TƏLİM NƏTİCƏSİ
6
görülməlidir.
• Təhlükə yaradacaq şəkildə qabları zərər görən və
zədələnən mallar yüklənməməli, əgər
hərəkət zamanı zədələnmə olmuşsa zədələnən qablaşdırılmış mallar ayrılmalı və yalnız bu halda
daşımaya davam etmək lazımdır.
• Sürücü xəbərdarlıq lövhələrinin taxılması və çıxarılması üçün məsuliyyət daşıyır.
• Partlayıcı, yandırıcı, yanıcı, öz-özünə və tez alışan maddələrin yüklənməsi və boşaldılması
zamanı siqaretlər və bənzər maddələr 30 metr məsafədə istehlak edilməməlidir. Kibrit, çaxmaxlar,
işıqlandırma qurğuları və bənzəri kimi alov və qığılcım yarada bilən əşyalardan
istifadə edilməməlidir
və 6 voltdan yuxarı fənərlərlə nəqliyyat vasitələrinə daxil olmaq olmaz.
• Tankerlərdə və ya yanmaq nöqtəsi 61 dərəcə C-yə qədər olan yanıcı maye və yanıcı qazlarda
torpaqlama edilir.
• Elektrik avadanlıqları qısa qapanma, və qığılcım meydana gətirməyəcək çəkildə izolyasiya
edilməlidir.
• Yanğın və qığılcım törədə biləcək maddələrin yüklənməsi və boşaldılması zamanı diqqətli
olmaq lazımdır.
• Yükləmə və boşaltma hallarında sürücülərə və nəqliyyat vasitəsinə malları
yükləyən şəxslərə
nəqliyyat vasitəsinin yaxınlığında siqaret çəkmək qadağandır.
• Daşınacaq nəqliyyat vasitəsinin yük platforması yüklənmədən əvvəl yoxlanılmalı və
təmizlənməlidir.
• Təhlükəli yüklərin daşınmasında nəqliyyat vasitəsinə yüklənmiş bütün yüklərin
təhlükəsizliyi üçün uyğun materialdan istifadə edilməlidir. Vasitədə olan yüklər heç bir şəkildə
hərəkət etməməlidir.
• Yük təhlükəsizliyini təmin etmək üçün tarım ip, sıxma çubuğu, hava yastıqları, paletlər və
sürüşməyən örtüklər istifadə edilməlidir. Təhlükəli maddələr bu köməkçi materialların
köməyi ilə
nəqliyyat vasitəsinin gövdəsində və ya konteynerdə daşıma zamanı risklərə qarşı qorunmuş olur.
Yuxarıda göstərilənlərin xaricində, avtomobilin yük platforması tamamilə dolu olduqda,
yükün
təhlükəsizliyi təmin edilmiş sayılır.
• Ön və arxa tərəflərinə qırmızı zəmin üzərinə uzunluğu 20 sm, və cizginin qalınlığı 2,5 sm-
dan az olmayan ağ rənglə “TƏHLÜKƏLİ MADDƏ” yazısı yazılmalıdır və bundan başqa ön və arxa
tərəflərinə asan görülə biləcək şəkildə 30 x 30 sm qırmızı bir parça asılmalıdır. Yanacaq daşıyan
nəqliyyat vasitələrində sisternlərin üzərinə daşınana maddənin adı yazılmalıdır.
• Yüklənmə və boşaltma zamanı motorun soyutma məqsədi ilə istifadə olunmaması halında,
tamamilə bağlanmalıdır.
95