TƏLİM NƏTİCƏSİ
6
• Nəqliyyat sistemindəki elementlərin optimallaşdırılması;
• Xüsusi yükləmə vasitələrindən və avadanlıqlarından
istifadə edərək, nəqliyyat vasitələrinin
nəqliyyat müddətində rasionallaşdırılmasının (səmərəli istifadə) təmin edilməsi.
Kombinə edilmiş daşıma əməliyyat müddətinin qısaldılması ilə yanaşı ümumi nəqliyyat
xərclərinin azaldılmasına da öz töhfəsini verir. Kombinə edilmiş daşıma,
həmçinin klassik köçürmə
rejimində fərdi əməliyyat bürokratiyasını azaldır və malların göndəricidən daha az sənədlərlə
alıcıya çatdırılmasını təmin edir. Klassik daşıma modeli daha çox əl əməyinə əsaslanarkən, kombinə
olunmuş daşıma zamanı yükləmə-boşaltma əməliyyatlarının texnoloji avadanlıqlardan
istifadə
edilərək həyata keçirilməsi daha az zaman çərçivəsində mümkün olur. Daimi işlək daşımanın
kombinə edilmiş daşımanın mühüm elementi halına gəlməsi ilə istənilən yer və zamanda, müntəzəm
və vaxtında çatdırılma mümkün olmuşdur. Beləliklə, göndərənlərin istehsalda, alıcıların isə satışda
inventarı nəzarət altına almaları və maliyyəni azaltmaları imkanı yaranmışdır.
Kombinə edilmiş
daşıma, həmçinin, xammal və digər malların tədarükünü sürətləndirir və beləliklə,
müəssisələr
vaxtında istehsal, müəssisənin maliyyə itkisi, xərclərin azaldılması və müştəriyə vaxtında çatdırılma
kimi üstünlükləri təmin edir.
Kombinə olunmuş daşımanın çatışmazlıqları
• Kombinə olunmuş daşımada əşyaların konteynerlər, paletlər və s.
ilə birlikdə vahid yük
halına salınması tələb olunur. Lakin hər yükün konteyner və paletlərə yığılması səmərəli olmaya
bilər. Bu səbəblə vahid yük halına gətirilməmiş malların kombinə olunmuş daşıma modeli ilə
daşınması mümkünsüzdür.
• Kombinə olunmuş daşımanın həyata keçirilməsi üçün daşıma vahidlərinin (konteynerlər
və ya paletlər) ötürüləcəyi nəql terminalları ilə nəqliyyat vasitələri uyğun olmalıdır.
Bu harmonik
sistemin yaradılması texnoloji infrastrukturunu tələb edir. Bu infrastrukturun qurulması isə çox
yüksək xərcdir.
• Kombinə olunmuş daşımanın digər bir xüsusiyyəti mürəkkəb daşıma sisteminin təşkilidir.
Bu mürəkkəb təşkilatı təmin etmək, kombinə daşıma təcrübəsi olan müəssisələr
tərəfindən həyata
keçirilə bilər.
Boru xətti daşıması - ilə məhlul və qaz kimi məhsullar nəql edilir (neft nəqli, neft məhsulu nəqli
və qaz nəqli). Boru nəqlinin inkişafı birbaşa neft və qaz sənayesinin inkişafı ilə bağlıdır. Boru ilə
neft və neft məhsulları nəqli tanker daşımaları ilə yanaşı bu məhsulların
orta və uzaq məsafələrə
Dostları ilə paylaş: