E. M. Hacizadə



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix05.05.2017
ölçüsü5,12 Kb.
#16787
  1   2   3   4   5   6   7   8   9   ...   25

E.M.HACIZADƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SOSIALLAŞAN IQTISADIYYAT 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - Elm - 2006 
 

 
 
 
 
Elmi redaktor 
Akademik Z.Ə.Səmədzadə 
 
 
 
 
 
 
Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı, Elm, 2006. 509 səh. 
 
 
ISBN 5-8066-1314-3 
 
 
İqtisadiyyatın sosiallaşmasına açılan sivilizasion vektorun tarixi-fəlsəfi 
rakusda interpretasiyası verilən monoqrafiq tədqiqatda, sosiumun davamlı 
inkişafının iqtisadi və sosial kompozisiya prinsiplərinin araşdırılması elmi-analitik 
ifadədə əksini tapmışdır. Sosiallaşan iqtisadiyyatı bərqərar edərək onu tam vahid 
bütövə çevirən qaynaq elementləri:ictimai-iqtisadi yaranışlar, demoqrafik 
təbəllüdatlar, optimal məsrəflər, sosial təminatlar, lokal təsərrüfatçılıq, regional 
və qlobal inteqrasiya çevrəsi, iqtisadiyyatın energetik və resurs təchizatı, açıq icma 
və  vətəndaş  cəmiyyəti quruculuğu,  İslamın perspektiv iqtisadi reallıqları elmi-
tədqiqat araşdırmasının ana xəttini təşkil edir. 
Monoqrafiya istifadə  məqsədlərində elmi-tədqiqat, təhsil sferası  və  ən geniş 
oxucu kütləsi auditoriyasını nəzərdə tutur. 
 
 
 
 
2006
)
07
(
655
0605010407

H
 qrifli nəşr  
 
 
 
 
© «Elm» 
© E.Hacızadə 
 
 
 
 
 
 
2

 
 
MÜNDƏRİCAT 
 
ÖN SÖZ
 
 
 
 
 
 
 
 
 
 
 
04
 
 
GİRİŞ
 
 
 
 
 
 
 
 
 
 
 
06 
 
I FƏSİL 
SOSİAL-İQTİSADİ FİKİR TARİXİ KONSEPSİYALARI 
 
1.1.İlkin təsərrüfatçılıq kompazisiyası 
 
 
 
 
 
 
09 
1.2.Konfessial iqtisadi sistemlər 
 
 
 
 
 
 
 
13 
1.3.Orta əsrlər iqtisadi təfəkkürü və utopizm fəlsəfəsi 
 
 
 
 
16 
1.4.İqtisadi-nəzəri şəcərənin elmi təşəkkülü 
      18 
1.5.İqtisadi fikirin konseptual kamilləşməsi mərhələsi 
 
 
 
 
25 
1.6.Yeni metodoloji keyfiyyət və 
neoliberal 
missiya     34 
1.7.Ekonometrik modelləşmə və laureatlaşantədqiqatlar 
    40 
 
 
II FƏSİL 
SİVİLİZASİYA PARADİQMALARI 
 
2.1.Cəmiyyət həyatının inkişaf silsiləsi elmi yanaşmalar və baxışlar çevrəsində  
44 
2.2.İndustrial cəmiyyət və inkişafın növbəti senariləri 
 
 
 
 
46 
2.3.Sivilizasiyalar konsepsiyasına təbii resurslar kontekstində təhlili baxış  48 
2.4.Qlobal neft sivilizasiyası  
 
 
 
 
 
 
 
50 
2.5.Metan epoxası 
 
 
 
 
 
 
 
 
 
55 
2.6.Atom əsri   
 
 
 
 
 
 
 
 
 
60 
 
 
III FƏSİL 
İQTİSADİ VƏ SOSİAL VƏHDƏT 
 
3.1.Ekonomika          64 
3.2.Sosiologiya          66 
3.3.Soial iqtisadiyyat və İqtisadi 
sosiologiya      68 
3.4.Sosial 
statistika 
         70 
 
IV FƏSİL 
QLOBAL, REGİONAL, LOKOL 
 
4.1.Planetin resurslar bazası və istehsalın konstruktiv paylaşması   
 
 
75 
4.2.Ölkələr tipologiyası: mahiyyət və əhəmiyyət 
diapozonunda 
   77 
4.3.Lokal iqtisadi rayonlaşma 
 
 
 
 
 
 
 
80 
4.4.Qlobal və lokal konsensus: qlokalizasiya gerçəklikləri   
 
 
 
82 
4.5.Regional inteqrasiya prinsipləri   
 
 
 
 
 
 
84 
4.6.Dünya bazarı və 
transmilli 
korporasiyalar      87 
4.7.İnformasiya texnologiyaları və innovasiya nailiyyətləri  
 
 
 
89 
 
 
 
 
3

 
 
V FƏSİL 
DEMOQRAFİYA VƏ MƏŞĞULLUQ 
 
5.1.Demoqrafik təbəllüdatlar  
 
 
 
 
 
 
 
92 
5.2.Əmək bazarı və məşğulluğun optimal təminatı   
 
 
 
 
96 
5.3.Yoxsulluq və əhalinin marginallaşması problemləri 
 
 
 
 
99 
 
VI FƏSİL 
TƏKİMLLƏŞƏN MENECMENT VƏ OPTİMAL 
GƏLİRLƏR BÖLGÜSÜ 
 
6.1.Elmi və tətbiqi 
menecment        103 
6.2.Yerli özünüidarəetmə 
        107 
6.3.Kadr 
menecmenti 
         109 
6.4.Sosial siyasətin imperativləri 
 
 
 
 
 
 
 
111 
6.5.Gəlirlərin 
funksional 
bölgüsü 
       116 
6.6.Sosial təminatlar şəbəkəsi və əlverişli 
social 
infrastruktur 
   120 
6.7.Sosial müdafiə və effektli pension təminat 
     123 
 
VII FƏSİL 
SOSİALLAŞAN BİZNES STRATEGİYASI 
 
7.1.Əlverişli biznes mühitinin adekvat şərtləri 
     125 
7.2.Sahibkarlıq fəaliyyətinin prinsipial tələbləri 
     127 
7.3.Yeniləşən biznes strategiyası 
       128 
7.4.Biznes diversifikasiyası və genişlənən inkubasiya prosesləri 
   131 
7.5.Azad İqtisadi Zonalar, ofoşor və onşor 
      134 
 
VIII FƏSİL 
SOSİUM SOFTLAŞMA ORBİTİNDƏ 
 
8.1.Açıq cəmiyyət ideyası və softizasiyaya keçid zərurətləri    139 
8.2.Konstitusiya iqtisadiyyatı 
        141 
8.3.Sosial ekologiya və ekologiyalaşan 
iqtisadiyyat 
     143 
8.4.Seçim rasionallığı və onun sosial-iqtisadi səmərəsi 
    146 
8.5.Futuroloji məntiq və 
sosial 
proqnozlar 
      148 
8.6.Sosial bazar iqtisadiyyatı 
        151 
 
IX FƏSİL 
SOSİAL KONSENSUS: İSLAM İQTİSADİYYATI 
 
9.1.İslam iqtisadiyyatı nəzəriyyəsi tarixindən      156 
9.2.Müsəlman təsərrüfat etikası 
       157 
9.3.Müasir islam iqtisadi konsepsiyası və İslam maliyyəsi 
    159 
9.4.İslam bankları yeni tərəqqi müstəvisində      161 
9.5.«Üçüncü yol» fenomeni və ya İslam sosializasiyası 
 
 
 
 
164 
 
 
 
 
 
4

 
 
NƏTİCƏLƏR
 
         166 
 
ƏLAVƏLƏR 
         168 
 
SOSİAL İQTİSADİ VƏHDƏTDƏ ANLAŞILAN 
TERMİNLƏR LÜĞƏTİ 
 
 
 
 
 
 
 
192 
 
SOSİAL-İQTİSADİ HƏYATI TƏCƏSSÜM ETDİRƏN 
AFORİZMLƏR   
 
 
 
 
 
 
 
 
216 
 
QAYNAQLAR
 
         218 
 
İXTİSARLA YAZILMIŞ SÖZLƏR
      222 
 
РЕЗЮМЕ
 
          223 
 
SUMMARU 
         224 
 
5

 
 
ÖN SÖZ 
 
İqtisadiyyatın 
sosial mahiyyətliliyi  əzəli 
tarixi köklərə bağlı olsa da, cəmiyyətin müasir inkişaf 
mərhələsində o yüksəlişlər  əldə edərək daha çox 
sosiallaşmaya məruz qalmaqdadır. Dünyanın inkişaf 
etmiş ölkələri yeni iqtisadi inkişaf strategiyasını indi artıq 
yalnız dövlətin qüdrətlənməsi, iqtisadi təhlükəsizlik, 
dayanaqlı büdcə, məhdud infilyasiya indikatorları ilə 
yanaşı, bəşəri ehtiyacları dolğun ödəyərək geniş  sığorta 
və ictimai təminatları ifadə olunan sosiallaşan xətt 
üzərində qururlar. Üstün servis təyinatlılığı ilə  fərqlənən 
bazar iqtisadiyyatının bu yüksək fazasında iqtisadi 
yaranışlar səhiyyə, elm, təhsil, incəsənət, mədəniyyət, 
idman və bütünlükdə bütün sivilizasiya dəyərləri ilə ümumi vəhdət təşkil edir.
 
İqtisadiyyatın sosiallaşması prosesi dönməzdir. O, qloballaşaraq daha geniş tətbiq sferasına 
daxil olmaqdadır. Bu reallıq isə ümumi tələblərlə yanaşı, yeni sosial-iqtisadi sistemin 
formalaşmasının nəzəri  əsaslarını, metodoloji aspektlərini, praktiki nəticələrini geniş  təhlil 
predmetinə çevirir. Problemin aktuallığını nəzərə alaraq iqtisad elmləri namizədi Elşən Hacızadə 
tədqiqatçılar, alimlər və geniş oxucu kütləsinin mühakiməsinə verdiyi «Sosiallaşan 
iqtğisadiyyat» adlı monoqrafiyasında bu tələblərdən irəli gələn məsələlərin cavablandırılmasına 
cəhd etmişdir. 
Monoqrafik tədqiqatın ana xəttini iqtisadi və sosial vəhdət təcəssüm etdirir. Müəllif göstərir 
ki, bu vəhdət təsərrüfat həyatının təşəkkülü ilə eyni vaxtda yaranmışdır. Fikri əsaslandırmaq 
üçün o, iqtisadi və sosial paralelliyi sosial və iqtisadi fikir tarixi konsepsiyaları baxımından şərh 
edir. Burada maraqlı  cəhət ondan ibarətdir ki, bu elmi-təhlili  şərhdə  bəşər sivilizasiyasının 
təşəkkül və inkişaf prosesi makroregional aspektdə verilmiş  və müəllif iqtisadiyyatı  və sosial 
həyatın konfessial mahiyyətliliyini  əsaslandırmağa meyl etmişdir. Bununla belə  tədqiqatda 
göstərilir ki, sivilizasiya paradiqmaları kontekstində təsərrüfat həyatı daş-metal predmetliyi kimi, 
energetik quruluş mahiyyətliliyinə  də malikdir. Çünkü enerji təminatı iqtisadiyyatın bütün 
guşələrində  əsas irəliləyiş faktoru olmuş  və qalmaqdadır. Buna görə  də müəllifin fikrincə 
sivilizasiyalar konsepsiyasına təbii resurslar təməlindən də yanaşılmalıdır. Bu yanaşmanı isə 
müasir mərhələdə faktiki olaraq daha sürətlə  dəyişən industrial və postindustrial sistemlərin 
tərkib hissələri - neft sivilizasiyası, metan epoxası və nüvə sintezi mərhələləri əks etdirir. 
İqtisadi və sosial vəhdət problemini araşdıran müəllif bu baxımdan iqtisadiyyat və sosioloji 
elmlərin predmet və obyektlərinin  əlahiddəliyi və uyğunluğu da təhlil edir. İqtisadiyyatın 
sosiallaşmasına güc verən qlobal, regional və lokal aspektləri bir araya gətirərək qiymətləndir. 
Müəllif haqlı olaraq göstərir ki, bütün sivilizasiya yaranışları insan faktoruna, onun kapital 
dəyərinə istinad edir. Bu gerçəklikdən çıxış edərək vurğulayır ki, iqtisadiyyatın sosial 
yönümlülüyinün təminatında insan kapitalının hərtərəfli inkişafı üçün məşğulluq probleminin 
həlli, yoxsulluğun aradan qaldırılması  və ümumilikdə mobil sosial infrastrukturun yaradılması 
vacib şərtlidir. 
İqtisadiyyatın sosiallaşması problemi bütün təsərrüfat obyektləri və subyektlərinin 
menecment sisteminin də təkmilliyini tələb edir. Bu aspektdə menecment problemini önə çəkən 
müəllif dövlətin, korporasiyaların, ayrı-ayrı  fərdlərin rolunu qiymətləndirərək iqtisadiyyatın və 
sosial sferanın idarə olunmasında sosial siyasətin imperativləri sistemləşdirir. Artan sosial 
məsuliyyət çərçivəsində gəlirlərin optimal bölgüsü, sosial təminatlılığın artırılması, servis işinin 
inkişafını mühüm amil hesab edir. Müəllifin fikrincə sosial iqtisadiyyat quruculuğunda biznes 
strategiyası da yeni məzmun mahiyyətdə formalaşmalı  və o, üstün sosial yönümlülüyü ilə 
fərqlənməlidir.İqtisadiyyatın sosiallaşmasını labüd proses hesab edən müəllif müasir dünyada 
mövcud real və nəzəri sosial-iqtisadi sistemləri: açıq cəmiyyət, konstitusiya iqtisadiyyatı, sosial 
 
6

 
 
bazar iqtisadiyyatı  və digərlərinin başlıca xüsüsiyyətlərini apardığı  təhlil  əsasında fərqləndirir, 
lakin bununla onların hansının üstün olduğuna tam dəqiqliklə  təyinat vermir. Bununla belə o, 
prinsipial olaraq hesab edir ki, iqtisadiyyatın sosiallaşmasının ən təminatlı alternativ sistemi kimi 
İslam iqtisadi modeli çıxış etməlidir. Bu baxış onunla əsaslandırılır ki, müasir qlobal 
iqtisadiyyatda hakim iqtisadi modellər böhranlı xarakterlidirlər və onlar mütəmadi 
təkmilləşməyə  məruz qalsalar da kifayət edici ədalətli gəlirlər bölgüsünü və sosial paritetliyi 
dolğun təmin etmirlər. Bu təminatlığı isə o, mükəmməl sosial ədalət və təsərrüfatçılıq etikasına 
malik İslam iqtisadiyyatında görür. İslam iqtisadiyyatının bəşəri mahiyyət və prinsiplərini yeni 
reallıqlar baxımından təhlil edən müəllif, həm də haqlı olaraq göstərir ki, bu sahədə  nəzəri 
araşdırmalar yeni dövriyə  yığmaqdadır və prosesin önündə Azərbaycanlı professor 
M.X.Meybullayevin tədqiqatları dayanır. 
Monoqrafiyanı oxuyarkən belə  qənaətə  gəlmək olur ki, müəllif məqsədli olaraq qarşıya 
qoyduğu iqtisadiyyatın sosiallaşması probleminin əsas meyar və konturlarını 
müəyyənləşdirməyə  və sistemləşdirməyə  cəhd etmiş  və bir çox hallarda buna nail olmuşdur. 
Burada daha bir maraqlı  cəhət ondan ibarətdir ki, əksər məsələlərin təhlilində müəllif konkret 
nəticələr formalaşdırmamış, problemin fundomentallığını önə  çəkərərək onu bu istiqamətdə 
tədqiqatlarını genişləndirənlərin mühakiməsinə buraxmışdır. 
Monoqrafiiyada mübahisəli və ayrı-ayrı hallarda ziddiyytli məqamlara da rast gəlinir. Bunu 
isə problemin çox geniş  əhatə dairəsinə malikliyi və  təhlil sferasında çoxsaylı istiqamətlərin 
mövcudluğu ilə bağlamaq lazımdır. 
Nəşr edilən monoqrafiyanın oxunaqlığını  və  mənimsənilmə imkanlığını artırmaq üçün 
kitabda uyğun illüstrasiyalar, təsərrrüfat həyatına aid aforizmlər, iqtisadiyyat sahəsində Nobel 
laureatları haqqında məlumatlar, sosial və iqtisadi anlayışları ifadə edən  əsas istilahlar lüğəti 
əksini tapmışdır. 
Müəllifin uzun illər apardığı  tədqiqatını qiymətləndirərək ona bu istiqamətdə elmi 
yaradıcılığının daha da genişləndirilməsini arzulayırıq. 
 
 
Akdemik Z.Ə.Səmədzadə 
 
 
 
 
 
 
 
7

 
 
Bol sevgi diləkli, cəfakeş, 
anam Bəyimxanım Sadıq qızına itihaf olunur 
 
 
GİRİŞ 
 
Fövqündə bəşəri dəyərlər və haqlar dayanan inkişaf etmiş ölkələrə geniş təcəssümlü sığorta 
və ictimai təminatları ifadə edən sosiallaşmış bazar iqtisadiyyatı xasdır. Bazar iqtisadiyyatının 
yüksək fazası kimi, servis təyinatlı yeni sferanın hakimliyi ilə xarakterik olan sosial 
iqtisadiyyatın diqqət mərkəzində  tələb və qiyməti ilə insan varlığı durur. Burada təsərrüfatın 
bazar metodları iqtisadiyyatın sosialyönümlü dövlət tənzimlənməsi ilə uzlaşır. Səhiyyə, elm, 
təhsil, incəsənət, mədəniyyət, bədən tərbiyəsi və idmanın da daxil olduğu sosiallaşan bazar 
iqtisadiyyatının leytmotivini də bazar mexanizminə  və sosial dirçəlişə köklənən iqtisadiyyat 
təşkil edir. 
İstiqaməti sosial təyinatlı bazar iqtisadi modeli iqtisadi azadlıq, iqtisadi artım, iqtisadi 
təhlükəsizliyə istinad olunan tam məşğulluq, qiymət stabilliyi, sosial sabitlik və  ədalətli 
vergiqoyma kimi mühüm komponentlərdən ibarətdir. Aktuallığı yüksələrək sosiallaşan 
iqtisadiyyat müasir sivilizasion transformasiyada prioritet alternativ ampulada çıxış edir. Bu 
aktuallaşan reallıqları  əsaslandıraraq yeni sosial-iqtisadi sistemin formalaşmasının konseptual 
bazisinin, metodoloji aspektlərinin, nəzəri və praktiki iqtisadi həll mexanizmlərinin təhlili 
mövcud monoqrafik tədqiqatda araşdırma predmetinə çevrilmişdir. 
İdrakı  təkamül, sosial-iqtisadi tərəqqi, elmi-texnoloji nailiyyətlər və  əks qütbdə ki, 
yaranışlar - müharibələr, təbii fəlakətlər, iqtisadi böhranlar, sosial kataklizmlər sivilizasion 
transformasiyanı reallaşdıranda empirik analizin aparılması ictimai tələb və sifarişləri 
formalaşdırmışdır. Hər bir yeni yaranış və təbəllüdat klassik iqtisadi təlim korifeylərindən müasir 
iqtisadi-sosioloji lider nümayəndələrə  qədər sivilizasiya hadisələrinin xronoloci məntiqdə elmi 
araşdırılmasını  tədqiqat mövzusunun hədəfi etmişdir.  İnsanın sosial və  təsərrüfat həyatının 
inkişaf problemlərinin praktiki və nəzəri çevrədə müxtəlif növ mülkiyyət formaları aspektindən 
izahı verilmiş, yeni instansiyaya keçidin şərtləri, perspektivin hipotezləri elmi əsaslandırılmışdır. 
Bu həlqədə iqtisadiyyatın sosiallaşması, onun daha dolğun bəşəri xarakter alması istiqamətində 
də tədqiqat və araşdırmalara intəhasız bilgi materialı sərf edilmişdir. Paralel olaraq sosial-iqtisadi 
problemlərin tədqiqi də müasir məqamda mütəmadi izlənərək modifikasiya olunan elmi 
araşdırma meydanına çıxmışdır. Sosial məsuliyyətin yüksəldiyi bazar formatlı iqtisadi quruculuq 
dövründə aparılan müvafiq tədqiqatların paradiqması isə köklü dəyişmələrə uğramış, daha sivil 
və mütərəqqi məzmun almışdır. 
Miqyaslı toplum təşkil edən müvafiq araşdırmaları yüksək dəyərləndirərək, onun elmi-
empirik bazasında mövcud monoqrafik tədqiqatda məqsədli quruluş  və genetik elmi 
əsaslandırma rakusundan iqtisadiyyatın sosiallaşması konsepsiyasına fərqli yanaşma təzahürlü 
təyinat verilmişdir. Bu fərqlilik sosial və iqtisadi uzlaşma kontekstində  tədqiqatın inteqrir 
struktur düzümündən, fəlsəfi ahəngli mahiyyətindən, elmi-təhlilin institusional motivli metodik 
yanaşma və trendlilik aspektindən sezilir. 
İqtisadiyyatın sosiallaşmasına aparan yolun tədqiqində məqsədlər toplumunun ön sırasına 
retrospektiv araşdırma predmetini əks etdirən sosial-iqtisadi fikir tarixi konsepsiyalarının təhlili 
çıxarılmışdır. Təsərrüfatçılığın yaranışı, konfessial iqtisadi sistemlər, intibah dövrünün iqtisadi 
təfəkkürü, utopizm fəlsəfəsi, nəzəri-iqtisadi  şəcərənin elmi təşəkkülü və  cəmiyyət həyatının 
bütün sivilizasion inkişaf mərhələlərinin kompleks tədqiqi elmi yanaşmalar və baxışlar 
çevrəsində ilkin araşdırma mövzuları şəbəkəsini təşkil etmişdir. 
Monoqrafik tədqiqatın  ən ümumi prinsipial sücet xəttini iqtisadi və sosial vəhdət 
kompozisiyası  tərənnüm edir. Sosial iqtisadi uzlaşma təyinatından öncə iqtisadiyyatın və 
sosioloji elmlər sferasının mahiyyət və prinsipləri konstatasiya olunur, nisbi metodik və 
predmetik cəhətlər araşdırılaraq sosiallaşan iqtisadiyyatın başlıca indikatorları, statistik 
göstəricilər sistemi və bu inkişaf trayektoriyasının genişlənməsini əsaslandıran və eyniyyətlə də 
 
8

 
 
məhdudlaşdıran amillər şəbəkəsinin təhlili aparılır. Xüsusi vurğu sosial və iqtisadi birliyin artıq 
ayrıca tədqiqatlar sistemində formalaşmış elmi «İqtisadi sosiologiya» və «Sosial iqtisadiyyat»ın 
fərqlilik aspektlərinə yönəldilir. 
İqtisadiyyatın dərinləşən sosial xarakter alması məxsusi komponent və atributlar dairəsində 
vüsətlənir. Sosial və ya iqtisadi olması  fərqinə varmadan bütün sivilizasion yaranışlar insan 
faktoru üzərində pərvəriş tapır. Demoqrafik situasiyanın, onun struktur mobilliyinin dəyişkənliyi, 
məşğulluğun təminatı,  əmək bazarının seqmentasiyası  və bu proseslərin aktiv, davamlı 
tənzimlənməsi sivilizasion irəliləyişlərlə müşaiyət olunur. Tədqiqatda bu əsnadan çıxış edərək 
bir daha təməlli olaraq göstərilir ki, iqtisadiyyatın sosial yönümlülüyünün təminatında insan 
kapitalının hərtərəfli inkişafı  məşğulluq probleminin optimal həllini reallaşdıraraq yoxsulluğun 
mülayimləşməsi və  təcridinin, ümumilikdə  əhalinin marginallaşmasının qarşısının alınmasına 
sipər çəkir. 
Müasir və perspektivli iqtisadiyyat və həmçinin sosial həyat bütövlükdə planetin mineral-
xammal bazasının, material və  mənəvi resurslar şəbəkəsinin optimal yerləşməsi və  səmərəli 
istifadəsi prinsiplərindən qaynaqlanır. Çağdaş sivilizasiyanın həyat təkərini energetik biçimli 
mühərriklər hərəkətə  gətirir. Enerji problemi bütün yaranışların substansiyasında dayanaraq 
çeşidli energetik sivilizasiya paradiqmalarını formalaşdırır. Tədqiqat prosesində iqtisadi və sosial 
proseslərdə müvafiq enerji dominantlığına rəğmən planetin resurslar bazasının təsnifat və 
parametrləri, energetik sivilizasiyaların mahiyyəti, məzmun və formaları, onların trasformasiya 
labüdlüyü ayrıca təhlil blokunda araşdırılmışdır. 
İnsanın təsərrüfat həyatı  və sosial proseslər daim idarəolunmaya və  tənzimlənməyə 
məhkumdur. Müasir menecment də bütün səylərini müvafiq proseslərin kataklizmlərsiz, rəvan 
irəliləyişinə kökləyir. Tədqiqatda iqtisadiyyatın sosiallaşması istiqamətində idarətmə  və  tənzim 
vermənin üstün obrazını dəyərləndirərək texnoloji və kadr menecmentinin əhəmiyyət diapazonu 
yeni və klassik səpkidə araşdırılır. Bu şəbəkədə dövlətin, korporasiyaların, ayrı-ayrı  fərdlərin 
rolu qiymətləndirilərək iqtisadiyyatın və sosial sferanın idarə olunmasında sosial siyasətin 
imperativləri sistemləşdirilir. Gəlirlərin bölgüsü, sosial infrastruktur, sosial müdafiə və pensiyon 
təminat, xidmət və servisin yüksəldilməsi ümumi sintezdə  tədqiqat sferasının məqsəd və 
vəzifələr blokunun növbəti mövzularını ifadə edir. 
Yaşadığımız çağdaş zamanda planetin sivilizasion səmtinin postindustrial təsərrüfata 
köklənməsi və bu əsnada güclənən qlobal axın hər bir ölkənin siyasi oriyentasiyasından asılı 
olmayaraq, onun sosial-iqtisadi tərəqqisində  əksini tapmadadır. Məhz bu baxımdan təhlilinə 
təşəbbüs edilən problemin daha dolğun çərçivədə çözülməsi qəti olaraq meqaekonomik 
tendensiyanın nəzərə alınmasını şərtləndirir. Dünya təsərrüfatının, beynəlxalq bazarın strukturu, 
qlokolizasiya, regionlaşma aspektləri, coğrafi sosial-iqtisadi modelləşmə, informasiyon 
texnologiyalar və innovasion nailiyyətlər gücü və bu ümumi gerçəkliklərdən irəli gələn faktorlar 
tədqiqat predmetinin aksesuarlarına çevrilmişdir. 
Biznes strategiyası, biznesin inkubasiyası,  əlverişli biznes mühiti, onun azad və  səmərəli 
təşkilati iqtisadi yaranış zonaları, softizasiyanın inkişaf perspektivləri, açıq icma və  vətəndaş 
cəmiyyəti quruculuğu, konstitusiya iqtisadiyyatı  təməlçiliyi, sosial ekologiya və neosferanın 
mahiyyət prinsipləri, rasional seçim, futuroloji məntiq, sosial-iqtisadi proqnozlar şəbəkəsi sosial 
bazar iqtisadiyyatının formalaşması attraktorları  və  qərarlaşmasına təsir edən amillər 
konfiqurasiyası kimi dəyərləndirilərək tədqiqat prosesinin nəticəlik oriyentasiyasını 
istiqamətləndirir. 
İqtisadiyyatın sosial modernləşməsinin mühüm alternativ varyasiyası kimi tədqiqatın 
ideyalar çevrəsində yekun olaraq yeni dövriyyə  yığmış  və dinamik güc toplamış  İslam 
iqtisadiyyatına geniş məkanlı meydan ayrılır. Bu genişlik onunla əsaslandırılır ki, müasir qlobal 
iqtisadiyyatda  əslində  yəhudi-xristian məkfurəsini  əks etdirən modellər hakimdir. Müvafıq 
modellər isə böhranlı xarakterli olaraq sosial bərabərsizlikləri ilə  fərqlənirlər. Sosiallaşan 
iqtisadiyyatın AvroAtlantik modelləri nə qədər təkmilləşməyə məruz qalsalar da yetərli ədalətli 
gəlirlər bölgüsünü və real sosial paritetliyi dolğun təmin etmək iqtidarında deyildirlər. Bu 
mənada yeni iqtisadi modellərin axtarış strategiyasında, «üçüncü yol» konsepsiyasında  İslam 
 
9

 
 
maliyyəsi və sosializasiyası mühüm alternativ konsensus kimi sınanmalı  və kompleksli 
reallaşmalıdır. 
Sosiallaşan iqtisadiyyat konsepsiyasının mövcud monoqrafik tədqiqat sferasında 
araşdırılması məxsusi elmi yenilikli və praktiki əhəmiyyətli cəhətləri səciyyələndirilir. Belə ki, 
sosiallaşan iqtisadiyyat konsepsiyasının tədqiqat mexanikası ilk dəfə olaraq sosial-iqtisadi 
olmaqla yanaşı, həm də konfessial və  fəlsəfi çevrədə komplekslilik əldə edir. Yeni dayanaqlı 
sivilizasion paradiqmalı cəmiyyət quruculuğunda, iqtisadi sistemin sosiallaşan bazar iqtisadiyyatı 
prinsiplərinə adaptasiyasında  İslamın üstün sosial ədalət və  təsərrüfatçılıq prinsipləri alternativ 
tam kimi önə çəkilir. 
Çağdaş sivilizasion transformasiyada ən mühüm həyati məsələ olaraq sosial və  təsərrüfat 
həyatının energetik təchizat problemi və onun perspektivlik imkanlar diapazonu fərqlənir. 
Tədqiqat işində qlobal energetik təchizatın müxtəlif inkişaf senariləri bir araya gətirilir, enerji 
faktorları qiymətləndirilərək təhlil edilir və onların xronoloci əvəzlənməsi hipotetik düzümdə 
təqdim olunur. Energetik epoxaların amplitudasının məntiqi, aksimotik təyinatı özü-özlüyündə 
milli energetik strategiyaların formalaşması  və  təkmilləşməsi aspektində praktiki istifadə 
təyinatlı materiala çevrilir. Ümumilikdə iqtisadiyyatın sosiallaşması konsepsiyası  və onun yeni 
rakuslu tədqiqat prosesi tam bir emprizmi şərtləndirərək gələcək istifadənin informatik bazası 
çıxışında bulunur. Bu aspekt açıq vətəndaş  cəmiyyəti quruculuğunda, sosiumun inkişaf 
problemlərinin araşdırılmasında qlobal demoqrafik potensialın təbii sərvətlərə uzlaşma 
optimallığının təyinatına, sosial və ekoloji məsuliyyətin yeni postulatlarının formalaşmasında, 
rasional seçimli, futuroloji məntiqli sosial-iqtisadi proqnozlarda istifadə gərəkliyini yüksəldir. 
Tədqiqatın obyektlər silsiləsində aydınlıqların artması, təəssüratların daha da 
genişləndirilməsi mütəfəkkir portretləri, illüstrasiyaların, cədvəl və qrafik materialların təqdimatı 
ilə həllini tapmışdır. Məxsusi olaraq Azərbaycan oxucusu üçün 1969-2005-ci illərdə iqtisadiyyat 
sahəsində Nobel laureatlarının nailiyyətlər kontekstində  təsnifat siyahısı verilmişdir. Kitabda 
təsərrrüfat həyatına aid məhşur kəlamlar, aforizmlər və habelə ayrı-ayrı homo ekonomikusların 
qısa fikir və mülahizələrini əks etdirən xüsusi bölmə təqdim olunmuşdur. Ədəbiyyat siyahısında 
hər bir nəşriyyat məhsulu tədqiqatın konkret araşdırma və təhlil məqamları ilə rəqəmli işarələrlə 
uzlaşdırılmışdır. Tədqiqat sonluğunda abreviaturaları  mənalandıran müvafiq açıqlama verilmiş, 
iqtisadi və sosial elmi vəhdəti ifadə edən  əsas anlayış  və istilahların  ən mümkün lakonik 
interpretasiyada lüğəti  əks olunmuşdur. Nəticələr ümumiləşərək sistem halına gətirilmiş, 
monoqrafik tədqiqatın rus və ingilis dillərində annotasiyalarına ayrıca təqdimat verilmişdir. 
 
 
10

 
 

Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin