Alüminiumun oksid və hidroksidləri, onların alınması və xassələri. Amfoterlik.
Alüminium-oksid ağ rəngli, çətin əriyən (20500C), suda həll olmayan maddədir, bərkliyi almaza yaxındır və təbiətdə korund mineralı şəklində rast gəlinir. Onu laboratoriyada aşağıdakı üsullarla alırlar:
4Al(NO3)3 2A2O3 + 12NO2 + 3O2
2Al(OH)3 A2O3 + 3H2O.
Alüminium-oksid amfoter xassəli olduğundan qələvilər soda və potaşla Na2CO3, K2CO3 əridildikdə müvafiq alüminatlara çevrilir.
2Al2O3 +2NaOH → 2NaAlO2 + H2O
Al2O3 +Na2CO3 → 2NaAlO2 + CO2
Alüminium oksid suda həll olmadığından onun uyğun hidroksidini suda həll olan duzlarına qələvi məhlulu ilə təsir etməklə əldə edirlər.
Al2(SO4)3 + 6NaOH → 2Al(OH)3 + 3Na2SO4
Alüminium hidroksid ağ rəngli maddə olub, qızdırıldıqda susuzlaşır və suda həll olmur. O, amfoter xassəli olduğundan turşu və qədəvilərlə müvafiq duzlar əmələ gətirir.
Al(OH)3 + 3HCl + 3H2O → Al(H2O)6Cl3
Al(OH)3 + NaOH = NaAlO2 + 2H2O (əritdikdə)
Al(OH)3 + 3NaOH = Na3Al(OH)6 (məhlulda).
Alüminium hidroksid uduculuq qabiliyyətinə malik olduğundan ondan suyu təmizlətmək üçün istifadə olunur.
Dostları ilə paylaş: |