Toplanış-köçürmə məntəqələri ictimai təyinatlı binalarda, (məktəb, uşaq bağçası, MİS və s.), şosse və piyada yollarının kənarında, nəqliyyat müəssisələrinə və idarəetmə orqanlarına yaxın yerləşdirilir. Hər bir məntəqənin rayon köçürmə komissiyası, ətraf zonalardakı nəqliyyatdan düşürülmə və piyada yollarının son dayanacağı ilə rabitə əlaqəsi təmin olunur. Bu məntəqələr köçürülən əhalinin iş və ya yaşayış yerlərində hər 2000-3000 adam üçün bir məntəqə hesabı ilə rayon (şəhər) icra hakimiyyəti başçısının qərarı əsasında yaradılır. Buna uyğun olaraq da köçürülmə üçün ayrılan nəqliyyat vasitələrinin sayı müəyyən edilir.