Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Bərk, maye, qaz halda maddələrin həllolmasına temperatur və təzyiqin təsiri



Yüklə 264,24 Kb.
səhifə10/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
kimya imtahan cvb

Bərk, maye, qaz halda maddələrin həllolmasına temperatur və təzyiqin təsiri.

Məhlullar 3 yerə bölünür: bərk maye qaz

  1. Qazların mayelərdə həll olması- bu və ya digər qazın təmasda olan hər hansı maye onun bir hissəsini özündə həll edir. Qazın mayedə həll olması həll edicinin və həll olan qazın təbiətindən temperaturdan və təzyiqdən asılıdır. Temperaturun artması qazların mayelərdə həll olmasına mənfi təsir göstərir Qazların mayelərdə həll olmasına təzyiqdən aslılığını Henri Dalton qanunu müəyyən etmişdir. Henri Dalton qanunu sabit temperaturda qazın mayedə həll olma qabiliyyətini onun məhlul üzərindəki məhlul təzyiqi ilə düz mütənasibdir. C= kp k- mütənasiblik əmsalı, c- məhluldakı qazın qatılığı

  2. Mayelərin mayelərdə həll olması- mayelərin bir-birində həll olması onların təbiətindən asılıdır. Bəzi mayelərin həll olması onların təbiətindən asılıdır. Bəzi mayelərin həll olması qeyri- məhdud olur. Bir çox hallarda mayelər suda həll olduqda ümumi həcmi kiçilir. Bəzi mayelər isə bir-birində çox zərif həll olurlar. Bəzi mayelər suda tam həll olmur. Bir-biri ilə qarışmayan 2 həll edicidə 3 cü maddənin həll olma qabiliyyətinin öyrənərək paylanma qanunu verilmişdir. Eyni temperatur və təzyiqdə bir-biri ilə qarşmayan 2 həlledicidə 3 cü maddənin həll olmasında alınan məhlulların qatılıqları nisbəti onun həll olan miqdarından asılı olmayaraq sabit kəmiyyətdir.

  3. Bərk maddənin mayelərdə həll olması- bərk maddələrin mayerlərdə həll olması nəticəsində əmələ gələn məhlullar məhlulların daha geniş yayılmış növüdür. Bu həll edici və həll olan maddə molekullar arasında güclü kimyəvi qarşılıqlı təsirdə olan canlı və cansız ailəm üçün böyük əhəmiyyət kəsb edir. Bərk maddələrin mayelərdə həll olmasına tamperatur müxtəlif cür təsir göstərir

  1. Məhlulların qatılığının ifadə üsulları.

Məhlulun miqdarca tərkibi qatılıqla müəyyən edilir. Qatılıq, həll olan maddə ilə həlledicinin miqdar nisbətini əks etdirir. Məhlulun vahid həcmində həll olmuş maddə miqdrına qatılıq deyilir. Məhlulun qatılığını müxtəlif üsullarla ifadə edirlər. Ən çox aşağıdakı üsullardan istifadə edilir.
1) Faizli qatılıq. Məhlulun faizli qatılığı həllediciyə nisbətən həll olan maddənin miqdarını faizlə göstərir.
a) Kütlə faizi – məhlulun 100q-da həll olan maddənin qramlarla miqdarı ilə ifadə olunu
Eyni maddənin müxtəlif faizli məhlullarını qarış¬dır¬dıqda alınan yeni faizli məhluln faizli qatılığı aşağıdakı formula hesablanır

2)Molyar qatılıq . Məhlulun molyar qatılığı onun 1 litrində həll olmuş maddə mollarının sayı ilə ifadə olunur.

3) Molyal qatılıq. Məhlulun molyal qatılığı 1000q həlledicidə həll olmuş maddənin mollarının sayının göstərir.



4) Normal qatılıq. Məhlulun normal qatılığı onun 1 litrində həll olmuş maddə ekvivalentlərinin sayını göstərir.

5) Titrli qatılıq. Məhlulun bir millilitrində həll olan maddənin qramlarla miqdarına məhlulun titri deyilir.




  1. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin