Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


Ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə23/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   19   20   21   22   23   24   25   26   ...   80
dasima-modellari

Ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması
- insan yaşayışı üçün ətraf mühitin 
yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji sistemlərin 
sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsi; 
Ətraf mühitə zərərli təsir
- ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə 
dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi və bioloji, zərərli fiziki, texniki, 
dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə 
müşayiət olunan fəaliyyət
Ətraf mühitin keyfiyyət göstəriciləri 
- səlahiyyətli dövlət orqanları tərəfindən təsdiq edilmiş 
insan sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və 
standartların tələblərinə cavab verən məhsullar və ətraf mühitin tarazlığının ilkin göstəriciləri.
Ətraf mühitin mühafizəsinin əsas prinsipləri:
Ətraf mühitin mühafizəsi aşağıdakı prinsiplərə əsaslanır: 
Sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşılıqlı həlli; 
Ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və pozulmuş təbii ekoloji sistemlərin bərpası; 
Təbii ehtiyatların səmərəli istifadə olunması və bərpası, təbiətdən istifadənin və ətraf mühitin 
TƏLİM NƏTİCƏSİ 
1


25
mühitin Mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi; 
Ətraf mühitin bioloji müxtəlifliyinin qorunmasının təmin edilməsi; 
Dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə 
məsuliyyət; 
Ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi
Ətraf mühitin mühafizəsi sahəsində əhalinin və ictimai birliklərin iştirakı; 
Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq. 
Sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin 
istismarı və meliorasiya işlərində ətraf mühitin çirklənməsini qarşısını alan təmizləyici qurğular 
və sanitariya-mühafizə zonaları, ekoloji əsaslandırılmış texnologiyalar və müəyyən edilmiş 
ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Onlar tullantıların və maddələrin qalıqlarının 
tullantılarının təmizlənməsi, zərərsizləşdiriləsi və istifadə edilməsi üçün səmərəli vasitələrlə 
təchiz edilməli, təhlükəsiz yanacaq növlərini tətbiq etməli, təbii resursları qənaətlə və səmərəli 
istifadə etməli və ekoloji təhlükəsizlik üzrə tədbirlər görülməlidirlər.
Atmosfer havasına atılan zəhərli qazların miqdarının azaldılması məqsədilə magistral 
avtomobil yollarında daimi fəaliyyət göstərən, lazımi avadanlıqlarla təchiz edilmiş ekoloji postlar 
yaradılır. 
• İki qrupa bölünüb yük göndərən və yük qəbul edən müəssisə olaraq yük daşıma modelinin 
sxemli sifarişini hazırlayın.
• Daşımada tətbiq olunan nəqliyyat növlərinin fotoşəkillərini hazırlayın.
• Daşımalar haqqında əsas anlayışlara dair təqdimat hazırlayın.
• İnternet mənbələrindən yük daşımalarına dair icazə qaydalarını araşdırın.
• Terminalda aparılan proseslərə dair təqdimat hazırlayın.
• Yükgöndərənlə (yükalanla) daşıyıcı arasında münasibətləri tənzimləyən sənəd formaları 
hazırlayın.
• Üç qrupa bölünüb daşımada yaranan problemi mübaisələndirin.
• Birinci qrup - yükgöndərən tərəfi təmsil etsin.
• İkinci qrup - yükalan tərəfi təmsil etsin.
• Üçüncü qrup - daşıyıcı tərəfi təmsil etsin.
• Bakı şəhərində yerləşən nəqliyyat şirkətlərinə dair məlumat toplayın.

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin