ADNSU-nun "Neft-kimya texnologiyası və sənaye ekologiyası" kafedrasının 060649 – “Ətraf mühit və neft sənayesi" ixtisaslaşması üzrə təhsil alan magistrantı Fərzəliyeva İlkay Faiq qızının "Məişət tullantılarının yanmasından alınan külün kimyəvi emalı və onun şorlaşmış torpaqlara ekomeliorativ səmərəsinin tədqiqi" mövzusunda magistr dissertasiyasına
RƏY
Müasir dövrdə ekoloji problərin həlli vacib məsələlərdən biridir. Proseslər işlənib hazırlanarkən torpaqların təmizlənməsi və səmərəli istifadə edilməsinə diqqət yetirilir. Təqdim olunan dissertasiya işində Xızı rayonunun Şurabad qəsəbəsinin çirklənmiş torpaqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi üsulları nəzərə alınmışdır.
Dissertasiya işi üç fəsildən ibarətdir. Birinci fəsildə mövzu barədə ədəbiyyat materialları araşdırılmış, tədqiqat işi üzrə nəzəri metodoloji biliklərin ümumiləşdirilmiş və seçilmiş tədqiqat metodları əsaslandırılmışdır.
İkinci fəsildə məişət tullantılarının yandırılması alınan külün tədqiqi, tədqiqat işinin aparılması prosesində laboratoriya – analitik tədqiqat metodları komplekslərindən istifadə edilmişdir.
Üçüncü fəsildə Xızı rayonunda tədqiqat olunan torpaqlar arasında şoranlaşmış və şorakətləşmiş torpaqların üstünlük təşkil etdiyi və dib külü əsasında hazırlanmış meliorant ilə meliorasiyası prosesi qeydiyyatı aparılmışdır.
Yuxarıda deyilənləri nəzərə alaraq, hesab edirəm ki, Fərzəliyeva İlkay Faiq qızının dissertasiya işi magistr dissertasiyasına qoyulan tələblərə tam cavab verir və İxtisaslaşdırılmış Elmi Şurada müdafiə olunmasını tövsiyə edirəm.
Rəyçi
"Kimya və qeyri-üzvi maddələrin
texnologiyası" kafedrasının dosenti Məmmədova. G.M.