Kənd təsərrüfat meliorasiya



Yüklə 20,74 Kb.
səhifə1/3
tarix23.05.2023
ölçüsü20,74 Kb.
#120679
  1   2   3
Kənd təsərrüfat meliorasiya


Kənd təsərrüfat meliorasiya
 
Meliorasiyanın əsas hədəfləri: su rejimi əlverişsiz səraitdə olan torpaqlar (bataqlıqlar, bataqlaşmaya meyilli ərazilər, quraqlıq sahələr, səhra və yarımsəhralar); kimyəvi və fiziki xüsusiyyətləri əlverişsiz olan torpaqlar (şoran, ağır gilli, az lilli və qumlu torpaqlar); suyun və küləyin zərərli təsirinə məruz qalan torpaqlar (yuyulmaya, uçmaya və eroziyaya məruz torpaqlar); zibillənmiş və dayazlaşmış çaylar, göllər, bataqlaşmış və həddindən artıq rütubətli meşələr.

Meliorasiyanın müxtəlif növləri mövcuddur. Meliorasiyanın növləri təyinatına və meliorativ tədbirlərin həyata keçirilmə üsullarına görə təsnif olunur.
Təyinatına görə meliorasiyanın: suvarma meliorasiyası (torpağın məhsuldarlığını artırmaq üçün süni nəmliyin yaradılması); qurutma meliorasiyası (artıq suların torpaqdan kənarlaşdırılması); tənzimləyici meliorasiya (kənd təsərrüfatı bitkiləri üçün zərərli, artıq duzların kənarlaşdırılması); eroziyaya qarşı meliorasiya (torpağı yuyulmadan və dağılmadan qorumaq üçün görülən tədbirlər) kimi növləri vardır.
Meliorativ tədbirlərin həyata keçirilmə üsullarına görə isə meliorasiyanın: hidrotexniki meliorasiya, aqrotexniki meliorasiya, meşə meliorasiyası, kimyəvi meliorasiya və mədəni-texniki meliorasiya kimi bölmələri vardır.
Hidrotexniki meliorasiy (hidromeliorasiya) - su ilə təmin etmə və qurutma yolu ilə ərazilərin su rejimini əsaslı surətdə yaxşılaşdırmaq üçün tətbiq edilir. Bu baxımdan suvarma - qurutma sistemləri və su anbarları tikməklə iri hidrotexniki layihələr həyata keçirilir. Quru ərazilərə malik rayonlarda qar-yağış sularını saxlamaq üçün böyük sahələrdə limanlar tikilir.
Aqrotexniki meliorasiya (aqromeliorasiya) - humusun miqdarı və məhsuldarlığı az olan torpaqların şum aparılan qatının yumşaldılması və dərinləşdirilməsi yolu ilə aqronomik xüsusiyyətlərinin yaxşılaşdırılması üçün tətbiq edilir. Torpaqların su rejimini nizamlamaq üçün torpaqda xüsusi hazırlıq işləri aparmaqla (qeyri-müntəzəm işləyən şırımların, çuxurların, çatdaqların ləğv ediməsi) qar və su axınlarını kənarlaşdırmaq məqsədilə müvəqqəti su aparıcılar çəkilir. Meliorasiyanın bu növü əsaslı kapital qoyuluşu tələb etmir, belə ki, təsərrüfatda olan maşın və mexanizmlərin köməyi ilə həyata keçirilir.
Meşə meliorasiyası - torpaqların və mikroiqlimin su rejimlərini yaxşılaşdırmaq, eləcə də torpaqları su və külək eroziyasından qorumaq məqsədilə, əkin sahələri boyunca, su anbarlarının, qayalıqların və yarğanların ətrafında meşə zolaqlarının və ümumi meşəlrin salinması üçün tətbiq edilir.(havanın quruluğunun, su anbarlarından, sahələrdən suyun buxarlanmasının və küləyin surətinin azaldılması məqsədilə).
Kimyəvi meliorasiya — torpağın aqrokimyəvi və aqrofiziki xüsusiyyətlərini əsaslı yaxşılaşıdırmaq üçün tətbiq edilir. (torpaqları zənginləşdirmək məqsədilə turş torpaqlarda əhəngdən, şor və şorakən torpaqlarda gipsdən və başqa orqanik materiallardan (sapropel, kompost, peyin, göy gübrə) isifadə edilir).
Mədəni-texniki meliorasiya—kolluqların, daşlı sahələrin təmizlənməsi, kötüklərin kökündən çıxarılması və xırda meşəliklərin ləğv edilməsi yolu ilə ərazilləri və sahələri kənd təsərrüfatı üçün aktiv istifadəyə daxil edilməsi məqsədilə tətbiq edilir.

Kənd təsərrüfatını inkişaf etdirmək üçün meliorasiya işlərinin aparılması bilavasitə konkret təbii şəraitdən asılıdır. Meliorativ tədbirlərin aparılması torpağın öyrənilməsi, hidroloji, iqlim və digər amillərin dəyişilməsinin müəyyənləşdirilməsi və kənd təsərrüfatı bitkilərinin həmin amillərə uyğun tələbatını müəyyənləşdirilməsindən sonra yerinə yetirilməlidir. Meliorativ tədbirlərin həyata keçirilməsində su-hava rejimlərinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Bu nisbətin dəyişməsi su-hava, qida, duz və istilik rejimlərini şərtləndirir. Bu amillərin biri çatışmadıqda bitki normal inkişaf edə bilmir, nəticədə o məhv olur və ya da onun məhsuldarlığını xeyli aşağı düşür. Ona görə də meliorativ tədbirlər həyata keçirilərkən əkilən bitkilərin suya və temperatura olan tələbatları mütləq nəzərə alınmalıdır. Torpağın su-hava rejimi yalnız yağıntı və buxarlanmadan deyil, həmçinin torpağın tərkibindən, xüsusilə də onun quruluşundan asılıdır. Kənd təsərrüfatı bitkilərinin bütün vegetasiya dövrü ərzində normal böyüməsi və inkişafı üçün torpaqda optimal nəmlik tələb olunur, bekə ki, nəmlik az olarsa, bitki saralır, çox olarsa, hava çatışmazlığından əziyyət çəkir. Çox illik müşahidələr göstərir ki, əgər torpağın aktib qatının nəmliyi bütün vegetasiya dövrü ərzində onun ən aşağı hədd rütubət tutumunun 60-75%-dən az olmazsa, bu kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına mənfi təsir etmir. Torpağın nəmliyinin yuxarı həddi onun xüsusiyyətlərindən asılı olaraq nizamlanır.
Bütün bunları nəzərə almaqla meliorativ tədbirlər sistemi hazırlayarkən meliorativ rayonlaşdırmanın aparılma əhəmiyyəti çox böyükdür. Belə ki, bitkilərin istiliyə tələbatı müxtəlif olduğu kimi suya olan tələbatlarına görə də, kifayət qədər fərqlənirlər. Meliorativ tədbirlər suvarma istiqamətində aparılarkən yenidən meliorativ problemlər yaratmamaq məqsədilə ərazinin relyef quruluşu mütləq nəzərə alınmalıdır. Suvarma şəraitində istifadə edilən sahələrdə optimal meyillik 0,1- 0,5% olmalıdır. Meyillik 0,05%-dən aşağı olarsa suların təbii axımı baş vermədiyindən suvarmanın aparılması mümkün olmur. Meyillik 1-2% arasında tərəddüd edərsə suvarılan torpaqlarda səthi yuyulma getdiyindən məhsuldar qatdan məhrum olmuş olar.


Yüklə 20,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin