəal olmur. Zəif külək əsir, nəzərə çarpmayan rütubət müşahidə olunur. Belə cəbhə stasionar və ya sabit cəbhə adlanır. Günümüzdə qəbul olunaraq geniş istifadə edilən iqlim təsnifatlarından biri də Alisovun iqlim təsnifatıdır.Bu təsnifata əsasən iqlimin formalaşmasında 2 meyar əsas götürülür.Bu meyarlar havanın temperaturu və ərazi daxilindəki hava kütləsinin sirkulyasiyasıdır.Bu 2 meyarın Yer kürəsi daxilində paylanmasına əsaslanaraq Alisov yer kürəsinin iqlimini 13 bir-birindən fərqlənən qurşağa ayırmışdır.Bu 13 iqlim qurşağı bir-birindən öz hava kütləsinin olub-olmasına görə fərqlənərək 2 qrupa ayrılır.Öz hava kütləsi olan iqlim qurşaqlar əsas iqlim qurşaqları adlanır.Əsas iqlim qurşaqları öz hava kütlələri ilə eyni ad daşıyır.Yer kürəsində 7 əsas iqlim qurşaq vardır.Əsas iqlim qurşaqlarına bir Ekvatorial,iki Tropik,iki Mülayim,iki Qütb(arktik və antarktik) daxildir. Atmosferin hava kütlələrini keçən zaman hava kütlələrinin Yerin öz oxu ətrafında hərəkəti zaman yaranmış Koriolis qüvvəsinin təsiri ilə yayda şimala,qışda cənuba və ya yayda qütblərə,qışda ekvatora doğru hərəkət etdiyini demişdik.Nəticədə əsas iqlim qurşaqlarının arasında öz hava kütləsi olmayan,yayda özündən cənubdakı əsas iqlim qurşağının,qışda isə özündən şimaldakı əsas iqlim qurşağının hava kütləsinin hakim olduğu keçid iqlim qurşaqları yaranır. Mussonun istiqamətinin dəyişməsi ilin fəsillərinin dəyişməsinə səbəb olur. Musson iqlimi bir qayda olaraq yayda güclü yağıntı, qışda çox quru hava ilə müşayiət olunur.
1. Ekvatorial iqlim qurşağı ekvatorun hər iki tərəfində subekvatorial qurşaqlar arasında yerləşən iqlim qurşağıdır. Burada havanın temperaturu daim yüksəkdir (20-28 dərəcə), bütün il ərzində zəif küləklər, güclü yağıntı müşahidə olunur. Cənubi Amerikanın Amazon ovalığı, ekvatorial Afrika, Qvineya körfəzi bu iqlim qurşağında yerləşir.
2. Tropik iqlim qurşağı subtropik və subekvatorial qurşaqlar arasında yerləşən iqlim qurşağıdır. Qışda havanın temperaturu azı müsbət 14 dərəcədir, yağıntı çox azdır və qış mövsümünə təsadüf edir. Yağıntı düşməyən yerlərdə səhra və yarımsəhralar yerləşir.
3. Mülayim iqlim qurşağı subtropik və subarktika qurşaqları arasında yerləşən iqlim qurşağıdır. Bu iqlim qurşağına havanın atmosfer təzyiqində, temperaturda və küləyin istiqamətlərində tez-tez müşahidə olunan güclü dəyişikliklər xasdır. Mülayim iqlim qurşağında dörd mövsüm – qış, yaz, yay və payız fərqlənir. Bir qayda olaraq, qışda havanın temperaturu Selsi ilə 0 dərəcədən aşağı, yayda müsbət 15 dərəcədən yuxarıdır.
4. Qütb iqlim qurşağı üçün ilin bütün fəsillərində havanın mənfi temperaturu və yağıntının az olması (ildə 100-200 millilitr ) səciyyəvidir. Bu iqlim qurşağı Şimal Buzlu okeanı zonasında və Antarktidada hakimdir. Arktikanın Atlantik okeanı sektorunda nisbətən mülayim, Şərqi Antarktida yaylasında çox sərtdir. Köppenin təsnifatında təkcə buzlaq iqlimi zonaları deyil, həm də tundra zonası qütb iqliminə şamil edilir. Bura ilboyu, demək olar, yağıntı düşmür, havanın temperaturu Selsi ilə 0 dərəcədən yuxarı qalxmır, qütblərə yaxınlaşdıqca çox soyuq olur.
5. Subekvatorial iqlim qurşağı tropik və ekvatorial iqlim qurşaqları arasında yerləşən iqlim qurşağıdır. Burada havanın temperatur 15-32 dərəcə isti arasında arasında dəyişir, okeanlarda suyun temperaturu təqribən 25 dərəcədir. Şimali Amerikanın cənub hissəsi, Karib adalarının bir hissəsi, Cənubi Amerikanın şimal hissəsi, Afrikanın bir hissəsi, Cənub və Cənub-Qərbi Asiyanın böyük bir hissəsi, Avstraliya və Sakit okean adaları subekvatorial iqlim qurşağında yerləşir.
6. Subtropik iqlim qurşağı mülayim və tropik qurşaqlar arasında yerləşir. Yayda tropik, qışda qeyri-tropik iqlimi ilə seçilir, yayda isti, yağıntının miqdarı azdır, qışda isə sərin (azı 0 C˚) və yağışlıdır.
7. Subqütb (subarktika və subantarktika ) iqlim qurşağı Yer kürəsinin qütbətrafı bölgələri - tundra, meşə-tundra və tayqa zonaları üçün səciyyəvi olan iqlim qurşağıdır. Yayda burada mülayim, qışda isə Arktika və ya Antarktika hava kütlələri hökmranlıq edir. Buna görə də yay qısa və soyuq, qış isə uzundur (təqribən 9 ay). Subarktika və subantarktika qurşaqları Şimali Kanadada, Alyaskada, Qrenlandiyanın cənubunda, İslandiyanın şimalında, Skandinaviya yarımadasında, Uzaq Şərqdə yerləşir. İqlim su rejiminə, torpağa, heyvanat və bitki aləminə, kənd təsərrüfatı bitkilərinin becərilməsi imkanına həlledici təsir göstərir.Deməli, insanların məskunlaşması, kənd təsərrüfatının, sənayenin, energetika və nəqliyyatın, əhalinin həyat şəraitinin və sağlamlığının inkişafı imkanları da iqlimdən asılıdır. İqlim xəstəliklərin ilin müəyyən fəsilləri, habelə regionları ilə əlaqələndirilməsini şərtləndirir.Məsələn, sətəlcəm və qrip adətən qış fəslində mülayim en dairələrində yayılır, malyariya ən çox rütubətli tropiklərdə və subtropiklərdə müşahidə olunur, çünki həmin en dairələrinin iqlim şərtləri malyariya ağcaqanadlarının çoxalmasına şərait yaradır. İqlim səhiyyədə (kurortlar, epidemiyalara qarşı mübarizə, ictimai gigiyena) də nəzərə alınır, turizmin və idmanın inkişafına təsir göstərir.Bəşər tarixinin aclıq, daşqınlar, tərk edilmiş insan məskənləri, xalqların köçü barədə məlumatlarına görə, ötən dövrün bəzi iqlim dəyişiklərini bərpa etmək mümkün olur. Qurutma, suvarma, qoruyucu meşəliklərin salınması həmin rayonların iqlimini insan üçün daha əlverişli edir.
İstifadə edilmiş ədəbiyyat siyahısı
L.P.Şubayev. Ümumi Yerşünaslıq. Bakı. "Maarif", 1986, 452 s