Mövzu 8: Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi.
Bazar sistemi və əmək məhsuldarlığı.
Əmək məhsuldarlığının mahiyyəti və əhəmiyyəti.
Əmək məhsuldarlığının formaları.
Əmək məhsuldarlığımn ölçülməsi üsulları.
Əmək məhsuldarlığı, əməyin məhsuldar qüvvəsi və əmək intensivliyi arasında qarşılıqlı əlaqə.
Əmək məhsuldarlığının yüksəldilməsi amilləri və onların təsnifatı
Əmək məhsuldarlığın artırılması ehtiyatları və onların təsnifatı.
Bazar sistemi və əmək məhsuldarlığı.
Bazar münasibətləri şəraitində əmək məhsuldarlığı problemi daha da aktuallaşır. Lakin müasir dövrdə əməyin səmərəliliyi məsələlərinə lazımi dərəcədə əhəmiyyət verilməməsi ayrı-ayrı
firma və şirkətlərin, sahələrin iqtisadi vəziyyətinə pis təsir göstərmişdir.
Sənayecə inkişaf etmiş ölkələrdə əməyin səmərəliliyi problemi ön planda dayamr. ABŞ, İngiltərə, Almaniya, Fransa kimi ölkələrdə ayrı-ayrı fırmalar, sahələr və bütövlükdə ölkə üzrə əmək məhsuldarlığının artırılması və idarə edilməsi üzrə Proqramlar hazırlanır.
Burada
korporativ strategiya, idarəetmə proqramları, korporativ plan- laşdırma, elmi informasiya sistemləri əmək məhsuldarlığı ilə əlaqələndirilir.
Məhsuldarlıq üzrə ölkələrdə Milli Mərkəzlər yaradılmışdır. Həmçinin məhsuldarlıq üzrə Avrolpa Milli Mərkəzi, Asiya, Latm Amerikası üzrə mər- kəzlər fəaliyyət göstərir.
Əmək məhsuldarlığı sənayecə inkişaf etmiş ölkələrdə aşağıdakı istiqamətlərdə (aspektlərdə) öyrənilir.
Keçmiş, əşyalaşmış əməyə qənaət -məhsul vahidinə sərf edilən
resurslara qənaət, fond tutumunun azalması, real səmərəlilik;
Sənaye siyasəti sferasında -siyasətin formalaşması, strategiyası.
İnnovasiya. İnvestisiya və s;
İnsan amilli;
Rəqabət -yeniliklərə həssas olmuş və bu əsasda məhsuldarlıqda stabil
artıma nail olma;
İqtisadi artım və səmərəli məşğulluq;
Əməyin təşkili -əməyin təşkili ünsürləri və istiqamətlərinin optimal
əlaqələndirilməsi.
Əmək məhsuldarlığının mahiyyəti və əhəmiyyəti.
Əmək məhsuldarlığı insanın, məqsədəuyğun
fəaliyyətinin göstəricisidir, başqa cür desək əmək məhsuldarlığı -əmək sərfmin səmərəlilik dərəcəsidir. İnsamn məqsədəuyğun fəaliyyətinin səviyyəsi və yaxud nəticəsi vaxt vahidi ərzində yaradılmış müəyyən miqdar istehlak dəyərinin miqdarında, yaxud məhsul vahidinə sərf edilmiş vaxtda ifadə olunur.
Əmək məhsuldarlığı minimum əmək sərfi ilə maksimum məhsul istehsal etməklə əlaqədardır, məhz bunun nəticəsində iqtisadi tərəqqi və geniş təkrar istehsalı prosesi baş verir.
Əmək ölçüsü iş vaxtı olduğu halda, vaxt vahidi ərzində məhsul istehsalına çəkilən həmin vaxtın miqdarı əmək məhsuldarlığının göstəricisidir.
Əmək məhsuldarlığının əhəmiyyəti aşağıdakılarla səciyyələnir:
İctimai istehsalm artımının əsas hissəsi əmək məhsuldarlığımn yüksəlməsi hesabına başa gəlir;
Əmək məhsuldarlığı məhsulun dəyərinə və maya dəyərinə birbaşa təsir göstərir;
Əmək məhsuldarlığının istehsalkın artımının dəyərləri kütləsinin çoxalması ilə əlaqədar olduğuna görə məhsul istehsalının başlıca mənbəyidir;
Əmək məhsuldarlığı müasir şəraitdə ölkələrin iqtisadi yarışda müvəffəqiyyətlərinin
təmin edilməsində mühüm rol oynayır;
Əmək məhsuldarlığının yüksəlməsi xalqın maddi rifah halının yaxşılaşdırılması üçün əsas şərtdir.
F
3. Əmək məhsuldarlığının formaları, onların göstəriciləri
Əmək məhsuldarlığınm səviyyəsi onun göstəriciləri vasitəsilə müəyyən olunur.
ərdi əmək məhsuldarlığı canlı əməyin məhsuldarlığıdır.
Hər hansı bir məmulatın əmək tutumluğu onun hazırlanmasma sərf olunan vaxtm miqdarı ilə müəyyən olunur. Bu vaxt normalaşdırılmış, faktiki, planlaşdırılmış iş vaxtları formasmda ifadə oluna bilər.
Fərdi əmək məhsuldarlığı belə hesablanır:
vaxta görə: