Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Alüminiumun oksid və hidroksidləri, onların alınması və xassələri. Amfoterlik



Yüklə 264,24 Kb.
səhifə17/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
kimya imtahan cvb

Alüminiumun oksid və hidroksidləri, onların alınması və xassələri. Amfoterlik.

Alüminium-oksid ağ rəngli, çətin əriyən (20500C), suda həll olmayan maddədir, bərkliyi almaza yaxındır və təbiətdə korund mineralı şəklində rast gəlinir. Onu laboratoriyada aşağıdakı üsullarla alırlar:

4Al(NO3)3 2A2O3 + 12NO2 + 3O2
2Al(OH)3 A2O3 + 3H2O.

Alüminium-oksid amfoter xassəli olduğundan qələvilər soda və potaşla Na2CO3, K2CO3 əridildikdə müvafiq alüminatlara çevrilir.


2Al2O3 +2NaOH → 2NaAlO­2 + H2O
Al2O3 +Na2CO3 → 2NaAlO­2 + CO2

Alüminium oksid suda həll olmadığından onun uyğun hid­roksidini suda həll olan duzlarına qələvi məhlulu ilə təsir et­mək­lə əldə edirlər.



Al2(SO4)3 + 6NaOH → 2Al(OH)3  + 3Na2SO4

Alüminium hidroksid ağ rəngli maddə olub, qızdırıldıqda su­suzlaşır və suda həll olmur. O, amfoter xassəli olduğundan turşu və qədəvilərlə müvafiq duzlar əmələ gətirir.
Al(OH)3 + 3HCl + 3H2O → Al(H2O)6Cl3
Al(OH)3 + NaOH = NaAlO2 + 2H2O (əritdikdə)
Al(OH)3 + 3NaOH = Na3Al(OH)6 (məhlulda).
Alüminium hidroksid uduculuq qabiliyyətinə malik oldu­ğun­dan ondan suyu təmizlətmək üçün istifadə olunur.


  1. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin