Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi


Dəmir yolu daşıma modelinin xüsusiyyətləri



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə26/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   22   23   24   25   26   27   28   29   ...   80
dasima-modellari

Dəmir yolu daşıma modelinin xüsusiyyətləri
Dəmir yolu nəqliyyatı digər növ nəqliyyat 
vasitələrindən, eyni vaxtda yüz tonlarla yükü 
daha uzun məsafəyə daşıması imkanı ilə 
fərqlənir. Eyni zamanda dəmiryolu nəqliyyatı 
çox asanlıqla yükün növünə, qabarit ölçülərinə
çəkisinə və xüsusiyyətlərinə uyğun seçilə bilir. 
Həmçinin bu daşıma növü ətraf mühitə zərər 
vurmamasına görə də daşınmada istifadə 
edilir. Dəmir yolu nəqliyyatında da məlum olan 
unimodel, intermodel, multimodel, transmodel və Amodel daşıma modelindən istifadə olunur. 
Unimodel - daşıma prosesində yalnız bir növ nəqliyyat vasitəsindən istifadə olunur. Belə 
yükdaşımada bir sənədləşmə və bir dispetçer məntəqəsi olur və yük qapıdan qapıya daşınır. Bu 
model daşıma dəmiryolu nəqliyyatında çox az tətbiq olunur. Ancaq böyük istehsal müəssisələr 
arasında tətbiq oluna bilər.
İntermodel - yükgöndərən və yükalan müəssisələr arasında bağlanan müqaviləyə əsasən yükün 
daşınması prosesində bir neçə növ nəqliyyat müəssisəsi öz tarif və sənədləşmələri ilə iştirak edir. Bu 
model daşıma dəmiryolu nəqliyyatında tez-tez tətbiq olunur.
TƏLİM NƏTİCƏSİ
2
28


Multimodel - sənədləşmə daşımada iştirak edən nəqliyyat növünün birinə tətbiq olunur digərləri 
isə həmin sənədin tələblərinə uyğun öz tariflərini tətbiq edir.
Son dövrlər elektron biznes əlaqələrinin inkişaf etməsi mutimodel daşımanın geniş yayılmasına 
imkan yaratmışdır. Yüklərin bir neçə nəqliyyat növündən istifadə etməklə yükün birbaşa şifarişçinin 
qapısına çatdırılma imkanı yaradır. Bu daşıma modelinin üstünlüklərindən biri də daşıma prosesinin 
bütün etaplarına yalnız bir şirkət nəzarət edir. Bununla yükün dolub-boşalma və sənədləşmə işlərinə 
sərf olunan vaxt azalır.
Trasmodel - vahid sənədləşməyə əsasən müxtəlif növ nəqliyyat vasitələrindən istifadə olunur. 
Bu daşıma modeli sıstemli və müntəzəm xarakterlidir.
Amodel - vahid dispetçer məntəqsi müxtəlif marşrutlar, vahid nəzarət sistemi.
Yük daşımanın həcminə görə dəmiryolu nəqliyyatı birinci yeri tutsada yuxarıda adları qeyd 
olunan nəqliyyat vasitələrinin hər birinin özünə məxsus üstünlüklükləri və çatışmazlıqları olduğu 
kimi dəmiryolu nəqliyyat vasitəsinində özünə məxsus üstünlükləri və çatışmazlıqları mövcuddur. 

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin