Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


Daşıma zamanı ətraf mühitin qorunması qaydalarını



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə22/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   18   19   20   21   22   23   24   25   ...   80
dasima-modellari

Daşıma zamanı ətraf mühitin qorunması qaydalarını
Ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını Azərbaycan Respublikası Qanunu 
müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji 
təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli 
təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən 
istifadənin səmərəli təşkilindən ibarətdir. Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, 
təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun 
və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini 
tənzimləyir. 
TƏLİM NƏTİCƏSİ 
1


24
Qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir: 
Ətraf mühit
- insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin 
məcmusu; 
Ekologiya
- ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və 
antropogen (insan fəaliyyəti) və fiziki proseslər öyrənən elm; 
Təbii resurslar (ehtiyatlar)
- insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan 
torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri
Ətraf mühitin mühafizəsi
- ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və 
keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması; 
Təbiətdən istifadə
- gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi 
tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji razılığının pozulmasına yol verilmədən təbii 
resurslardan səmərəli və qənaətlə istifadə edilməsi; 
Ətraf mühitin monitorinqi
- təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli 
qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata 
keçirilməsi; 
Ekoloji sistem
- qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü, 
flora, heyvanlar aləmi, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji 
mənbələrinin vəhdətidir; 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin