Mürəkkəb maddələrin ekvivalentlərinin hesablanması. a)Oksidlərin ekvivalentini təyin etmək üçün onların mole¬kul kütlələrini metal atomlarının sayı ilə metalın valentliyinin vurma hasilinə bölmək lazımdır.
q
Oksidlərin ekvivalentlərini onları təşkil edən elementlərin ekvivalentlərini toplamaqla da tapmaq olar.
; b) Əsasların ekvivalentini təyin etmək üçün onların mo¬le¬kul kütlələrini tərkibində olan hidroksil qrupunun sayına bölmək lazımdır. Məsələn,
q;
c) Turşuların ekvivalentini təyin etmək üçün onların mo¬lekul kütləsini turşunun əsaslığına, yəni metalla əvəz oluna bilən hidrogen atomlarının sayına bölmək lazımdır. Məsələn,
q
ç) Duzların ekvivalentini təyin etmək üçün onların mole¬kul kütlələrini, metal atomlarının sayı ilə metalın valentliyi hasilinə bölmək lazımdır. Məsələn,
q
Həcmi nisbətlər qanunu haqqında məlumat.Həcm nisbətləri qanunu 1808- ci ildə Gey - Lüssak tərəfindən verilmişdir: Sabit temperatur və təzyiqdə bir-biri ilə qarşılıqlı təsirdə olan və reaksiya nəticəsində alınan qazların həcm nisbətləri kiçik tam ədədlərin nisbəti kimidir. Daltonun fikrincə maddələr yalnız atomlardan ibarətdir. Yalnız həcm nisbətləri qanunu bu fikri təsdiq etmir.
Avoqadro qanunu və ondan çıxan nəticələr
Eyni temperatur və təzyiqdə bütün qazların bərabər həcmlərində bərabər sayda hissəciklər (molekul, atom, elektron, ion və s.) olur. Həmin qanun 1811-ci ildə italyan alimi Avoqadro tərəfindən kəşf edilmişdir.
Avoqadro qanunundan aşağıdakı nəticələr alınır: 1.Normal şəraitdə istənilən qazın bir molu 22,4 l həcm tutur. Məlumdur ki, qazın mol kütləsinin həmin qazın bir litrinin normal şəraitdəki kütləsinə böldükdə onun bir molunun həcmini tapmaq olar. Qazın bir litrinin normal şəraitdə çəkisi onun sıxlığı (d) adlanır. Onda
; ;
; .