I FƏSİL
SOSİAL-İQTİSADİ FİKİR TARİXİKONSEPSİYALARI
1.1. İlkin təsərrüfatçiliq kompozisiyasi
Sosiallaşan iqtisadiyyat quruculuğunun motivasiyası təsərrüfatçılıq ukladlarının təşəkkül və
bəşəri iqtisadi fikir tarixinə ekskursu şərtləndirir. Praqmatik orbitin sakinləri aydın dərk edirlər
ki, hər bir yeni yaranışın empirik rişələri vardır. Bu baxımdan təsadüfü olmayaraq sosiallaşan
iqtisadiyyat paradiqması da direktiv və proqnoz sintezini ehtiva edən təyin olunmuş məqsədli
quruluş və genetik elmi əsaslandırma diapazonunda pərvəriş tapır, perspektiv təyinatlı olaraq
retrospektiv köklərdən qaynaqlanır.
Ən əski zamanlara köklənərək insanların təsərrüfat həyatının tarixi, bəşəri ibtidai iqtisadi
baxışlar çevrəsinin yaranışı cəmiyyət inkişafının müxtəlif mərhələlərində formalaşan obyektiv
şərtlər, tələb və maraqlar təməlində ərsəyə yetmişdir.
İqtisadi düşüncənin formal kökləri ibtidai insan həyatının ən dərin guşələrinə nüfuz edir.
Elmə məlumdur ki, ibtidai insanlar belə primitiv iqtisadi biliklərə, təsərrüfat münasibətləri
haqqında müəyyən praktik vərdişlərə və təəssüratlara malik olmuş, həyatı istehlak nemətlərinin
istehsalını, bölgüsünü və mübadiləsini reallaşdırmağı əxz etmişlər. Lakin bu yaranışlar sərbəst
bilik sahəsinə ayrılmayaraq ictimai şüurun tərkib hissəsi çərçivəsində, dini dünyagörüşün
həlqələrində cərəyan etmişdir.
Ümumi götürdükdə bütün bəşəri sivilizasiya boyu iqtisadi fikrin yaranış və təşəkkül tarixi
aşağıdakı üç mühüm mərhələdən keçmişdir:
I.Qədim dünya iqtisadi fikri;
II.Qədim Şərq sivilizasiyasının iqtisadi fikri;
III.Antik dünyanın iqtisadi fikri.
Qədim dünyanın Şərq qütbündəki ilk sinfi icmaların yaranışı, sonradan padşah-məbəd
təsərrüfatının meydana gəlməsi təşkilati problemlərin həlli və dövlətin idarə olunmasında iqtisadi
düşüncənin daha konkret zəmində formalaşmasını labüd etmişdir. Elə bu həlqədən də iqtisadi
elmin təşəkkül özəklərini əski dünyanın ilkin sivilizasiya məkanı Qədim Şərqin mütəfəkkir
baxışlarında, ayrı-ayrı hökmdarların idarəetmə sistemini ehtiva edən kitabələrdə axtarmaq
gərəkli hesab olunur.
Müqayisəli aspektdən çıxış edərək qeyd olunmalıdır ki, paralel zamanlarda Avropa qitəsi
ayrı-ayrı ovçu məntəqələri istisna olmaqla büsbütün bəşəri mədəniyyətdən kənarda qalmışdır.
Buna görə də həmən çoğrafi məkanın müqabil illərdə iqtisadi fikir tarixində rolu istisna edilir.
Bizim eradan əvvəl IV minillikdə Qədim Şərqdə artıq quldarlıq quruluşu intişar
mərhələsinə qədəm qoymuşdu. Bu cəmiyyət formasının yaranışı isə öz
növbəsində natural təsərrüfatçılıqdan əmtəə-pul münasibətlərinə
keçidə rəvac vermiş, icma, dövlət və şəxsi mülkiyyətin qarşılıqlı
ünsiyyətini yeni inkişaf mərhələsinə yüksəltmişdi.
Qədim Şərqin quldarlıq cəmiyyəti antik quldarlıqdan köklü
fərqlənirdi. Bu fərq üstün səciyyədə qulun cəmiyyətdə əsas istehsal
gücünə malikliyi ilə daha qabarıq təzahürlü olmuşdur. Belə ki,
müvafiq sistem çərçivəsində kənd təsərrüfatı və əkinçilik formal olsa
da azad insanlara məxsus idi. Digər nisbət isə torpağın dövlətin və ya
dövləti icmanın əlində qalması fərqində seçilirdi. Qədim Şərqdə dövlətin təsərrüfat həyatında
xüsusən də əkinçilikdə irriqasiyanın tənzimlənməsində iştirakı klassik və spesifik istehsal
üsulunun yaranışını təyinatlı etmişdir. Bu istehsal nümunəsi iqtisad elmi tarixinə «Asiya istehsal
üsulu» kimi pərçimlənmişdir.
«Asiya istehsal üsulu»nun ilk elmi şərhi K.Marks və F.Engelsin yazışmalarında
verilmişdir. Onun ayrı-ayrı cəhətlərinin təhlili isə K.Marksın «Kapital» əsərində əksini tapmışdır.
XIX-XX əsrlərdə marksist ədəbiyyatlarda «Asiya istehsal üsulu»nun tədqiq prosesi, xüsusən
11
Q.V.Plexanovun, V.İ.Leninin əsərlərində inkişaf etdirilmişdir [22-25, 127].
Toplanmış tədqiqat materiallarına görə «Asiya istehsal üsulu»nun mahiyyətcə əsas
əlamətlərini təsərrüfat həyatının nizamlanmasında dövlətin aparıcı rolu, şəxsi əmlakın
toxunulmamazlığı, ticarət məhdudluğu, xüsusi istismar üsulunun mövcudluğu kimi
komponentlər təşkil edir. Lakin bununla belə qeyd olunmalıdır ki, «Asiya istehsal üsulu»nun
mahiyyəti fundomental kontekstdə tam açılmamış qalmaqdadır.
Qədim dünyanın iqtisadi baxışlar sisteminin başlanğıcını əsasən əski Misir
təsərrüfatçılığına görüntü verən «Heraklepol padşahının oğlu Merikaranın nəsihətləri» /b.e.ə.
XXII/ və «İpuserin ifadələri» /b.e.ə. XVIII/ abidələrinin yaranışından hesab etmək olar. Birinci
abidədə dövlətin funksiyaları, təsərrüfatın idarəetmə metodları ön plana çəkilsə də, ikinci də
sosial çevriliş, idarəetmənin mərkəzi sisteminin dağılması və onun nəticələrinin təssürat və
təsəvvürləri əksini tapmışdır [60, 127].
Çarlığı bizim eradan əvvəl 1792-1750-ci illərə təsadüf olunan Babilistan tiranı
Hammurapinin qədim Mesopatamiyada sosial-iqtisadi münasibətlərin
prinsiplərini şərtləndirən, daş kitabələrə köçürülmüş 282 maddəni əhatə
edən qanunlar məcəlləsi də iqtisadi baxışlar sisteminin yaranışının ön
sıralarında qərar tutur. Miladdan 1760 il öncə yazılaraq Hammurapi
qanunları kimi tarixi yaddaşa köçürülmüş müvafiq idarəetmə «rituallarında»
quldarın qul üzərindəki hakimiyyəti təqdis olunur, məmur maraqları önə
çəkilərək şəxsi əmlak müdafiə edilirdi. Bu isə öz növbəsində qədim
Babilistanda ticari-pul münasibətlərinin əhəmiyyətli ölçüdə inkişafından
xəbər verir [60, 95].
Siyasi iqtisad kontekstində menecmentlə bağlı traktatların yazılması
proseslərinin erkən təşəkkül tapdıqları regionlar sırasında Çinin məxsusi yeri
vardır. Qədim Çin filosofları 24 əsr öncə Si padşahlığının Siziya
akademiyasında dövlətin idarə edilməsini ilk mükəmməl kodeksini
hazırlamağa müvəffəq olmuşlar. Uzun hazırlıqlardan üç yüz il sonrası - b.e.ə.
26-cı ildə ölkənin sosial-iqtisadi həyatını nizamlayan müvafiq qanunlar
toplusu son variantda Lyu Syan tərəfindən tam külliyat halına salınmışdır. Bu
mühüm traktat Si padşahının /b.e.ə. ? - 645/ baş vəziri olmuş, özünün siyasi,
sosial-iqtisadi islahatları ilə məhşurlaşmış, görkəmli
filosof Quan-Tszının
şərəfinə adlandırılaraq ilk dəfə XIII əsrdə nəşr edilmişdir.. Padşahlıq
mütləqiyyətini qətiyyətli tərənnüm edən baxışları, sosial-iqtisadi rasional praktiki əməlləri ilə
tanınan Quan-Tszının nüfuz yüksəlişi o zamanlarda qədim Çində məlum olan fəlsəfi məktəblərin
prioritetlərinin məhz onun simasında unifikasiyasını təmin etmişdir.
«Quan-Tszı» traktatı öncə daosizm əsasında ixtisaslaşsa da, sonradan daha sosial əsaslı
leqizm cərəyanında intişar tapmışdır. Traktatın müəllifləri dövlətin varlı, xalqın isə barış içində
olması ideyasını ali məqsəd kimi qarşıya qoymuşlar.
«Quan-Tszı» təlimində sərvət anlamında qızıl və mirvarinin üstünlüyü zəminində bazarda
əmətəə dəyəri mübahisə doğurmayan bütün material nemətlər əsas götrülürdü. Qızıl isə burada
valyuta formasında mübadilə qalığının ödənişi funksiyanı yerinə yetirirdi. Traktata diqqətli nəzər
yetirdikdə, onun zamanlı analoqlarından bazar mexanizminin qavrayışlılıq aspektinə maliklilik
fərqini sezməmək mümkün deyildir. Müvafiq bazar funksionallığının dərki və qəbulunda isə
tənzimləmə aparmaqla tələb və təklif tarazlığı yaratmaq və bu istiqamətdə dövlət tədarükü, pul
buraxılışı mexanizmlərindən istifadə etmək kimi fəaliyyətlər dayanır [89, 110, 127].
Erkən iqtisadi düşüncə tarixində qədim Çin filosofu Konfutsinin - Kun-tszı /b.e.ə. 551-479-
cu illər/ təlimlərinin də əhəmiyyətli yüksəkdir. Dövlət patriarxal-paternalist konsepsiyasını
inkişaf etdirən alim özünün məhşur «Lun-yun» / Söhbətlər və deylimlər/əsərində dövləti böyük
ailə adlandıraraq hesab edirdi ki, əmək sabit cəmiyyət quruculuğunu tənzimləyərək sərvətləri
artırır, ailə münasibətlərini möhkəmləndirir. Onun fikrincə hakimiyyət sərvətlərinin bərabər
bölgüsü, kənd təsərrüfatı işlərinin nizamının, vergilərin məhdudlaşdırılması və insanların mənəvi
təkmilliyinin qaygısını çəkməlidir. Konfutsinin bu iqtisadi-etik normaları nə qədər bəşəri-tarixi
12
əhəmiyyətli olsa da, vətən patriarxal ailə icmasının və Çin dövlətinin ictimai quruluşunun
möhkəmlənməsinə xidmət edirdi.
Qanunlar və cəza əsasında deyil, adi insani haqlar çərçivəsində idarəetməni rəhbər tutan,
ağır vergiləri təcrid edən «Konfutsianlıq» adlanan bu əxlaqi-siyasi
dünyagörüş Çinin ictimai-siyasi həyatında dərin iz buraxaraq iki min
ildən artıq bir dövrdə, b.e.ə 136-cı ildən 1911-ci ilədək - Sinxay
burcua inqilabına qədər rəsmi hakim doktrina kimi qalmışdır. «On min
nəslin müəllimi adını daşıyan Konfutsinin təlimi ayrı-ayrı fraqmentlər
kontekstində indinin özündə də milli mentalitetin, şüurun, icma
fəaliyyət tərzinin ayrılmaz hissəsinə çevrilmişdir [106, 110].
İqtisadi fikir tarixinin ilk çağları ilə bağlı hadisələr məkanı
sırasında qədim Hindistanın da məxsusi yeri vardır
ın erkən çağlarında təsərrüfat həyatına düzüm
verənlərin ön çərgələrində yer almışlar. Davranış və gündəlik həyat tərzini
etik obrazda tənzimləmədə «dxarmaşastrak» külliyyatları və bu sırada
qabarıq mövqedə dayanan «Manu qanunları» daha geniş arealı əhatə edirdi.
Qədim hind dilində «Manu» insan deməkdir. S
. Qədim hindlilər
dövlətçilik sivilizasiyasın
askrit dialektində
yazıla
və
şəxsi
t
n «Manu qanunları» 12 bölmədə olmaqla 2650 misranı birləşdirir.
«Manu qanunları»na görə ölkədə başlıca mülkiyyt padşah, icma
fondlara ayrılan torpaqdır. Öhdəliklərin sarsılmazlılığı, varisliyi
qətidir. Mülkiyyət müqafilələr əsasında alqı-satqıya məruz qalır. Pis
kefiyyətli və çəkisi azaldılmış əm əənin satışı qanunla sanksiyalaşdırılır [37,
60].
Qədim Hindistanda «Manu qanunlarıı» ilə yanaşı b.e.ə. IV-III əsrlərdə paralel müstəvidə
çar Çandraquptın müşaviri olmuş Kautilyanın təsərrüfat həyatının və iqtisadi düşüncənin bir sıra
məqamları dolğun əks etdirən, məzmunca siyasi-iqtisadi, fəlsəfi-hüquqi motivliliyi ilə fərqlənən
«Artxaşastra» külliyyatı da işlək olmuşdur / atrxa - təlim, şastra - gəlir/ Maddi material marağa:
torpağın alınmasına, vergilərə, ticari mənfəətə, faizlərə və bu kimi iqtisadi seqmentlərə həsr
olunan traktatda quldarlıq cəmiyyəti sərvətlərin yığımının təbii mənbəyi kimi qiymətləndirilir.
Burada göstərilir ki, dövlətin əsas iqtisadi siyasətini vergilərlə xəzinənin doldurulması, düzgün
idarəetmənin məqsədini isə əhalinin əməyi nəticəsində sərvətlərin artımı təşkil etməlidir. Bu və
ya digər analitik mahiyyətlər təzahürlü olaraq qədim Hindistanda iqtisadi münasibətlərin
inkişafına və iqtisadi düşüncənin sistemləşdiyinə bir daha aşkarlıq gətirir [3, 89].
Qədim dünyanın təsərrüfat və sosial həyatının prinsip və normaları sonrakı mərhələdə antik
filosofların iqtisadi baxışlarında məzmunlu ifadəsini tapır. Antik dünya təsərrüfatçılığının
təhlilinə vararkən bir daha vurğulanmalıdır ki, antik iqtisadiyyat ilə Asiya istehsal üsulu
mahiyyətcə fərqli səciyyə daşıyırlar. Quldarlıq quruluşunu təşviq və təqdir etməsinə baxmayaraq
antik iqtisadiyyat «despotlu» Asiya cəmiyyətindən demokratik hesab edilir.
Antik iqtisadi fikir tarixi klassik mərhələdə, bizim eradan əvvəl V-IV əslərdə məhşur
filosof Sokratın tələbəsi olmuş Ksenofontun /b.e.ə. 430-354-cü illər/, Platon /b.e.ə. 424-347-ci
illər/ və Aristotelin /b.e.ə. 384-322-ci illər/ əsərlərində geniş təcəssüm olunaraq yüksəliş
tapmışdır.
13
Ksenofont
Platon
Aristotel
Natural təsərrüfat quruculuğunun prinsipial tərəfdarı kimi tanınan Ksenofont özünün
«Ekonomikas» traktatında ticarətin səmərəli aparılması, cəmiyyətdə əmək bölgüsünün
problemlərinin elmi izahını vermişdir. O əsərlərində quldarlıq cəmiyyətinin hüquqiliyini
dəstəkləyərək istismarının stimullaşdırıcı metodları üzrə müvafiq məsləhət və tövsiyyəli
təkliflərlə çıxış etmişdir. Ev təsərrüfatçılığının təhlili şərhini verərək Ksenofont bununla, həm də
ilk dəfə dünya elminə «Ekonomika» terminini bəxş etmişdir [34, 131].
Antik dünyanın məhşur filosofu Platon isə ideal dövlət modelinin nəzəri yaradıcılarından
hesab olunur. Platon özünün «Dövlət» və «Qanunlar» dialoqunda siniflərin və mülkiyyət
bərabərsizliyinin aradan qaldırılması üsulunu vətəndaşların ictimai funksiyalarının dəqiq
bölgüsünü reallaşdırmaqda görürdü. Onun fikrincə filosoflar və hərbiçilər idarəetmə aparatını
yaradırlar, torpaq sahibləri sənətkarlar və tacirlər təsərrüfatla məşğuldurlar, ağır işləri isə qullar
görməlidirlər [127].
Platon fəlsəfəsində şəxsi mülkiyyət ittiham olunaraq hər şeyin dövlətə məxsusluğu təqdir
edilirdi. Təyin edilmiş minimumdan artıq mülkiyyət dövlətə verilməli, insanların azadlığı
məhdud, qanunlar sərt, ailə dövlətin nəzarəti altında olmalıdır.
İlk utopiyalardan olan Platonun dövlət modeli total və demokratik kasad idi. Əslində bu
utopizm mahiyyətcə primitiv kommunizm təsərrüfatı verirdi.
Antik dünyanın nəhəng mütəfəkkiri Aristotel «Politika» və digər əsərlərində iqtisadi
qanunları təqqiq etməyə cəht etmişdir. Dövlətin mahiyyətini ümumi rifaha nailolma təşkil edilir.
O sinfi qarşıdurmanı təcrid etməli, «orta» - sahibkar vətəndaşa istinad verməlidir. Qulu danışan
silah hesab edən Aristotel natural quldarlıq təsərrüfat maraqlarını müdafiə edərək quldarlığı təbii
sanmışdır. Mübadilə qanunlarını anlamağa cəht edən filosof əmtəənin ikili: istehlak və mübadilə
dəyər malikliyinə təyinat vermişdir [8, 35].
Quldarlıq təsərrüfatının idarə olunmasının və təşkilati problemlərinin həlli istiqamətində
qədim romalılar müəyyən nailiyyətlər əldə etmişlər. Daha yüksək və geniş motivasiyada bu
problemlər Roma aqronomu porsilər nəslinin görkəmli nümayəndəçsi Mark Porsi Katonun /b.e.ə.
234-149/ «Torpaqçılıq haqqında» əsərində şərh olunmuşdur. O, bu əsərində Roma imperiyasında
hakim quldarlıq quruluşunda torpaqların, ümumilikdə kənd təsərrüfatının idarə olunmasının
təşkilati problemlərinin həllini açmağa səy göstərmişdir [34, 39].
Qədim Romanın mütəfəkkirləri Mark Terensi Varron /b.e.ə. 116-27/
«Kənd təsərrüfatı», Lyusi Yuni Moderat Kolumelli /b.e.ə. I əsr/ «Kənd
təsərrüfatı haqqında» əsərlərində və Qay Pliniyın /b.e.ə.24-79/ ensiklopedik
yazılarında da quldarlıq təsərrüfatının idarə olunmasının və təşkilati
problemlərinin həlli istiqamətləri şərhini tapmışdır. Şəxsi mülkiyyət
problemlərinin dərin təhlili Roma hüquqşünasları Georginin, Qayanın,
Germogenin və digərlərinin əsərlərində əks olunmuşdur. Bununla belə qeyd
olunmalıdır ki, antik iqtisadi fikrin işləmə verdiyi əsas istiqamət quldarlıq
problemi olmuşdur [39, 127].
İlkin təsərrüfatçılıq dövrü daha çox şəxsi maraqlarda və dövləti obrazda çıxış etsə də onun
təşəkkül və inkişaf proseslərinin sosial görüntüsünü inkar etmək olmaz. Əslində insanın
təsərrüfat həyatı onun sosial qayğılarına xidmətdə bulunur. Təsərrüfat həyatının ilkin formalaşma
məqamlarında da bu xətt kortəbii, dərin bərabərsizlik şərtli olsa da yaşanmış və sonrakı
sivilizasiya paradiqmalarında təkmilləşərək nisbi təsisatlı xarakter almışdır. Primitiv sosial
təyinatlar «Asiya istehsal üsulu»nu sınayanlar cərgəsində və antik cəmiyyət sferasında da
məhdud quruluşda təzahür etmişdir. Qədim dünyanın bütün dövlətlərində və yarımdövlətlərində
14
ilkin konstitusiyan şərtlər, hüquqi aktlar gerçəkdən bəşər övladının iqtisadi və sosial həyatının
normallaşdırılmasına yönəlmişdir.
1.2. Konfessial iqtisadi sistemlər
Təsərrüfat həyatının öyrənilməsində, sosial qayğının hesablanmasında başlıca mənbə
olaraq dini kanonlara əsaslanan konfessial iqtisadi sistemlərin rolu da mühüm əhəmiyyətli
olmuşdur. Məhz dini aspekt bu və digər miqyasda ayrı-ayrı dövlətlərin,
regional coğrafi ərazilərin və xalqların təsərrüfat həyatının, iqtisadi
strukturunun formalaşmasında, sosial dirçəlişin inkişafında mühüm rol
oynamışdır. Ümumilikdə konfessiyalar, dini yaranışlar bütün məkanlarda və
zamanlarda sivilizasiyanın inkişafının
ən fundomental qaynaq
elementlərindən biri və qətiyyətli olaraq birincisi olmuşlar. Din və dövlət
vəhdəti vahidləşən sintezdə iqtisadi modelin nümunəsinə çevrilmişdir.
Din dünyagörüşlər vəziyyətinin məcmui və bu çevrədən çıxış edən praktiki hərəkətlər
sistemidir. Dini dünyagörüşdə ehtiva olunan mənəvi-əxlaqi dəyərlər təsərrüfat ukladının
paradiqmasını ərsəyə yetirmiş, sosial təkamülü irəliləyişlərə səfərbər edərək, onun sonrakı
inkişafında da öz strateci xəttini qoruyub saxlamışdır.
Tarixi spektrdən yanaşdıqda yəqinliklə görünür ki, elə əski dövrlərdən xalqların təsərrüfat
həyatlarında dini aspekt aparıcı təsirliliyi ilə dominantlıq təşkil etmişdir. Bu təsirliliyi müxtəlif
konfessiyaların ali dini kitablarından aydınlıqla sezmək mümkündür.
Qədim fələstin torpaqlarında yaşayan xalqların formalaşan iqtisadi
münasibətlər sisteminin motivlərinin «İncil»də,
iudaizmə sitayişdə bulunan
qədim yəhudilərin sosial həyatında insan haqlarını tərənnüm edən təsərrüfat
etikasının prinsiplərinin «Tövrat»da geniş səpkidə əksi faktı belə fikirlərə daha
dərin əsaslılıq verir. Bu kanonlardan qaynaqlanaraq qədim yəhudilərin sosial və
iqtisadi həyat tərzi və məxsusi təsərrüfat etikası ənənəsini formalaşdırmış,
ticarət sferasında pullardan faizlər alınması əməliyyatlarının aparılması fərqli
iudey faiz kapitalının yaranışını təmin etmişdir.
İncil»də
göstərilir ki, geyim, mənzil, əmək, istirahət və yaşayış haqları ədaləti ehtiva edir.
Bütün sərvətlər tanrıya məxsusdur. İnsan öz torpağının, malqarasının və əmlakının sahibi deyil,
onu idarə edəndir. Bununla belə bu təsərrüfat sistemində prinsipial olaraq borcların dövrü
bağışlanması, qulların azad edilməsi, girov qoyulmuş torpaqların qaytarılması tələbli idi. Bu və
ya digər müvafiq tələblərə riayət edərək təbii yolla varlanmış insanın sərvətləri ədalətli hesab
olunurdu [20].
Avropa xalqlarının da iqtisadi dövlət modeli xristianlıq və onun
təriqətləri zəminində nəzəri və empirik xarakter almışdır. Məhz xristianlıq
dininin çevik çevrədə dövlətin siyasətə qatılması yeni iqtisadi bazisi
formalaşdırmışdır.
Erkən xristian ədəbiyyatlarında sosial qeyri-bərabərlik,
təsərrüfatsızlıq mənəvi mühakimə olunur, ədalətli cəmiyyət yaranışının
qaçılmazlığı göstərilirdi. Bu baxımdan qeyd olunmalıdır ki, xristianlıqın
ilkin çağlarının radikal anlarını utopizm baxışlı meyarlar əks etdirirdi .
Bərabərlik hüquqi ideyası ümumi əmək öhdəliyinin təsdiqliyi ilə bağlanır,
əmək insanların həyati yaşayışının əsasında dayanırdı. Elə bu gerçək bilinən yanaşmadan da
bölgü əmək müqabilində aparılmalı prinsipi formalaşmışdı [89, 130].
Katolik, provaslav, protestant kimi baş təriqətlərə bölünən böyük xristianlıq dini hər bir
müvafiq cərəyana müqabil lokal və regional iqtisadi sistemin əsas komponentinə çevrilərək yeni
tipaclı iqtisadi münasibətləri yaratmışdır. İqtisadi spektrdə lakonik interpretasiyada xristianlıq
özünün industrial təsərrüfatçılıq obrazı ilə seçilərək fərqlənmişdir.
Qədim dünya xalqlarının daha çox məskun olduqları Asiya qitəsində əkinçiliyin
15
vüsətləndiyi zamanlarda ayrı-ayrı dini dünyagörüşlər, konfessial cərəyanləar dövlətin təsərrüfat
həyatının davaranış normalarının ayrılmaz hissəsini təşkil etmişdir. Mərkəzi Asiyada geniş
yayılan atəşpərəstlik - zərdüşlik dini burada mövcud dövlətlərin siyasi-iqtisadi və sosial
sisteminin beşiyində dayanmışdır. Atəşpərəstliyin baş kitabı «Avesta»da iqtisadi etikanı
tərənnümü geniş əksini tapmışdır [89].
Qədim Şərq mədəniyyəti ictimai hökmranlıqla yanaşı, həm də təbiət hakimiyyətindən,
həyatın özünün sərt qanunlarından qurtulmaq istiqamətində daha radikal təlimlərin yaranışına
zəmin olmuşdur. Təsadüfü deyil ki, bu təlimlər əksərən qədim hind torpağında təşəkkül
tapmışdır. Bu prinsipiallığa ümumi vəhdətdə hind təbiəti və onun sosial quruluşunun
xüsusiyyətləri səbəb olmuşdur.
Qədim Hindistanda iqtisadi-ictimai münasibətləri reqlamentasiya edən nəzəri hüqüqlar
sisteminin mənbəyi dini etik normalardan qaynaqlanmışdır. Flora və fauna
zənginliyi ilə yanaşı bol isti, fəsli dəyişən tropik leysanlar, cunqliya
yırtıcılarının, zəhərli ilanların izafiliyi insanları təbiət qüdrətinin möhtəşəmliyi
qarşısında sıxıntı və məyusluqlara düçar etmişdi. Belə reallıq təbiət
qüvvələrinin tanrısal obrazlarının insan təxəyyülündə bütləşmiş yaranışının
təcəssümünə gətirmişdir. Nəticəli olmaq etibarı ilə bu məkanda brahmanizm,
buddizm, caynizm, induizm fəlsəfəsi və dünyagörüşü dini çərçivədə pərvəriş
tapmışdır. Bu dünyagörüşün elastizmi və universallığı isə onun tez bir
zamanda bütün dünyada yayılmasına rəvac vermişdir. Brahmanizim-induizm bütün Cənubi
Asiyada reqionyaradıcı faktora çevrilərək bir çox etnosların birləşməsini təmin edərək yeni
iqtisadi reallıqları ərsəyə gətirmişdir. Bu dinidünyagörüş Hindistinda buddizmi sıxışdıraraq
hakim konfessiyaya çevrilmişdir. Hazırda o xalis formada yalnız Şri-Lankada qalmaqdadır
Buddizm Şərq fəlsəfəsi, mədəniyyəti və hərb sənətində oyandığı rolu ilə birlikdə burada
məskun xalqların təsərrüfat həyatında da mühüm izlər qoymuşdur. Lakin bununla belə xüsusi
olaraq vurğulanmalıdır ki, Qədim Şərqdə buddizmə sitayiş edən xalqların təsərrüfat həyatı bu və
ya digər nisbətdə «Asiya istehsal üsulu»na mütənasiblik təşkil etmişdir [3, 89].
Böyük Çin vadisində də xalqların iqtisadi həyatında dini dünyagörüşün rolu və əhəmiyyəti
yüksək olmuşdur. Tarixən bir sıra ideoloji sistemlərin dəyişməsinə baxmayaraq Çində erkən
formalaşan dini cərəyanlar və təriqətlər daim möhtəşəm dövlətin iqtisadi siyasətinin
prioritetlərini müəyyən etmişdir. Bir-biri ilə balanslaşaraq Çində
müxtəlif dini-fəlsəfi cərəyanlar daosizm, konfutsianlıq, moizm, leqizm
irearxial paternalizmin ideoloji, fəlsəfi və nəhayət iqtisadi təməlinə
çevrilmişdir. Qədim Çin təsərrüfatçılığının sürəkli kodeksi olmuş
«Quan-tszı» traktatının da başlıca ideya xəttini müvafiq dini
dünyagörüşlərin motivləri təcəssüm etdirir. Belə ki, traktatın
fundomental bəndlərini - tanrının seçdiyi zəngin təbəqə olmadan ölkə
16
heç bir gəlir əldə edə bilməz imperativi rövnəqləndirir. Bununla belə müxtəlif dini fəlsəfi
cərayanların hakim kəsildiyi Qədim Çində iki - legizm və konfutsiyanlıq dövləti idarəetmədə və
xalqın təsərrüfat həyatında daha dərin iz buraxmışdır. B.e.ə. IV əsrdə leqizmin «konstitusiyası»
sayılan «Şan vilayətinin hakiminin kitabı» traktatında Çin dövlətçiliyin siyasi-iqtisadi
prinsiplərinin sosial tərənnümü əksini tapmışdır [89, 110].
Çin təsərrüfatçılığının iqtsadi formasının düzümündə buddizm yetərli iştirakı da
danılmazdır. Dini çoxsaylılığı ümumi iqtisadi, sosial və siyasi həyatda bərabərləşdirmək üçün
qədim Tan imperiyası üç təlim padişahlığı elan olunmuşdur. Bu proses isə öz növbəsində onların
böyük bir makroregionda - Koreya və Yaponiyada da yayılmasını şərtəldirmişdir.
Müsəlman dünyasnın da təsərrüfat sisteminin özəkləri adekvat olaraq İslam dininin
təməlləri üzərində qurulmuşdur. Belə adekvatlıq bu və ya digər çalarda, buddizm, iudaizm və
başqa irili-xırdalı dinlərin areal zonasında da mövcud olsa da İslamda öz sosial, iqtisadi və
hüquqi tutumluğu ilə köklü fərqlənmişdir. Bu ilk növbədə İslamın iqtisadi etikasının
bəşəriliyindən irəli gəlmişdir. Müsəlman xalqların təsərrüfat həyatının və sosial mədəniyyətinin
formalaşmasında İslami etik dünyagörüşü bütün çevrələrdə hakim olmuşdur.
Daha gənc din olan İslamın təsərrüfatçılıq prinsiplərinin
mahiyyəti müqəddəs «Qurani Kərimdə» aydın və geniş şərhini
tapmışdır. İslamın iqtisadiyyatının praktiki müstəvidə gerçəkləşən
mahiyyətini isə empirik materiallarda axtarmaq gərəklidir.
Müqəddəs kitabda ikram olunan qaydalar şəriət toplumunda şərh
olunaraq aydınlığını artırmışdır. Şəriət müsəlmanın hüquqlarının,
sosial-iqtisadi həyatının normallaşması mexanizmi kimi İslam
dövlətlərinin konstitusiya dayaqlarını təşkil etmişdir [1].
Dinin iqtisadi və sosioloji aspektdən tədqiqi sahəsində tam bir
araşdırma sistemi formalaşmışdır. Lakin burada sosioloqlar iqtisadçılardan daha məhsuldar
olmuş, konfessial sistemlərinin sosial mahiyyətinin açılışında davamlı səylər göstərmişlər.
Dinlərin sosioloji aspektdən tədqiqi sahəsində geniş fəaliyyəti ilə alman sosioloqu Maks
Veber /1864-1920/ fərqlənmişdir. M.Veber ötən yüzilliklərin qovşağında fəaliyyət göstərmiş
nəhəng sosioloqlardan hesab olunur. Onun tədqiqat şəbəkəsi yalnız sosiologiyanı deyil, həm də
fəlsəfəni, siyasi iqtisadı, hüquq və tarixi əhatə edir. Neokantçılığa,
neopozitivizmə yaxın olaraq marksizmin əlehinə çıxış edən M.Veberin
sosialogiyanı təmsil edən əsərləri sırasında dini sosiumla bağlı tədqiqatları
daha çox diqqəti cəlb edəndir. Bu toplumda «Dünya dinlərinin təsərrüfat
etikası», «Siyasət peşə qabiliyyətidir» və «Elm sənət və peşədir» kimi əsərlər
alimə daha çox məhşurluq gətirmişdir. Onun metodologiyası burcua
sosiologiyası və fəlsəfəsinin inkişafına böyük təsir göstərmiş, təftişçiliyin
ideya-nəzəri mənbələrindən olmuşdur [60, 127].
Dini dünyagörüşün sosial interpretasiyasında M.Veberlə eyni
zamanlarda yaradıcılıq edərək eyni sırada dayanmış digər nəhəng düha fransız
mütəfəkkiri Emil Dyürkqeyminin də /1858-1917/ müvafiq xidmətləri əzəmətli olmuşdur.
Alimlərn dininin sosioloji prizmadan şərhində fərqli baxış nümayiş etdirmələrinə baxmayaraq
onlar müqabil olan eyni məqsədləri izləmişlər. E.Dyürkqeym cəmiyyətin əsasını əmək bölgüsü
təşkil edən qənaəti ilə dini cərəyanların sosial-iqtisadi həyatdakı rolunu dəyərləndirən baxışları
ilə daha üstün olmuşdur. Onun «İctimai əməyin bölgüsü», «Dini həyatın elementar formaları»
əsərləri bu sferada ona uğurlar gətirmişdir [89].
Konfessial sistemlərin sosial sferada və təsərrüfat həyatında rolu yalnız Avropa
sentiristlərinin əsərləri ilə məhdudlaşmır. Hər bir dini dünyagörüş özünün etik, sosial, iqtisadi və
başlıca olaraq bütün bü keyfiyyətləri ümumiləşdirən hüquqi normalarını birləşdirən din şərhçiləri
və alimlər yetirmişlər. Bu baxımdan dinin sosial və iqtisadi aspektinin
ilkin yaradıcı dəyər mənbələrini də həmən dinlərin bütün qanun və
rituallarına əməl edərək sitayişində bulunan almilərin tədqiqatlarında
axtarmaq daha səmərəli və məhsuldardır.
17
Tədqiqat araşdırması bir daha analitik yəqinliklərlə əlavə edir ki, konfessiyalar xalqların
iqtisadi həyatında, rifahın təminatında ukladlarının formalaşmasında mühüm izlər qoymuşdur.
Bu izlər çağdaş zamanda da hakim olan iqtisadi model və mexanizmlərdə aydınlıqla sezilir.
Onların təməl motivləri isə orta əsrlər intibahının iqtisadi təfəkküründən ətalətlənmişdir.
Müasir dünya iqtisadiyyatına nəzər yetirdikdə görərik ki, istənilən iqtisadi modelin genetik
kökləri və prinsipləri konfessial faktorlardan azad deyildir. Aparıcı iqisadi inkişaf etmiş ölkələrə
hakim kəsilən və qloballaşma kontekstində planetar məzmun alan postindustrial cəmiyyətin
formalaşmaqda olan iqtisadi paradiqması da dini etika üzərində təkamül etməkdədir. Artıq bu
cəmiyyətə total transformasiyada iqtisadi etik prinsip və standartlar alternativləri sırasında
İslamın əsaslı yer tutacağı görünməkdədir.
1.3.Orta əsrlər iqtisadi təfəkkürü və utopizm fəlsəfəsi
Quldarlıq cəmiyyətlərinin çökməsi ictimai həyatın yeni şərtləri zəminində feodal
epoxasının iqtisadi dönüşünü formalaşdırdı. Feodal iqtisadiyyatının bazisini kəndli və
sənətkarların xırda istehsalı, feodalların torpaq mülkiyyəti və xarici iqtisadi əlaqələr zərurəti
təşkil edirdi. Bununla belə natural təsərrüfatın hökm sürdüyü feodal iqtisadiyyatı məxsusi
xarakterli olaraq ruhanilərin yaranış verdikləri dini-ideoloji çərçivədə formalaşmışdı. Dini aspekt
dünyanın müxtəlif guşələrində feodal cəmiyyətlərinin sosial, iqtisadi və hüquqi normalarını
müəyyən edərək eyniyyətlər qədər də fərqlilikləri yaratdı. Bu oxşar və fərqlilik qlobal quldarlıq
quruluşlarının feodal həyat tərzi ilə əvəz olunan çağlarında bir-birindən xəbərsiz iki: Roma və
Çin imperiyalarında və onların təsir sferasından kənarda da müvafiq təyinatlı idi.
Erkən orta əsrlər fikir tarixinin təfərrüatları ilkin olaraq xristian teoloqu Avreli Avqustinin
/354-430/ əsərlərində əks olunmuşdur. «Dini inam olmadan bilik də, həqiqət də yoxdur»
prinsiplərinə əsaslan A.Avqustinin baxışları sxolastik mənbəli idi. O, əsərlərində, xüsusən də
«Tanrı şəhəri haqqında» traktatında dünya tarixi barədə xristian konsepsiyasının inkişafına bir
daha yeni səylər göstərmiş, dini dünyagörüşün motivasiyasını təbliq edən iqtisadi fikirlər irəli
sürmüşdür A.Avqustinin iqtisadi baxışlar aşağıdakı istiqamətlərdə toplum olunur:
əqli və fiziki əmək növləri eyni qiymətli olduğundan insanın cəmiyyətdəki
vəziyyətinə təsir etməməlidir;
zəhmətsiz qızıl-gümüş yığımı, faiz və ticari mənfəət qəbahətlidir;
«ədalətli qiymət» əmtəənin istehsal xərclərinə müqabil qiymətidir.
A.Avqustinin bu düşüncələri əslində heç bir məxsusi iqtisadi effektivlik təşkil etməyərək
zamanın xristian təyinatlı feodal baxışlarına mütənasib idi [60, 89].
Orta əsrlər Avropasının nüfuzlu ideoloji avtoriteti, filosof-ilahiyyatçı, sxolastikanın
sistemləşdiricisi və tomizmin banisi kimi tanınan Foma Akvinat - Akvinski /1225-1274/
əsərlərində katolikizmi təbliq edərək iqtisadi və sosial təyinatlı baxışları ilə fərqlənmişdir. Ona
daha çox iqtisadi məzmunluğu ilə də seçilən «Teologiyanın məbləği» adlı
traktatı geniş şöhrət gətirmişdi [114]. Bu əsərdə F.Akvinat iqtisadi
kateqoriyanın əxlaqi etik xarakteristikası, dini və təbii qiymətləri verilmiş,
istehlak ödənişinin zəruri ilkin kateqoriyası kimi əməyin prioritetliyi önə
çıxarılmışdı. Onun fikrincə cəmiyyət əmək bölgüsünə məruz qalaraq mübadilə
tələb edir. Bu mübadilə isə öz növbəsində şəxsi istehlak və mənfəətin alınması
formasında təzahür olunur. Birincisi təbii, ikincisi isə insanı mənəvi əxlaqi
təmin etmədiyinə görə qeyri-təbiidir. F.Akvinat pullara dəyər və tədavül
vasitəsi kimi baxır və İslamda olduğu kimi ondan müamilə alınmasını tənqid
edirdi. Bu baxış sələfi M.Avqustinidə də müvafiq nümayişini tapmışdı. Lakin bu İslami təməli
prinsip Avropa iqtisadi həyatında real tətbiqli əksin tapmamışdır.
Kapitalın ilkin yığımı, ictimai şüurun çevrilişi XV-XVII-ci əsrlərdə Avropada dərin
təbəllüdatları genişləndirdi. Belə yaranış kapitalizmin tarix müqəddiməsinə çevrildi. Feodalizmin
tənqidi ilk növbədə katolik kilsəsini hədəf seçdi. Bu məqamda islahat nəzəriyyəçiləri lüteranlıq
18
təriqətinin banisi Martin Lüter /1483-1546/ və protestanlıq məzhəblərindən biri kalvinizm
yaradıcısı Can Kalvin /1509-1564/ burcua sahibkarlığını əsaslandırmaq üçün ilkin xristianlıq
ideyalarından istifadə etdilər. Onlar katolik etikasından fərqli olaraq yeni təsərrüfat əxlaqı
formalaşdırdılar. Yeni təsərrüfat etikasının ideya xəttini insanların iqtisadi davranış normalarında
düzgünlük, mötədillik, ehtiyatlılıq, qənaətçilik prioriteti, yaxşı işləmə hesabına varlanmaq,
xərclər heç zaman gəlirləri aşmamalı, pullar daim dövriyyədə olmalı, şübhəli sazişlər və özünü
doğruldmayan risklərdən çəkinmək, aylıq hesablamalarla iş qurmaq kimi prinsipial tələblər təşkil
edirdi. Bu isə o demək idi ki, aktiv partnyorlar seçimində ehtiyatlı, ağıllı riskə hazır olan yeni
işgüzar insan tipi formalaşır [60].
İqtisadi fikir tarixinə bəşəri yaşayışın ədalətli sistemi haqqında arzuları ifadə edən utopik
düşüncə də hakim kəsilmişdir. Fərqli olaraq utopik düşüncə dünyanı dolğun dərk etmədən
praktikanın dəyişməsinə səfərbərdir.
«Utopiya» miqyaslı anlayışdır. Hərfi işarə «u» yunanca qeyri, «topos» isə torpaq deməkdir.
Söz birləşməsində isə bu anlam heç yerdə olmayan torpaq mənasını verir.
İqtisadi və utopik düşüncəni biri-birindən ayırmaq zərurəti vardır. İqtisadi fikir təsərrüfat
həyatının nəticələrinin praktiki tətbiqinə yönəlmiş məqsəd anlamını daşıyır. Utopik sistem isə
iqtisadi nəticələri nəzərə almayan humanist baxışları ifadə edən bəşəri yaşayışın
rövnəqləndirilməsi arzularıdır.
Utopiyanın iki formasını fərqləndirirlər. Birinciyə görə ədalətli cəmiyyətin uzun tarixi
proses - xiliastik tipi formasında qurulmalı, ikincidə isə müvafiq quruculuq
qısa müddətdə dövlət hakiminin və ya partiyanın köməyi ilə - siyasi tipdə
qərarlaşmalıdır.
Utopik ideyalar əslində daha dərin keçmişdə, «qızıl əsr» soraqlı
arzularda təşəkkül tapmışdır. Şərq şairlərinin İslam intibahı epoxasında
yaratdıqları poetik-fəlsəfi əsərlərində utopik cəmiyyət quruculuğunun bir sıra
bədii mod elləri tərənnüm olunmuşdur.
Dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvi /1141-1209/
əsərlərində «sosial utopiya»nın ən nümunəvi obrazlarından birini yaratmışdır. Şair qəhrəmanı
İskəndər fatehi azad cəmiyyət münasibətlərin hökm sürdüyü səadət ölkəsinə gətirərək göstərir ki,
bəşəri dirçəliş ədalətli şah konsepsiyası ilə deyil, maddi və mənəvi ideyaların tərənnümü ilə
bağlıdır [27].
Utopik cəmiyyət quruluşu dolğun kompazisiyada orta əsrlər Avropasında Tomas Morun
/1478-1535/ «Utopiya» və Tommazo Kampanellanın /1568-1639/ «Günəş şəhəri» əsərlərində
geniş əksini tapmış və XIX-cu əsrdə Sen-Simon /1760-1825/, Şarl Furye /1772-1837/ və Robert
Ouenin /1771-1858/ tədqiqatlarında yüksəliş zirvəsinə yetmişdir.
Dostları ilə paylaş: |