Kənd təsərrüfat meliorasiya


Kənd təsərrüfatı bitkilərinin suvarılma üsulları



Yüklə 20,74 Kb.
səhifə2/3
tarix23.05.2023
ölçüsü20,74 Kb.
#120679
1   2   3
Kənd təsərrüfat meliorasiya

Kənd təsərrüfatı bitkilərinin suvarılma üsulları və qaydaları müxtəlifdir. Su mənbəyinin xüsusiyyətindən, torpaq və iqlim şəraitindən və bitkilərinin suya olan tələbatından asılı olaraq suvarma meliorasiyası bir dəfə təsir göstərən suvarma və müntəzəm suvarma kimi növlərə bölünür.
Bir dəfə təsir göstərən suvarma əsas yerli axım (qar suyu), yaz və yay daşqınları hesabına əmələ gələn sularla aparılır. Belə suvarma yolu ilə yerin üs torpaq qatında rütubət ehtiyatı yaradılır.
Müntəzəm suvarma geniş yayılmışdır. Belə suvarma yolu ilə suvarma suyu torpağa müxtəlif üsullarla verilə bilər. Təcrübə götərir ki, sahələrin suvarılmasında xüsusilə 5 suvarma üsulu üstünlük təşkil edir: öz axını ilə suvarma, yağışyağdırma ilə suvarma, yeraltı, damcı və aerozol ( dumana bənzər dispers yağış hissəcikləri) suvarma.
 Öz axını ilə suvarma ( yerüstü) üsulinda sahələrin şırım, zоlaq və suya basdırma üsulu ilə suvarılması nəzərdə tutulur. Yağışyağdirma üsulu ilə suvarma üsulunda suvarma suyu çiləyici aparatlara müvafiq maşın və aqreqatların köməyi ilə açıq və qapalı suvarma şəbəkləsindən müəyyən olunmuş təzyiqlə havaya vurularaq, yağış şəkilində torpağa düşür, torpağı və bitkiləri nəmləndirir. Yeraltı suvarma üsulu ilə su suvarılacaq sahəyə yer səthindən müəyyən qədər dərinlikdə və bir-birindən müvafiq məsafədə yerləşən borular vasitəsi ilə verilir. Bu boruların səthində açılmış dəliklərdən su sızaraq torpağı isladır. Damcılarla suvarma üsulu ilə suvarma suyu fasiləsiz olaraq kiçik su sərfləri ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılar vasitəsilə tələb olunan miqdarda bilavasitə bitkinin kök sisteminə verilməsindən ibarətdir. Aerozol (dumana bənzər dispers yağış hissəcikləri) suvarma üsulu yağışyağdırma üsulu ilə suvarmanın bir növüdür. Burada suvarma suyu tоrpağa deyil, narın damcılar şəklində bitkinin yer səthində оlan gövdəsinə və yarpaqlarına yağdırılır.

Beləliklə, suvarmanın köməyi ilə torpaq qatının nəmliyi bütün vegetasiya dövrü ərzində maksimum və minimum həddləri arasında saxlanılır. Suvarılan torpaqlarda torpaq qatının nəmliyi təkcə suvarma ilə deyil,həmçininaparılan kompleks aqrotexniki tədbirlərin (torpağın becərilməsi, kübrələnməsi, dqzgün növbəli əkin və s.) köməyi ilə də nizamlanır. Aqrоtexniki və iqlim şəraitində torpağın aktiv qatında optimal su, hava, qida,duz və istilik rejimlərinin təmin edilməsi üçün kənd təsərrüfatı bitkilərinin suvarılması suvarma rejiminə riayət etməklə, optimal vaxt və optimal 
Yüklə 20,74 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin