Mövzu 9 FÖVQƏladə hallarda köÇÜRMƏ TƏDBİRLƏRİ Köçürülmənin təşkili və növləri



Yüklə 1,92 Mb.
səhifə4/13
tarix28.04.2022
ölçüsü1,92 Mb.
#56613
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 6135

Müharibə dövründə — Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra hakimiyyəti başçısının təklifi üzrə — Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri;

Sülh dövründə — ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra hakimiyyəti başçısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə məlumat verir. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan köçürülməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həyata keçirilir.

Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan və cəbhəətrafı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onların tabeliyi üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.

Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat prinsipi — fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alanların obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.

Şəhərdən köçürülmə tədbiri


Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən köçürüldüyü rayona aparılırlar.

Qalan əhali isə ərazi prinsipi üzrə — yaşayış yerlərindən köçürülür.

Köçürmənin aşağıdakı üsulları (növləri) vardır:


  • Piyada üsul (əsas);

  • Bütün növ nəqliyyat vasitələri ilə;

  • Kombinasiyalı üsul.

Köçürüləcək əhalinin sayı şəhər (rayon) ərazisində yerləşən nəqliyyat vasitələrinin və nəqliyyat şəbəkəsinin buraxma imkanından və başqa şərtlərdən asılı olaraq köçürmə komissiyası tərəfindən müəyyən edilir. İlk öncə tibbi müəssisələr, uzaq məsafələri piyada gedişlə qət etmək imkanı olmayan şəxslər (hamilə qadınlar, 14 yaşına kimi uşağı olan qadınlar, laborator şəraitdə müalicə olunan şəxslər, 65 yaşından böyük kişilər və 60 yaşından böyük qadınlar), və həmçinin, öz fəaliyyətini fövqəladə halda da davam etdirən azad növbəli müəssisələrin işçiləri və əməkdaşları köçürülürlər. Qalanları isə piyada köçürülür

Köçürülənləri uzaq məsafəyə daşımaq üçün əsasən nəqliyyatdan istifadə edilir. Köçürmə üçün istifadə olunan nəqliyyat vasitələri müxtəlif ola bilər: Avtomobil (şəxsi), dəmiryol, su və hava nəqliyyatı, həmçinin sərnişin nəqliyyatından, əlavə yük maşınlarından, yük qatarlarından, yük təyyarələri və gəmilərindən də istifadə olunur.


Hava nəqliyyatı ilə köçürmə


Avtomobil nəqliyyatı ilə köçürmə


Su nəqliyyatı ilə köçürmə


Nəqliyyat vasitələrindən ibarət maşın karvanı pərakəndə şəkildə deyil, 25-30 maşınlıq sıra ilə və dövlət yol polisinin müşayiəti ilə hərəkət edir.

Hərəkət zamanı dayanacaqlarda icazəsiz maşından maşına, qatardan qatara keçmək qadağandır. Qəbuletmə məntəqələrinə çatdıqdan sonra maşınlardan düşürülmə maşın qatarının rəhbərinin icazəsi ilə həyata keçirilir.

Əhalinin piyada üsulla köçürülməsi yollarla, yol kənarları və yoldan kənar qeyd olunmuş marşrut üzrə həyata keçirilməlidir. Piyada sıraları idarələrdə (müəssisələrdə, ərazi üzrə müəyyən yerlərdə) təşkil olunur. Onların sayı müxtəlif ola bilər. Sıraların, idarə edilməsini asanlaşdırmaq məqsədilə sex kollektivləri və digər istehsal dəstələri olaraq 20-30 nəfərlik qruplara ayrılır. Hər sıraya bir rəhbər, hər bir qrupa isə cavabdeh təyin edilir.

Hərəkətin orta surəti 4 km/saat-dan artıq olmur. Hər 1 - 1.5 saatdan sonra 10-15 dəqiqəlik istirahət, yolun yarısını qət etdikdən sonra isə 1 – 2 saatlıq böyük istirahət nəzərdə tutulmalıdır.

Hərəkət zamanı köçürülənlər müəyyən olunmuş qaydalara riayət etməlidirlər:


  • sıranın rəhbərinin bütün göstərişlərini yerinə yetirməli;

  • sıranı icazə olmadan tərk etməməli;

  • tibb xidməti tərəfindən yoxlanılmayan mənbələrdən su içməməli.

Gecə hərəkət edən zaman sıradakı qonşuların geri qalmamasına, istirahət zamanı yatıb qalmamasına nəzər yetirilməlidir.

Əhalinin köçürülməsinin əsas üsullarından biri kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır.

Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən vəsiqə və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.

Köçürməni düzgün təşkil etmək üçün vaxtında əhalini xəbərdar etmək lazımdır. Qabaqcadan müəyyən olunmuş plana əsasən əhalinin, obyektlərin xəbərdar edilməsi MM və FH zamanı idarəetmə mərkəzi, yerli rabitə xətləri, qoşulmuş səsucaldanlar və digər texniki və hərəkətli əlaqə vasitələri ilə həyata keçirilir. Köçürülmə barədə əhali xəbərdar olunduqda dərhal hazırlanmalıdırlar. Onlar özləri ilə ən vacib olanları götürməlidirlər. Köçürmə zamanı ən lazımi şeyləri - paltar, ayaqqabı, alt paltarı, yataq ləvazimatı, şəxsi sənədlər (pasport, hərbi bilet, nikah haqqında şəhadətnamə, uşaqların doğum haqqında şəhadətnaməsi, təqaüd kitabçası, pul) və bundan əlavə 2-3 günlük qida və içməli su götürürlər. Tez xarab olmayan, saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət bişirilməsi) tələb olunmayan ərzaq növləri - konserv konsentrat, qurudulmuş çörək və s. məhsullar götürmək daha yaxşıdır.

Köçürülən yaşlı adamlar sənədlərdən: şəxsiyyət vəsiqəsi, hərbi bileti, əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili haqqında diplomu (attestatı), evlənmə haqqında vəsiqəsini və uşaqların doğum şəhadətnaməsini özləri ilə götürməlidir.

Uşaqlar üçün paltar və ayaqqabı seçərkən, bunların mühafizə xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. Üç yaşadək olan uşaqlar üçün uşaq ərzaq malları - uşaq yeməyi, quru süd, konservləşdirilmiş şirələr və s. ehtiyatlar hazırlanmalıdır.

Sənədlərdən - uşaqların yaş kağızlarını və məktəb gündəliklərini götürürlər.

Köçürülən uşaqların paltarı və ərzağı yığılmış çamadana (arxa çantasına) çətələ (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını, ev ünvanını və köçürülmə məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır. Məktəbəqədər yaşlı uşaqların həmişə geydiyi paltarın daxili cibinə də bu cür çətələ: uşağın adı, atasının adı, soyadı, təvəllüdü, ata və anasının ev və iş yerinin ünvanları göstərilən vərəq qoyulur; bu məlumatlar yazılmış ağ parça qırığı uşağın paltarının astarına (yaxanın altında) tikilsə, daha yaxşı olar.



Məktəblilərin köçürülməsi


Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisələrinin bazası əsasında təşkil edilir, lazımi hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.

Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirləri üzrə ümumi hesablamalar aparılır, burada hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vasitələr hesablanıb müəyyən edilir.

Köçürülmə zamanı adamlar öyrəndikləri yaşayış yerlərini tərk etməyə, əmlakının xeyli hissəsini evlərində qoyub getməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa məcbur olacaqlar. Hamı başa düşməlidir ki, adamların həyatını xilas etmək naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə də müəyyən olunmuş sərəncamları yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.

Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülmüş əhalinin həyat şəraitinin təmin olunması üçün radiasiya əleyhinə daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvlərini qoruyan ən sadə mühafizə vasitələri hazırlanması, ictimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyaları (çarpayı, kürsü, döşək və s.) düzəldilməsi işlərində fəal iştirak etməli, yardım göstərməlidirlər.

Kimyəvi və radiasiya təhlükəli obyektlərdə qəza baş verən zaman köçürməni həyata keçirmək üçün qapalı nəqliyyatdan istifadə edilir. Az təhlükəli qısa yollar seçilir. Fərdi mühafizə vasitələri geyilməlidir. Küləyə perpendikulyar istiqamətdə hərəkət etmək, küləyin istiqaməti üzrə olan ərazilərdən əhalini köçürmək lazımdır. Toplanış məntəqələrinə çatdıqdan sonra isə köçürülmüş əhalinin zəhərlənmə dərəcəsini ölçmək gərəkdir.

Köçürülmüş əhalinin zəhərlənmə dərəcəsinin ölçülməsi


Qəza baş vermiş rayonun ərazi polis idarələrinin əməkdaşları tərəfindən əhalinin köçürülməsi ciddi nəzarətə götürülür, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən marşrut üzrə nizama salır.

Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçi­nin əhalinin özünün mütəşəkkilliyindən və intizamından xeyli asılı olacaqdır.

Müharibə dövründə ehtimal edilən güclü dağıntı zonalarında işini davam etdirən obyektlərin fəhlə və qulluqçularının köçürülməsi həmin dövrdə şəhər (rayon) təsərrüfatlarının bütün nəqliyyatı imkanlarından istifadə edərək həyata keçirilir.


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin