Mövzu 9 FÖVQƏladə hallarda köÇÜRMƏ TƏDBİRLƏRİ Köçürülmənin təşkili və növləri



Yüklə 1,92 Mb.
səhifə2/13
tarix28.04.2022
ölçüsü1,92 Mb.
#56613
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 6135

Lokal köçürülmə. Fövqəladə hal baş vermiş və ya baş verəcək ərazi - şəhər mikrorayonları və ya kiçik əraziyə malik yaşayış məntəqələri olarsa bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürüləcək əhalinin və obyektlərin personalının sayı on nəfərdən minə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində və şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər.

Yerli köçürülmə. Fövqəladə hal zonası - aralıq şəhərlər, böyük şəhərlərin ətraf rayonları, şəhərin bütün ərazisinin yaxud bir neçə müstəqil rayonu əhatə etdiyi zaman bu növ köçürülmə həyata keçirilir. Belə halda köçürüləcək əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz minə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara yerləşdirilirlər.

Təhlükəli zonaya düşən əhalinin sayından asılı olaraq köçürülmənin həyata keçirilməsini belə təsnif etmək olar:



  • Ümumi köçürülmə;

  • Qismən köçürülmə.

Ümumi köçürülmə səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar hərbi komissarlığa getməlidirlər), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhalinin köçürülməsini nəzərdə tutur.


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin