(2CuS + CuO) + 2H2SO4 → 2CuSO4 + H2S + H2O CuSO4 + Fe → Cu + FeSO4 Тətbiqi. Mis xalq təsərrüfatının bütün sahələrində tətbiq edilir. İstehsal olunan misin 40-50% elektrotexnikada istifadə olunur. Misin ən mühüm ərintiləri bürünc və tuncdur.
Bürünc
Tunc
Tompak
Alüminium tuncundan xırda pul, berillium tuncundan isə saat mexanizmləri, müxtəlif yaylar hazırlanır.
Mis oksigenlə üç cür birləşmə əmələ gətirir: Cu2O, CuO, Cu2O3. Mis 400-5000C-də qızdırıdıqda qara rəngli CuO alınır. 11000C-də o, mis-1 oksidə və oksigenə parçalanır.
2Cu + O2 → 2CuO 4CuO → 2Cu2O + O2 Mis-1 oksid və mis-2 oksid ammonyakın sulu məhlulunda həll olur.
Cu2O + 8NH3 + H2O → 2Cu(NH3)4OH CuO + 4NH3 + H2O → Cu(NH3)4(OH)2 Mis-3 oksid 200C-də KClO ilə Cu(OH)2-nin təsirindən alınır.
2Cu(OH)2 + KClO → Cu2O3 + KCl + H2O Mis-3 oksid qırmızı rəngli kristal maddədir. Turşularda həll olur, 750C-dən yüksək temperaturda parçalanır, qüvvətli oksidləşdiricidir.
2Cu2O3 → 4CuO + O2 Cu2O3 + 6HCl → 2CuCl2 + Cl2 + 3H2O Mis-2 oksid suda həll olmur. Ona uyğun gələn hidroksid dolayı yolla alınır.
CuSO4 + 2NaOH → Cu(OH)2 + Na2SO4 Mis-2 hidroksidi qızdırıldıqda parçalanır. O, ammonyakın suda məhlulundan həll olaraq ammiakatlar əmələ gətirir.
Cu(OH)2 + 4NH4OH → Cu(NH3)4(OH)2 + 4H2O CuO və Cu(OH)2 zəif amfoter xassəli birləşmələrdir.
Mis-2 oksidi qələvilərdə közərtdikdə kupratlar, Cu(OH)2-ni qələvilərin qatı məhlulu ilə qızdırdıqda hidroksokupratlar əmələ gətirir.
CuO + 2NaOH → Na2CuO2 + H2O Cu(OH)2 + 2NaOH → Na2Cu(OH)4 Mis elementlərin gərginlik sırasında hidrogendən sonra yerləşdiyi üçün turşulardan hidrogeni çıxarmır. Mis nitrat turşusunda və qatı sulfat turşusunda həll olur.
Cu + 4HNO3 → Cu(NO3)2 + 2NO2 + 2H2O qatı
3Cu + 8HNO3→ 3Cu(NO3)2 + 2NO + 4H2O duru
Cu + 2H2SO4 → CuSO4 + SO2 + 2H2O qatı
Cu(OH)2 -ın amfoter xassələrini izzah edin.
Mis-2 hidroksidi qızdırıldıqda parçalanır. O, ammonyakın suda məhlulundan həll olaraq ammiakatlar əmələ gətirir.
Cu(OH)2 + 4NH4OH → Cu(NH3)4(OH)2 + 4H2O CuO və Cu(OH)2 zəif amfoter xassəli birləşmələrdir.
Elektroliz üsulu ilə CuSO4-ün suda məhlulundan Cu alınması.
Sink, təbii birləşmələri, alınması, xassələri, tətbiqi.Sinkin turşu və qələvilərlə qarşılıqlı təsiri.
Xrom yer qabığının çəki ilə 3,510-2%-ni təşkil edir. Onun təbiətdə ən çox yayılmış mineralları aşağıdakılardır:
FeOCr2O3– Fe(CrO2)2
xromit
Pb CrO4
krokait
FeS Cr2S3
dobrelit
Alınması. Xrom 1797-ci ildə fransız alimi L.Vokelen tərəfindən krokoit mineralının tərkibində kəşf edilmişdir. Lakin 1894-cü ildə Holdşmit tərəfindən alümotermiya üsulu ilə alınmışdır. Hal-hazırda xromu təmiz, həm də ferroxrom şəklində emal edirlər.
1. Xromiti elektrik sobalarında karbonla reluksiya etdikdə tərkibində 60-65%, xrom və 4-6% karbon olan xromun dəmirlə ərintisi – ferroxrom alınır ki, bundan polad növlərinin istehsalında istifadə olunur.