Mövzu 9 FÖVQƏladə hallarda köÇÜRMƏ TƏDBİRLƏRİ Köçürülmənin təşkili və növləri



Yüklə 1,92 Mb.
səhifə13/13
tarix28.04.2022
ölçüsü1,92 Mb.
#56613
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 6135

Toplanış-qəbuletmə məntəqələri. Toplanış-qəbuletmə məntəqələri köçürülən əhalinin qəbulu, qeydiyyatı və yerləşdi-rilməsi üçün nəzərdə tutulmuşdur. Onlar ictimai, dövlət binalarının, düşürtmə məntəqələrinin (stansiyalarının) yaxınlı-ğında yerləşdirilir. Bu struktura köçürülənlərin qarşılanması, qəbulu, yerləşdirilməsi, qeydiyyatı, göndərilməsi və müşayiəti, ictimai asayişin qoruyan qruplar, ərizələr üzrə qəbul masası, tibb məntəqəsi, ana və uşaq otağı, komendant xidməti daxildir.

Toplanış-qəbuletmə məntəqəsi


Əməliyyat qrupları. Lokal hərbi münaqişələr zamanı, bir qayda olaraq, sərhəd zonalarından (40 km) əhalinin köçürülməsini tezləşdirmək tələb olunur. Bu tədbirlərin təşkili məsələləri bu halda əməliyyat qruplarına təhkim olunur. Onlar yerli özünü idarəetmə orqanlarının və hərbi qurumların, fövqəladə hallarda fəaliyyət göstərən orqanların və müvafiq köçürmə orqanlarının nümayəndələrindən təşkil olunur. Bu qrupun heyəti əhalini xəbərdarlıq dəstələrindən, köçürülənlərin qeydiyyatı, nəqliyyat, ictimai asayişin mühafizəsinin təminatı, insanların yerləşdirilməsi dəstələrindən, köçürülənlərin qidalanmasının təşkili, ilkin lazımi əşyalarla və tibbi təminat postlarından ibarətdir.

İdarəetmə qrupu. Piyada sıralarının hərəkətinin idarə olunmasını və yolda asayişin təmin olunması məqsədilə rayon (şəhər) rəhbərliyinin qərarı ilə köçürmə marşrutlarının və idarəetmə qrupunun rəhbərləri təyin edilir. Bu qrupa marşrut üzrə köçürülən personalın çalışdığı obyektlərin, həmçinin, ərazisindən keçdikləri rayonun özünüidarəetmə qurumlarının nümayəndələri daxil olur. İşdə lazımi əlaqəni təmin etmək məqsədilə qrupu hissələrə (şöbələrə) bölürlər: rabitə, sıranın keçməsinin qeydiyyatı, ictimai asayişin mühafizəsi, tibbi yardım, hərəkətin təmini və idarə olunması.
Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin