Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 21
www.elkhan-suleymanov.az mülki əhalisi “yerdəyişməyə”, əslində isə etnik təmizlənməyə
məruz qalıb.
Beşincisi, əgər BMT Təhlükəsizlik Şurasının 822 saylı
qətnaməsində bu regionda olan bütün dövlətlərin suveren-
liyi və ərazi bütövlüyünə hörmət edilməsi təsdiqlənirdisə,
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində, ilk
növbədə Azərbaycanın, sonra isə regionda olan digər ölkələrin
suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi təsdiqlənir.
Lakin hərbi əməliyyatların bütövlükdə Azərbaycanın ərazisində
aparıldığını nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki,
burada söhbət əsasən Azərbaycanın suverenliyinə və ərazi
bütövlüyünə hörmət edilməsindən gedir və bu amili BMT-nin
Təhlükəsizlik Şurası xüsusi vurğulayır.
BMT-nin Təhlükəsizlik Şurası 14 oktyabr 1993-cu ildə özü-
nün qəbul etdiyi 874 (1993) saylı qətnaməsində yenidən
Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyi-
ni və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmaz-
lığını və ərazi əldə edilməsi üçün gücdən istifadə edilməsinin
yolverilməzliyini təsdiqləyərək və Azərbaycanda çoxlu sayda
mülki şəxslərin yerdəyişməsi ilə bağlı öz ciddi narahatlığını
bildirərək, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni
qüvvələrinin çıxarılmasına çağırdı. Bu qətnamənin preambula-
sında həm də “Azərbaycanın Dağlıq Qarabağ regionu və onun
ətrafında münaqişə” ifadəsi öz əksini tapmışdır [13].
Bu ifadənin çox vacib əhəmiyyəti var. Burada söhbət təkcə
Dağlıq Qarabağ regionunda olan münaqişədən getmir, həm
də “onun ətrafında münaqişədən” gedir. Nəzərə alsaq ki, Dağ-
lıq Qarabağın Ermənistanla heç bir ümumi sərhədi yoxdur, və
Dağlıq Qarabağ regionu digər Azərbaycan torpaqları ilə əhatə
olunur, belə bir nəticəyə gəlmək olar ki, söhbət artıq təkcə Dağ-
lıq Qarabağdan yox, Ermənistan-Azərbaycan münaqişəsindən,
daha doğrusu Ermənistanın Azərbaycana qarşı təcavüzündən
gedir və bu fakta dolayısı olaraq qətnamədə işarə edilir.
BMT-nin Təhlükəsizlik Şurası 12 noyabr 1993-cu ildə özünün
qəbul etdiyi 884 (1993) saylı qətnaməsində, Azərbaycanın Hora-