Kişik qrupda forma və fəzada səmtləşmə anlayışının formalaşdırılması



Yüklə 35,75 Kb.
tarix02.01.2022
ölçüsü35,75 Kb.
#45875
Sadə Riyaziyyat Sərbəst iş N2


Sərbəst iş № 2

Kişik qrupda forma və fəzada səmtləşmə anlayışının formalaşdırılması

İnsanın fəzada səmtləşmə problemi kifayət qədər çoxşaxəlidir. Fəza təsəvvürlərinin erkən yaranmasına baxmayaraq, əşyanın keyfiyyətini fərqləndirmək bacarığından daha mürəkkəb bir prosesdir. Məktəbəqədər yaş dövri - fəza təsəvvürlərinin intensiv inkişafı dövridür. Fəza təsəvvürlərinin tez yaranmasına baxmayaraq, o əşyanın keyfiyyətinin təyin edilməsindən daha mürəkkəb prosesdir. Fəza təsəvvürlərinin formalaşdırılmasında və fəzada səmtləşmə qaydalarında müxtəlif analizatorlar iştirak edir (kinestetik, duyma, vizual, toxunma). Kiçikyaşlı uşaqlarda kinestetik və vizual analizatorlar daha çox rol oynayır.

Fəzada səmtləşmə - fəzanın bilavasitə qavranılması və fəza kateqoriyalarının (yerləşmə, uzaqlaşma, əşyalar arasındakı fəza münasibətləri) sözlü ifadələri əsasında həyata keçirilir. Fəzada səmtləşmə anlayışına məsafələrin, ölçülərin, formaların, əşyaların qarşılıqlı yerləşməsinin və insana nəzərən yerinin qiymətləndirilməsi daxildir. Daha dar mənada “fəzada səmtləşmə” anlayışı məkanda səmtləşməni nəzərdə tutur. Bu mənada məkanda səmtləşmənin 3 növü var: a) “Özünə səmtləşmə” - “olduğu yerin” təyin edilməsi, yəni subyektin onu əhatə edən obyektlərə nəzərən yerləşməsi, məsələn: “Mən evin sağındayam”. b) “Özündən səmtləşmə” - məkanda səmtləşən obyektlərin insana nəzərən yerlərinin təyin edilməsi, məsələn: “qapı məndən solda, divan isə sağdadır”. c) “Obyektlərdən səmtləşmə” - əşyaların bir – birinə nəzərən məkanda yerlərinin təyin edilməsi, məsələn: “gəlincikdən solda dovşan, sağda isə ayıdır”

Kiçik qrup proqramı uşaqları “özündən” fəza səmtlərini fərqləndirməyi öyrətməyi təklif edir: irəli – arxa, sol – sağ. Fəza istiqamətlərinin fərqləndirilməsinin əsasını uşaqların öz bədən hissələrinin fərqləndirməsi və özündə tərəflərin təyin edilməsi təşkil edir. Bunu nəzərə alaraq, ilin əvvəlində uşaqların öz bədən üzvlərinin adlarını və özünə nəzərən səmtləşməni bilb – bilmədiyini aydınlaşdırmaq lazımdır.

Hər şeydən əvvəl müəllim kiçikyaşlı uşaqları öz bədəninin üzvlərini ayırd etmək və adlandırmağı öyrədir: gözlər, qulaqlar, burun, çənə, baş, kürək, sinə, ayaqlar və əllər. Ən kiçik uşaqlarla iş öz bədəninin hissələri üzrə və onlara uyğun fəza istiqamətləri üzrə səmtləşmədən başlayır: irəlidə - üzümüzun olduğu yer, arxada – kürəyimiz, sağda - sağ əlimiz, solda – sol əlimiz olan yer. Müxtəlif fəaliyyətlər zamanı uşaqların bədən və üz hissələrini adlandırmağa cəlb etmək lazımdır.

Uşaqlarla eyni zamanda qarşılıqlı – tərs istiqamətlər cütünün fərqləndirilməsi üzrə tapşırıqlar etmək lazımdır: yuxarı – aşağı, sol –sağ, irəlidə - arxada. Ən vacib məsələlərdən biri sol və sağ əlin, bədənin sol və sağ tərəflərinin ayrılmasıdır. Bədənin simmetrik hissələrinin qeyd edilməsi və onların sol və sağ sözləri ilə işarələnməsi böyük əhəmiyyət kəsb edir.

Öz bədənini bilmək əsasında, yəni “özünə” istiqamətlənərək, “özündən” istiqamətlənmə də mümkün olur: irəli – geri, yuxarı - aşağı, sol – sağı düzgün göstərmək, adlandırmaq və hərəkət etmək bacarığı. Uşaq bu və ya başqa bir əşyanın özünə nəzərən vəziyyətini təyin etməyi bacarmalıdır (məndən irəlidə - stol, arxada – xalça, solda qapı, sağda pəncərə, yuxarıda - tavan). Uşaqlar sol və sağ əlin differensasiyası zamanı çətinlik çəkirlər. Uşaqları hər iki əlin adı ilə onların funksiyalarını qeyd etməklə eyni zamanda tanış etmək lazımdır: sağ əldə qaşıq, sol əldə isə çörək tuturlar; sağ əldə şəkil çəkmək üçün karandaş, sol əllə isə sürüşməsin deyə vərəqi tuturlar və s. .



Kiçik qrupda uşaqlar vərəq üzərində səmtləşmənin ilk bacarıqlarını əldə edirlər. Məşğələlərdə uşaqları əşyaları vərəqin üzərində yuxarıda və aşağıda, yuxarı və aşağı zolaqlarda, sıra ilə soldan sağa düzməyi öyrədirlər. Rəsm məşğələlərində təsviretmə üsullarını göstərərkən, pedaqoq, əlin hərəkət istiqamətlərini adlandırır. Uşaqları hərəkət istiqamətinin və ya əşyaların müstəvidə yerinin adlandırılmasına cəlb edilməsi lazımdır: “dairələri necə düzürsən?”, “harda çoxdur?” və s.

Orta qrupda uşaqlar bu və ya digər əşyanın özünə nəzərən necə yerləşdiyini təyin etməyi öyrənməlidir: yuxarıda, aşağıda, irəlidə, arxada, solda, sağda. Fəza istiqamətlərinin fərqləndirilməsinin əsasını bədənin müxtəlif hissələrinin fərqləndirilməsi, öz üzərində tərəflərin təyin edilməsi təşkil edir. İlin əvvəlində uşaqların öz üzərində necə səmtləşə bildikləri təyin edilir və bu bacarıqlar möhkəmləndirilir. Əsas diqqət sol və sağ əlin ayrılmasına yönəldilir. Belə ki, bu yaş dövrində uşaqların sol və sağ tərəflərini təyin etməsində çətinlikləri olur. Əl ilə (bayraq ilə) müxtəlif tərəflərin (sol, sağ, yuxarı, aşağı, irəli, geri) göstərilməsi bacarıqları möhkəmləndirilir
Yüklə 35,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin