Mövzu 9 FÖVQƏladə hallarda köÇÜRMƏ TƏDBİRLƏRİ Köçürülmənin təşkili və növləri


Sülh dövründəki fövqəladə hallarda əhalinin



Yüklə 1,92 Mb.
səhifə5/13
tarix28.04.2022
ölçüsü1,92 Mb.
#56613
1   2   3   4   5   6   7   8   9   ...   13
referat 6135

Sülh dövründəki fövqəladə hallarda əhalinin

köçürülməsi işlərinin xüsusiyyətləri
Əhalinin köçürülməsi, yəni təbii fəlakət və ya qəzalar nəticə­sində təhlükə yaranan sahələrdən adamların çıxarılması ölkəmizdə sülh dövründə geniş istifadə edilən tədbirdir.

Köçürmə - təbii fəlakətlər, güclü istehsalat qəzaları və faciə zamanı əhalini mühafizə etmək üsullarından biridir. Bu üsul əhalini iri şəhərlərdən, digər yaşayış məntəqələrindən mütəşəkkil surətdə (nəqliyyatla və ya piyada) çıxarıb, təhlükəsiz rayonlarda məs­kunlaşdırmaqdan ibarətdir. Belə mühafizə tədbirləri fövqəladə təbii fəlakətlər - daşqın, zəlzələ, sel, marxal, geniş yanğınlar və s. bu kimi kortəbii hadisə­lər, həmçinin, radiasiya, kimyəvi təhlükəli və s. texnogen mənşəli fövqəladə hadisə qorxusu yaranan zaman həyata keçirilir.



Çernobıl AES-də baş vermiş qəzadan sonra Pripyat şəhərindən əhalinin köçürülməsi


Köçürmə işlərinin, xüsusən də FH hadisələr gözlənilmədən baş ve­rərkən qısa müddət ərzində mütəşəkkil surətdə yerinə yetirilməsini təmin etmək təsərrüfat obyektləri rəhbərlərinin, fövqəladə komis­siyaların və mülki müdafiə qərargahlarının vacib vəzifələrindəndir.

Köçürmə tədbirlərinin müvəffəqiyyətlə həyata keçirilməsinə bu işlərlə nail olunur:



  • təsərrüfat obyekti tərəfindən fəaliyyət göstərdiyi rayonun (ərazinin, iq­lim şəraitinin) hərtərəfli və əsaslı surətdə öyrənilməsi;

  • obyektdə istehsalat fəaliyyətinin və onun ərazidə yerləşməsi­nin xüsusiyyətlərini nəzərə almaqla texnogen və təbii fövqəladə hal­lar yaranması ehtimalının daim proqnozlaşdırılması;

  • müxtəlif fövqəladə hallara müvafiq köçürmə tədbirlə­rinin tam və diqqətlə planlaşdırılması;

  • köçürülməni təmin etmək üçün nəzərdə tutulan qüvvə və vasitələrin, həmçinin fəhlə, qulluqçu və digər əhalinin fəaliyyətə ha­zırlanması;

  • gözlənilən təhlükə haqqında və fövqəladə hallar yarandığı barədə vaxtında xəbərdarlıq edilməsi.

Sülh dövründəki fövqəladə hallar zamanı köçürmə müharibə dövründəki köçürmə tədbirlərindən bir sıra xüsusiyyətlərlə fərqlənir. Bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

• zədələnmə ocağının radioaktiv maddələr (RM), qəza kimyəvi təsirli maddələr (QKTM), bakterial vasitələrlə (BV) zəhər­lənmiş ərazi sahələrinin əvvəlcədən proqnozlaşdırılmasının mümkün olması;

• baş verə biləcək hadisələrin nüvə zərbələri nəticəsində ol­duğuna nisbətən daha dəqiq proqnozlaşdırılması imkanı, bu, fəaliyyə­tin əvvəlcədən planlaşdırılması imkanı;

• təbii fəlakətlərin, AES-də qəzaların əksəriyyətində güclü ra­dioaktiv çirklənmə zonalarının yaranmaması. Bu xüsusiyyət, həmçi­nin zədələnmə ocaqlarının ərazicə məhdudluğu əhalinin köçürülməsi üçün təhlükəsiz yerləri daha müəyyən etməyə imkan yaradır:

• köçürülən fəhlə və qulluqçuların, digər əhalinin köçürülmə yerlərində və rayonlarında ancaq qısa müddət qalması;

• hər bir fövqəladə halın özünəməxsus fiziki xüsusiyyətlərə malik olması.



Zəlzələ zamanı əhalinin binaları tərk edərək təhlükəsiz yerlərə çıxarmaq üçün toplanış məntəqələrinə gəlməsi anından başlayaraq, ta xilasetmə işləri sona yetənəcən mərhələ-mərhələ kompleks köçürülməsi davam etdiriləcəkdir.

Məsələn, zəlzələ vaxtı adamlar mənzillərini tərk edərək mümkün qədər cəld bina və qurğulardan uzaqlaşıb açıq meydançala­ra, xiyabanlara, geniş küçələrə, idman meydançalarına çıxmağa çalışacaqlar, sonra isə, lazım gələrsə, onlar təhlükəsiz yerlərə aparılacaq­lar. Belə hallarda köçürmə uzun müddət – xilasetmə işləri aparılaraq uçqunlar altındakı adamlar oradan çıxarılan bütün müddət ərzində davam edəcəkdir.




Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin