Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 264,24 Kb.
səhifə23/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   17   18   19   20   21   22   23   24   25
kimya imtahan cvb

MnO2

pirolyuzit

Mn2O3

braunit

Mn2O3  H2O

manqanit

Mn3O4

hausmanit

MnCO3

rodoxrizit

MnS2

qauerit

MnSiO3

rodonit


Alınması

1774-cü ildə isveç kimyaçısı K.Şeyele pirolyuzitin, namə­lum elementin birləşməsi olduğunu müəyyən etmiş H.Han isə 1775-ci ildə onu kömürlə reduksiya edərək, sərbəst manqan almışdır.


Sənayedə manqanı pirometallurgiya və elektroliz üsulu ilə alırlar. Həmin üsullar aşağıdakılardır:
1. Pirolyuziti karbon və ya silisiumla reduksiya etməklə:
MnO2 + 2C → Mn + 2CO
MnO2 + Si → Mn + SiO2
2. Pirolyuziti karbon və silisiumla reduksiya etməklə alı­nan manqan təmiz olmur. Pirolyuziti əvvəlcə 1000-12000C-də qızdı­rıb, sonra onu alüminiumla reduksiya edirlər.
3MnO2 → Mn3O4 + O2
3Mn3O4 + 8Al → 9Mn + 4Al2O3
3. Tərkibində 80-85% manqan olan onun dəmirlə ərintisi (fer­ro-manqan) müvafiq filizləri domna və ya elektrik peçlərin­də koksla reduksiya etməklə alınır.
MnO2 + Fe2O3 + 5C → 2 Fe + Mn + 5CO
Ferromanqan
4. 1439-cu ildə R.Aqaladze tərəfindən manqan 2-sulfatın elektroliz üsulu işlənib hazırlanmışdır. Bu üsulla alınan man­qa­nın təmizliyi 99,98%-yə çatır.
Xassələri
Manqan gümüşü-ağ rəngli metal olub, xüsusi çəkisi 7,44 q\sm3, ərimə temperaturu 12440C-dir. Gərginlik sırasında alü­mi­niumla sink arasında yerləşərək, orta kimyəvi aktivliyə ma­lik­dir. Manqan xarici görünüşü etibarı ilə dəmirə oxşayır, lakin ondan bərk və kövrəkdir.
Mn + 2HCl → MnCl2 + H2
Mn + H2SO4 → MnSO4 + H2
Qatı nitrat və sulfat turşuları soyuq halda manqanı passiv­ləşdirir. Bu turşuların isti məhlullarında manqan həll olur.


Mn + 2H2SO4 MnSO4 + SO2 + 2H2O
qatı


Mn + 4HNO3 → Mn(NO3)2 + 2NO2 + 2H2O
qatı

  1. Manqanın oksid və hidroksidləri, alınması və xassələri.

Oksigenli birləşmələri
Manqanın aşağıdakı oksidləri məlumdur:
MnO, Mn2O3; MnO2; MnO3, Mn2O7
əsasi oksid amfoter oksid turşu oksidi
1. Manqan 2-oksid suda həll olmayan yaşıl-boz rəngli toz­dur. Onu aşağıdakı üsullarla almaq olar.

MnO2 + H2 → MnO + H2O (300-6000C)




MnC2O4 → MnO + CO + CO2

Manqan 2-oksid əsasi xassə daşıdığından turşularda həll ola­raq müvafiq duzlar əmələ gətirir.


MnO + H2SO4 → MnSO4 + H2O
MnO suda həll olmadığına görə onun suda həll olan duzlarına qə­lə­vilərlə təsir etməklə Mn(OH)2­ alınır.
MnSO4 + 2NaOH → Mn(OH)2  + Na2SO4
Ağ rəngli manqan 2-hidroksid havada tədricən oksidləşə­rək qonur-qəhvəyi rəngli Mn(OH)4-ə çevrilir.
2Mn(OH)2 + O2 + H2O → 2Mn(OH)4
2. Manqan 3-oksid suda həll olmayan qara rəngli tozdur. Təbiətdə braunit mineralı şəklində tapılır. Onu aşağıdakı reak­siya ilə almaq olar.
600º
4MnO2 2Mn2O3 + O2
250-350º
4MnO + O2 2Mn2O3
Manqan 3-oksid qatı xlorid turşusu ilə soyuq halda üç­va­lentli birləşmələr əmələ gətirir.
Mn2O3 + 6HCl → 2MnCl3 + 3H2O
Manqan 3-oksidə MnO(OH) tərkibli hidrat uyğun gəlir.
MnCl3 + 3NaOH → MnO(OH) + 3NaCl + H2O
Manqanın üçvalentli birləşmələri davamsızdır.
3. Manqan 4-oksid suda həll olan qara rəngli maddədir. Onu aşağıdakı reaksiya ilə almaq olar:
Mn(NO3)2 MnO2 + 2NO2
Manqan 4-oksid amfoter xassəsi olduğundan qələvilərlə qar­şılıqlı təsirdə olduqda orto və metamanqanitlərə çevrilir.
­MnO2 + 4NaOH → Na4MnO4 + 2H2O
MnO2 + 2NaOH → Na2MnO3 + H2O
MnO2 qüvvətli oksidləşdiricidir. O, xlorid turşusu ilə qar­şı­lıqlı təsirdə olduqda sərbəst Cl2, sulfat turşusu ilə oksigen ay­rılır.
MnO2 + 4HCl → MnCl2 + Cl2 +2H2O
2MnO2 + 2H2SO4 → 2MnSO4 + O2 + 2H2O
Manqan 4-oksidə uyğun gələn hidroksidi almaq üçün man­qan 2-hidroksidə qələvi mühitində oksidləşdiricilərlə təsir edirlər
Mn(OH)2 + Br2 + 2KOH → Mn(OH)4 + 2KBr
4. Manqan 6-oksid suda həll olan qırmızı rəngli mad­də­dir. Turşu oksidi olub, manqanat (H2MnO4) turşusuna uyğun gələn anhidriddir. MnO3 və uyğun turşusu H2MnO4 davamsız birləşmə­lərdir. Lakin manqanat turşusunun duzları davamlı birləşmələr olub, manqan oksidini oksidləşdiricilərin iştirakı ilə közərtməklə əldə edirlər.
MnO2 + 2KOH + KNO3 → K2MnO4 + KNO2 + H2O
5. Manqan 7-oksid tünd-yaşıl rəngli kristal maddədir. Man­qan 7-oksid KMnO4-ə 200C-də qatı H2SO4 ilə təsir et­mək­lə alınır
2KMnO4 + H2SO4 → Mn2O7 + K2SO4 + H2O
Manqan 7-oksid permanqanat turşusunun anhidrididir. Onu suda həll etdikdə permanqanat turşusuna çevrilir.
Mn2O7 + H2O → 2HMnO4
Permanqanatları qızdırdıqda temperaturdan asılı olaraq iki istiqamətdə parçalanırlar.
2KMnO4 K2MnO4 + MnO2 + O2
4KMnO4 2K2O + 4MnO2 + 3O2

  1. KmnO4 -ün müxtəlif mühitdə oksidləşdirici xassələri.

Permanqanatlar mühitin pH-dan asılı olaraq, aşağdakı ki­mi reduksiya olunur.
Turş mühitdə Mn+2 ionuna qədər reduksiya olunur:
2KMnO4 + 5K2SO3 + 3H2SO4 → 2Mn+2SO4 + 6K2SO4 + 3H2O
Neytral mühitdə qəhvəyi rəngli MnO2 alınır.
2KMnO4 + 3K2SO3 + 3H2O → 2Mn+4O2 + 3K2SO4 + 2KOH
Qələvi mühitdə yaşıl rəngli manqanatlar alınır.
2KMnO4 + K2SO3 + 2KOH = K2Mn+6O4 + K2SO4 + H2O

  1. Dəmir. Təbii birləşmələri, alınması, kimyəvi xassələri.

Dəmir təbiətdə oksigen, silisium və alüminiumdun sonra ən çox yayılmış element olmaqla yer qabığının çəki ilə 4,65%-ni təşkil edir. Onun ən geniş yayılmış mineralları aşağıdakı­lar­dır:


Fe3O4

maqnetit

Fe2O3

hematit

Fe2O3  nH2O

limonit

FeCO3

siderit

FeS2

pirit

Fe2SiO4

fayalit






Alınması:

Dəmirin alınması, onun təbii filizlərinin reduksiyasına əsas­la­nır. Proses domna sobalarında aparılır. Soba növbə ilə filiz, əhəng daşı və koksla doldurulur. Sobaya aşağıdan 600-8000C-də qız­dırılmış hava verilir və koksun yanması hesabına t18500C-­yə çatır. Koks yandıqda əmələ gələn karbon qazı közərmiş kömür təbəqəsindən keçdikdə karbon 2-oksidə çevrilir.
C + O2 → CO2
CO2 + C → 2CO
Əmələ gələn CO dəmir oksidlərini tədricən reduksiya edir. prosesdə dəmirin müvafiq karbidi əmələ gəlir.

3Fe2O3 + CO → 2Fe3O4 +

CO2 (4500-5000)

Fe3O4 + CO→3FeO + CO2

(6000)

FeO + CO → Fe + CO2

(7000)

3Fe + 2CO → Fe3C + CO2

və ya

3Fe + C → Fe3C



Təmiz dəmir almaq üçün dəmir 3-oksidi higrogenlə re­duk­si­ya edir, ya da dəmir-pentakarbonili termiki parçalayırlar.


Fe + 5CO Fe(CO)5 Fe + 5CO
Xassələri
Dəmir gümüşü-ağ rəngli parlaq metal olub, istiliyi və elek­tri­ki yaxşı keçirir. Onun xüsusi çəkisi 7,86 q/sm3, ərimə tem­pe­ra­turu isə 15390C-dir. Dəmir orta kimyəvi aktivliyə malik metal olub, maqnit xassəlidir. Dəmir nəm havada aşağıda gedən proses nəticəsində paslanır:
4Fe + O2 + H2O → 2Fe2O3  H2O
Dəmir duru turşulardan hidrogeni çıxarır və reaksiya nəticəsində onların ikivalentli duzları əmələ gəlir.
Fe + 2HCl → FeCl2 + H2
Fe + H2SO4 → FeSO4 + H2
Soyuq halda nitrat və sulfat turşularının qatı məhlulları dəmiri passivləşdirir. Lakin həmin turşuların isti məhlulları dəmiri üç­va­lentli birləşmələrə qədər oksidləşdirir.

2Fe0 + 6H2S+6O4Fe2+3(SO4)3 + 3S+4O2 + 6H2O
Fe0 + 6H N+5O3Fe+3(NO3)3 + 3N+4O2 + 3H2O
8Fe0 + 30H N+3O3 → 8Fe+3(NO3)3 + 3N+3H4NO3 + 9H2O
Dəmir güclü oksidləşdiricilərin təsiri ilə qələvilərdə həll ola­raq altıvalentli dəmir duzlarına – ferratlara çevrilir.

Yüklə 264,24 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin