Bazar mexanizmi, onun mahiyyəti, elementləri



Yüklə 6,93 Kb.
tarix26.12.2023
ölçüsü6,93 Kb.
#198308
Презентация1


Bazar mexanizmi bazar subyektləri və onların məhsul istehsalı və satışında, həmçinin kapital qoyuluşu sahəsində maraqlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini təmin edir. Bazar mexanizmi bazarın əsas elementləri: tələb, təklif, qiymət, rəqabət və bazarın əsas iqtisadi qanunlarının qarşılıqlı əlaqə və qarşılıqlı təsir mexanizmidir. Bunlar bazarın əsas parametrləridir ki, istehsalçı və istehlakçılar bazar təsərrüfat sistemində öz iqtisadi fəaliyyətlərində onları əldə rəhbər tuturlar.
Bazar mexanizmi, onun mahiyyəti, elementləri
Bu bazar münasibətlərinin əsası, bazarın mahiyyətidir. İstehsal tərəfdən təklif, istehlak tərəfdən tələb çıxış edir. Bazar mexanizmini qiymətlərin yaranması və resursların bölüşdürülməsi mexanizmi kimi, əmtəə satıcıları və alıcılarının onların kəmiyyəti, keyfiyyəti, istehsalın quru- luşunun müəyyənləşdirilməsində qarşılıqlı əlaqədə olması mexanizmi kimi səciyyələndirmək olar. Bazar mexanizminin dərk edilməsi onun fəaliyyətinin və ondan istifadənin əsasında bazarın iqtisadı qanunları dayanır.
Ev təsərrüfatı və ailə bazar iqtisadiyyatı subyekti kimi
Ailə və ev təsərrüfatı bazar iqtisadiyyatında bir və ya bir neçə şəxsdən ibarət olan, müstəqil surətdə qərarlar qəbul edən tələbatlarını maksimal ödəməyə çalışan 25 və onlara müəyyən üstünlük verən, hər hansı bir istehsal amilinin sahibi olan insan kapitalının istehsalını və təkrar istehsalını təmin edən iqtisadi vahiddir. Ailə-həyat fəaliyyəti fərdin, ailənin və ümumilikdə cəmiyyətin sosial, iqtisadi və mənəvi tələbatını ödəməyə yönəldilmiş bir qayda olaraq dərk edilmiş qohumluq əlaqələrinə və məişətin ümumiliyinə əsaslanan şüurlu təşkil olunmuş kiçik insan qruplarına deyilir. Hər bir cəmiyyətdə ailə əmtəə və xidmətlər istehsalı və bölgüsündə həmişə əsas qüvvə olub. Üzvlərinin təmiz adının zəmanətçisi kimi, ailə xüsusilə uşaqların dünyaya gətirilməsi və onlara qulluq edilməsi və onların tərbiyyə olunması, qida ilə təminatında, xəstəliklər və başqa təhlükələrdən qorunmasında vacibdir.
Son hədd faydalılığı nəzəriyyəsi
Son hədd faydalılığı (marjinal faydalılıq) əlavə olaraq daha bir məhsul istehlak etdiyi zaman istehlakçının əldə etdiyi əlavə faydalılıqdır. İqtisadi ədəbiyyatlarda son hədd faydalılığını marjinal faydalılıq da adlandırırlar. Marjinal faydalılıq zamanı ümumi faydalılıq azalan tempdə artır. Məsələn, bir qələmin sizə yazı yazmaqda faydalılığı 100U-dursa, əlavə olaraq daha bir qələmin yəni ikinci qələmin sizə faydalılığı 90U, üçüncü qələmin gətirəcək faydalılığı 60U və s. son olaraq, yüzüncü qələmin sizə verdiyi faydalılıq isə 0,1U-dur. Buradan da aydın olduğu kimi, əlavə istehlak olunan hər bir məhsuldan əldə olunacaq fayda özündən əvvəlki məhsuldan alınan faydalılıqdan az olacaqdır.
Faydalılıqla əlaqədar iki əsas nəzəriyyə mövcuddur:
 Miqdar və ya kardinalist nəzəriyyə;
 Sıralama və ya ordinalist nəzəriyyə.
Miqdar nəzəriyyəsinin tərəfdarları faydalılığın kəmiyyətlərlə, rəqəmlərlə ölçülə bildiyini iddia edirlər. Burada ölçü vahidi kimi, U (utility-faydalılıq) götürülür. Kardinalist yanaşmada marjinal faydalılıq həmişə azalmağa doğru hərəkət edir. Bu məktəbin xüsusiyyətləri aşağıdakı sxem vasitəsilə ifadə olunmuşdur.
Antiinhisar sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasətin həyata keçirilməsini təmin etmək Xidmətin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddənin II hissəsinə əsasən Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 
İnhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.
Antiinhisar tənzimləmə qanunvericiliyi
Antiinhisar qanunvericiliyinin pozulması haqqında müraciətlər yazılı şəkildə ərizə verməklə, antiinhisar qanunvericiliyinin pozulması faktını təsdiq edən sənədlərin əsli və ya həmin sənədlərin müvafiq surətdə təsdiq olunmuş surətləri əlavə olunmaqla Antiinhisar orqanına təqdim edilir. Xarici dildə tərtib olunmuş sənədlər, onların Azərbaycan dilinə lazımi qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmaqla təqdim edilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında ərizədə müraciət edən və şikayət olunan şəxs barədə məlumatlar və antiinhisar qanunvericiliyinin pozulması faktının izahı verilməli, müraciət edənin tələblərinin mahiyyəti göstərilməlidir.
DİQQƏTİNİZƏ GÖRƏ
MİNNƏTDARAM!
Yüklə 6,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin