Aralıq köçürmə məntəqələri. Aralıq köçürmə məntəqələri mümkün dağıntı (çirklənmə, zəhərlənmə) zonasından kənarda, onlara ən yaxın yaşayış məntəqələrində, əlaqə yollarının yaxınlığında təşkil olunur. Bunlar mühəndislər tərəfindən qabaqcadan hazırlanır, köçürülən əhalinin müvəqqəti yerləşdirilməsi (dincəlməsi), onların yenidən qeydiyyatı, ehtiyac olduqda dozimetrik və kimyəvi nəzarətin keçirilməsi, insanların tibbi müayinəsi üçün nəzərdə tutulmuşdur. Əgər ehtiyac varsa məntəqədə ayaqqabı və paltarın xüsusi emalı və ya dəyişdirilməsi həyata keçirilir.