Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 264,24 Kb.
səhifə22/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   17   18   19   20   21   22   23   24   25
kimya imtahan cvb

Cr(OH)2 + 2HNO3 → Cr(NO3)2 + H2O

b. Xrom 3-oksid yaşıl rəngli toz halında çətin əriyən mad­də olub suda və turşularda həll olmur.
2Cr(OH)3 Cr2O3 + 3H2O
Laboratoriyada isə xrom 3-oksidi ammonium-bioxromat duzunu parçalamaqla alırlar.
(NH4)2Cr2O7 Cr2O3 + N2 + 4H2O

Xrom 3-oksid qələvilərdə və qələvi metalların karbonatları ilə əridildikdə, amfoter xassəli olduğundan müvafiq xromit­lə­rə çevrilir.


Cr2O3 + 2KOH → 2KCrO2 + H2O
Cr2O3 + K2CO3 → 2KCrO2 + CO2
Xrom 3-oksid suda həll olmadığına görə onun uyğun hid­ro­­ksidini üçvalentli xrom duzlarına qələvilərlə təsir etməklə əl­də edirlər. O, bozumtul-yaşıl rəngli çöküntüdür, amfoter xas­sə­yə malikdir.
Cr2(SO4)3 + 6NaOH → 3Na2SO4 + 2Cr(OH)3
Cr(OH)3 + 3NaOH → Na3Cr(OH)6 (məhlulda)

c. Xrom 6-oksid tünd qırmızı rəngli kristal maddə olub, zə­hərlidir. O, qüvvətli oksidləşdiricilər sırasına daxil olub, qız­dı­rıldıqda asanlıqla parçalanır.
4CrO3 2 Cr2O3 + 3O2
Xrom 6-oksidi bixromit və xromatlara qatı H2SO4 turşusu ilə təsir etməklə əldə edirlər.
K2Cr2O7 + H2SO4 = K2SO4 + 2CrO3 + H2O
Xrom 6-oksid turşu oksidi olub suda yaxşı həll olaraq aşağı­da­kı turşularla çevrilir.

CrO3 + H2O → H2CrO4xromat turşusu
2CrO3 + H2O → H2Cr2O7bixromat turşusu

  1. Mühitdən asılı olaraq xromatların bixromatlara və əksinə çevrilmə reaksiyaları.

Xromat və bixromat turşuları yalnız məhlulda məlumdur. lakin duzları davamlı birləşmələr olub, xromat və bixromatlar adlanırlar. Mühitin pH-dan asılı olaraq xromatlar və bixro­mat­lar bir-birinə çevrilirlər. Turş mühitdə xromatlar bixro­mat­lara çevril­diyindən məhlulun sarı rəngi narıncı rəngə çev­rilir.
2K2CrO4 + 2HCl → K2Cr2O7 + 2KCl + H2O
sarı narıncı

Əsasi mühitdə isə bixromatlar xromatlara çevrildiyindən məhlulun narıncı rəngi sarı rəngə çevrilir.


K2Cr2O7 + 2KOH = 2K2CrO4 + 2H2O
narıncı sarı

  1. Manqan, təbii birləşmələri, sənayedə alınması, xassələri və tətbiqi.

Manqan geniş yayılmış elementlər sırasına daxil olub, yer qabığının çəkisinin 0,1%-ni təşkil edir. Onun təbiətdə ən çox yayılmış mineralları aşağıdakılardır.



Yüklə 264,24 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin