Fransa alimi F.M.Raul uçucu olmayan qeyri-elektrolitlərin duru məhlullarının buxar təzyiqini öyrənərək 1887-ci ildə qanun vermişdir.
Həlledicinin məhlul üzərindəki buxar təzyiqinin nisbi azalması, həll olan maddənin mol sayının məhluldakı molların ümumi sayına olan nisbətinə bərabərdir.
nisbəti göstərir ki, məhlulun mollarının ümumi sayının neçə hissəsini həll olan maddə təşkil edir. nisbətinə həll olan maddənin mol payı deyilir.
Çox duru məhlullarda qəbul etsək, bu halda tənlik belə ifadə olunar:
və ya
Sonuncu təqliyə əsasən Raulun birinci qanununu belə ifadə etmək olar:
Uçucu olmayan qeyri-elektrolitlərin duru məhlulları üzərində həlledicinin üzərində buxar təzyiqinin nisbi azalması həll olan maddənin mollarının sayı ilə düz mütənasibdir. Təcrübə göstərir ki, müəyyən temperaturda qeyri-elektrolitlərin eyni həlledicidə hazırlanmış ekvi-molyar (mol qatılığı eyni olan) məhlulların buxar təzyiqi qiymətcə eynidir.
Məhlulların donma və qaynama temperaturu. Raulun II qanunu.Məhlulun donma temperaturunun azalması və ya qaynama temperaturunun artması həll olan maddənin təbiətindən asılı olmayıb, onun molyal qatılığı ilə düz mütənasibdir (II qanun).Qanunun riyazi ifadəsi belədir: ,
və - krioskopik və ebuluoskopik sabitlər adlanır.
(1) və (2) ifadələrində qatılıq vahidə bərabər götürülərsə, həmin əmsalların ( və ) fiziki mənası aşkar olur. olduqda, (1) və (2) ifadələri belə yazılır:
Məhlullar haqqında kimyəvi və fiziki nəzəriyyə.
Məhlullar bir-birindən fərqlənən iki cür xassə göstərməsilə əlaqədar onların təbiəti haqqında iki nəzəriyyə yaranmışdır: 1. Məhlulların fiziki nəzəriyyəsi; 2. Məhlulların kimyəvi nəzəriyyəsi.
1887-ci ildə Vant-Hoff və Arrenius tərsfindən məhlullar haqqında fiziki nəzəriyyə irəli sürülmüşdür. Fiziki nəzəriyyə baxımından məhlul, həlledici ilə həll olan maddənin mexaniki qarışığını xatırladan, komponentləri öz fərdi xüsusiyyətlərini saxlayan dəyişən tərkibli sistemdir. Belə sistemdə molekulların qarşılıqlı kimyəvi təsiri nəzərə alınmır. Məhlulların xassələri onun təbiətindən yox, qatılığından asılıdır.
1887-ci ildə Mendeleyev məhlulların kimyəvi nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə əsasən, həllolma prosesində həll olan maddə hissəcikləri ilə həlledici arasında qarşılıqlı təsir baş verir və nəticədə, az-çox davamlı olan yeni birləşmələr əmələ gəlir. Bu birləşmələrə ümumi halda solvatlar, həlledici su olduqda isə, hidratlar adı verilmişdir. Nəzəriyyənin düzgünlüyü təcrübi faktlarla sübut edilmişdir. Son illər məhlulların fiziki və kimyəvi nəzəriyyələri əsasında onların müasir fiziki-kimyəvi nəzəriyyəsi yaranmışdır. Bu nəzəriyyəyə görə məhlullar fiziki-kimyəvi sistem kimi öyrənilir. Məhlulların fiziki-kimyəvi nəzəriyyəsinin yaradılmasında Kablukov, Konovalov və İzmaylovun böyük rolu olmuşdur.