Mövzu 9 FÖVQƏladə hallarda köÇÜRMƏ TƏDBİRLƏRİ Köçürülmənin təşkili və növləri



Yüklə 1,92 Mb.
səhifə1/13
tarix28.04.2022
ölçüsü1,92 Mb.
#56613
  1   2   3   4   5   6   7   8   9   ...   13
referat 6135


MÖVZU 9
FÖVQƏLADƏ HALLARDA KÖÇÜRMƏ TƏDBİRLƏRİ
Köçürülmənin təşkili və növləri
Köçürmə (təxliyə) - adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.

Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mü­hafi­zə­si­nin ən səmərəli üsullarından biridir.

Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda (təbii fəlakətlər, qə­za­lar zamanı), həm də müharibə dövrünün fövqəladə hallarında (mü­asir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.

Qarabağ müharibəsi zamanı köçürülmə


Təhlükəsiz zona — düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.

Kö­çürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) təh­lü­kə­siz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən tö­rə­yən tələfatı maksimal dərəcədə azalmağa imkan verir.

Daşkənddə zəlzələ, Sabirabad, Salyanda daşqınlar, İsmayıllı və Bayılda sürüşmə və digər fövqəladə hallarla əlaqədar olaraq köçürmə tədbirləri həyata keçirilmişdir.

Daşqın zamanı köçürülmə

Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr şə­ra­itində nəzərdə tutulan köçürülmələrdən prinsipcə fərqlidir. Məsələn, II Dünya mü­haribəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara kö­çü­rü­lür­dü. Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edi­lən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb bu şəhərlərin hər tərəfindəki bü­tün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.

Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və mü­ha­ri­bə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müd­dət­də ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dər­hal yerinə yetirilməlidir.

Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın va­si­tə­ləri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş ver­məsi ehtimalları nəzərə alınmaqla çox variantlı planlaşdırılmalı, yaranmış vəziy­yət­dən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nə­zər­də tutulmalıdır.

Kö­çürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təh­lü­kə­li rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azal­dılır, şəhərlərdə qalan (vacib obyektlərdə işlədilən) adamların mühafizə qur­ğu­la­rında daldalanması işi yüngülləşir, müasir qırğın vasitələrinin təsirindən baş ve­rə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.

Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi haqqında əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı qərarı ilə təsdiq edilmişdir.

Müharibə dövründə köçürülmə


Bu əsasnamədə sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələblər müəyyən edilir. Əsasnamənin əsas müddəaları aşağıdakılardır:

1. Ümumi müddəalar;

2. Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili;

3. Köçürmə tədbirlərinin təminatı .


Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təş­kilat, məktəb üçün təhlükəsiz zonada yerləşən yaşayış məntəqəsi müəyyən edilir. Köçürmə rayonu köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından ası­lı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.

Zamandan asılı olaraq təhlükəli zonadan köçürülmə tədbirləri 2 cür həyata keçirilir:



  • Qabaqcadan köçürülmə;

  • Təcili köçürülmə.

Qabaqcadan köçürülmə


Kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlakət və təhlükəli obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı mənbələrdən məlumat gəldikdə əhalinin və obyektlərin personalının təhlükəli ərazidən qabaqcadan köçürülməsi tədbirləri həyata keçirilir. Bunun həyata keçirilməsinin əsası fövqəladə halın yaranması ehtimalının qısamüddətli proqnozlaşdırılmasıdır. Bu proqnozlaşdırma bir neçə saat öncə edilir və həmin müddət ərzində dəqiqləşdirilir.

Fövqəladə vəziyyət yaranarkən əhalinin və obyektlərin personalının fəlakət zonasından təcili köçürülməsi minimal vaxt ərzində həyata keçirilir. Bu müddət bir neçə dəqiqədən bir neçə saata kimi ola bilər. Təcili köçürülmənin xüsusiyyətlərindən biri odur ki bu proses köçürülənlərə müxtəlif psixoloji təsirlə tamamlana bilər.

Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır:


  • Lokal köçürülmə;

  • Yerli köçürülmə.

Lokal köçürülmə




Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin