Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 23
www.elkhan-suleymanov.az Dağlıq Qarabağ münaqişəsinə dair BMT Baş Assambleyası
tərəfindən də bir neçə mühüm əhəmiyyətli qətnamə və qərar
qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının
Dağlıq Qarabağ regionu” ifadəsi BMT Baş Assambleyasının
qətnamələrində də öz əksini tapmışdır. Belə ki, BMT Baş As-
sambleyası tərəfindən, baş komitələrə vermədən, qəbul olun-
muş 16 yanvar 1998-ci il tarixli “Birləşmiş Millətlər Təşkilatı
və Avropada Тəhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında
əməkdaşlıq haqqında” A/RES/52/22 saylı qətnamənin 16-cı
bəndində “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regio-
nu və onun ətrafında olan münaqişə” ifadəsi əks olunmuşdur
[15]. Analoji ifadə BMT Baş Assambleyası tərəfindən 9 fevral
2000-ci ildə qəbul olunmuş А/RES/54/117 (bənd 16) [16], 2 mart
2001-ci ildə qəbul olunmuş А/RES/55/179 (bənd 15) [17], 14
fevral 2002-ci ildə qəbul olunmuş A/RES/56/216 (bənd 21) [18],
6 fevral 2003-cü ildə qəbul olunmuş A/RES/57/298 (bənd 26)
qətnamələrdə öz əksini tapmışdır [19].
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə
və bu münaqişə nəticəsində humanitar sahədə yaranmış ağır
nəticələrin aradan qaldırılmasına dair BMT-nin Baş Assamble-
yası özünün 48-ci sessiyasının 20 dekabr 1993-cü ildə keçirilmiş
85-ci plenar iclasında “Azərbaycanda qaçqınlara və məcburi
köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haq-
qında” qətnamə qəbul etmişdir (sənəd A/RES/48/114) [20]. Bu
sənəddə ilk dəfə BMT səviyyəsində etiraf edilir ki, Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində
Azərbaycanda humanitar vəziyyət ciddi şəkildə pisləşmiş və
Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı bir milyonu
keçmişdir.
BMT Baş Assambleyası 7 sentyabr 2006-cı ildə keçirilmiş 61-
ci sessiyasının 98-cı plenar iclasında 60/285 saylı “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə qəbul et-
mişdir. Bu qətnamə erməni işğalçılarının Qarabağda və ona
bitişik olan ərazilərdə törətdikləri yanğınlarla bağlı yaranmış