Daşıma işini yerinə yetirən nəqliyyat müəssisələri daşımanın təşkili zamanı aşağıda
qeyd olunan
prinsiplərə əsaslanmalıdır:
1. Daşıma prosesi zamanı yükgöndərən (yükalan) müştərinin istək və tələblərinə müqvilə
çərçivəsində əməl etməlidir.
2. Şifarişçiyə yüksək səviyyədə xidmət göstərməlidir.
3. Qarşıda qoyulan vəzifəni tam şəkildə yerinə yetirməlidir.
4. Optimal nəqliyyat seçməklə az xərc sərf etmək və yüksək gəlir əldə etmək.
5. İşin və gəlirin sistemliliyini təmin etmək.
Daşıma sistemi təmin etməlidir:
• Şirkət daxili strukturların və işçilərin kordinasiyasının yaradılmasını,
• Hərəkət sisteminin optimallaşdırılmasını,
• Daşımanın qısa müddət ərzində yerinə yetirilməsini,
• Hərəkət təhlükəsizliyinin təmin olunmasını,
• Daşımanın rentabelliyinin təmin olunmasını.
Müvafiq yükün daşınması sifarişini alan nəqliyyat şirkəti daşıma
prosesinə başlamadan öncə
daşımanın planlaşdırması işini hazırlamalıdir. Beləki, daşıma üçün marşrut sxemini hazırlamalı
və marşrut xətti üzrə təhlükəli məqamları və yerləri sxemdə qeyd etməlidir. Marşrut sxeminin
hazirlanmasında ölkədaxili və beynəlxalq daşıma qaydalarına və istifadə olunan
texnologiyalara
əsaslanaraq hərəkət sürəti müəyyən olunmalıdır. Optimal daşımaya nail olmaq üçün nəqliyyat
vasitəsinin
yükün növünə uyğun seçilməli, yükün həcminin və qabarit ölçülərini müəyyənləşdirməli,
hava və yol şəraiti araşdırılmalı nəzərə alınmalıdır. Daşıma zamanı
yükün çəkisi, həcmi və qabarit
ölçüləri nəqliyyat vasitəsinin texniki xarakteristikasına uyğun olmalıdır.
Hərəkət qrafiki hazırlanarkən – daşıma marşurutu üzrə hərəkətin
intensivliyi və ümumi orta
sürəti, sürücünün iş rejimi və istirahət vaxtı müvafiq norma və qaydalara uyğun nəzərə alınmalıdır.
Hə bir sürücü marşurut boyu nahar vaxı, istirahət vaxtı və gecələmə yeri qeyd olunmuş hərəkət
qrafiki ilə təmin olunmalıdır.
Sürücü marşrut badədə təlimatlandırılmalıdır:
•
Marşrutun mühümlüyü,
• Hərəkətin təhlükəsizliyi,
•
Təhlükəli, ağır çəki, iriqabaritli və s. yüklərin daşıma qaydalarına dair təlimatlar.
Dostları ilə paylaş: