Daşıma haqqında sənədin məzmunu:
a) Yükün ümumi xarakteri, yükün müəyyən edilməsi üçün zəruri olan məhsulun müvafiq kodu,
müvafiq hallarda qeydlər-yükün
təhlükəli xarakteri, yerlərin və ya əşyaların sayı, başqa formada
göstərilmiş yükün brutto çəkisi və onun miqdarı, burada bütün bu məlumatlar yükgöndərən
tərəfindən təqdim edildiyi kimi göstərilir.
b)
Yükün xarici vəziyyəti;
c) Fraxtın məbləği;
d) MDO-nun adı və yerləşdiyi yer;
e) Yükgöndərənin adı;
f) Yükalanın adı;
g) MDO və ya onun səlahiyyətli şəxsi tərəfindən yükün qəbul olunduğu yer və tarix;
h) Təyinat məntəqəsi (yükün çatdırılma yeri);
i) Əgər yükün təyinat məntəqəsinə çatdırılma tarixi və müddəti müqavilənin tərəfləri arasında
birbaşa razılaşdırılıbsa, yükün çatdırılma
tarixi və müddəti;
j) Multimodal daşıma haqqında sənədin verildiyi yer və tarix;
k) MDO-nun və ya onun səlahiyyətli şəxsin imzası;
l) Əgər nəqliyyatın hər bir növü üzrə daşıma haqlan müqavilənin tərəfləri arasında birbaşa
razılaşdırılmışsa, nəqliyyatın hər bir növü üzrə daşıma haqqı və ya valyutanın adı daxil olmaqla,
yükalan tərəfindən ödənilməli olan daşıma haqlan yaxud daşıma haqlarının
onun tərəfindən
ödənilməsinə dair digər qeyd;
m) Güman edilən daşıma marşrutu, istifadə olunan nəqliyyat növləri
və yükün yükboşaltma
məntəqəsi, əgər onlar multimodal daşıma haqqında sənədin rəsmiləşdirildiyi zaman məlumdursa;
n) Səlahiyyətli orqanların qeydləri;
o) Tərəflərin milli qanunvericiliyinə zidd olmadığı təqdirdə tərəflərin multimodal daşıma haqqında
sənədə əlavə olunmasını razılaşdıra
biləcəyi digər məlumatlar;
p) İstifadə olunan dillər.
5. Tərəflər TRASEKA strukturlarının vasitəsilə multimodal daşıma haqqında sənədin vahid
formasını işləyib hazırlayacaq və təsdiq edəcəklər.
Sığorta
1. Tərəflər MDO-nun öz öhdəliklərini sığortalamaq imkanına malik olmasının hüquqi əsasının
təmin edilməsinə çalışacaqlar.
2. Tərəflər sazişin bu maddəsinin 1-ci bəndində qeyd olunanlara uyğun olaraq,
müqavilə
şərtlərindən asılı olmaqla, MDO-ya öz mülahizəsi ilə sığorta obyektini müəyyən etmək imkanı
yaradacaqlar.
Dostları ilə paylaş: