İslam Konfransı Təşkilatı (hazırda: İslam Əməkdaşlıq
Təşkilatı - Müəllif) İslam Konfransı Təşkilatı Azərbaycana qarşı
erməni təcavüzünü daim pisləyir, öz qərarlarında Ermənistanı
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri
30
www.elkhan-suleymanov.az
təcavüzkar dövlət kimi qiymətləndirir, BMT-ni bu dövlətə
qarşı sanksiyalar tətbiq etməyə çağırır və Ermənistandan
Azərbaycanın bütün işğal olunmuş ərazilərindən öz silahlı
qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxardılmasını tələb
edir.
İslam Konfransı Təşkilatı dünyanın ən vacib beynəlxalq
hökumətlərarası regional təşkilatlarından biridir və ən nüfuzlu
müsəlman hökumətlərarası regional təşkilatıdır. Ümumiyyətlə,
İKT ona üzv olan dövlətlərin sayına görə Birləşmiş Millətlət
Təşkilatından sonra dünyanın ikinci beynəlxalq hökumətlərarası
təşkilatıdır. Hal-hazırda İKT dörd qitədə — Asiyada, Avropada,
Afrikada və Cənubi Amerikada yerləşən, əhalisinin ümumi sa-
yını 1,5 milyard insan təşkil edən 57 ölkəni birləşdirir. İKT-nın
müasir beynəlxalq əlaqələr sistemində xüsusi yeri BMT və İKT
arasında əməkdaşlıq haqqında bağlanmış müqavilədə də əks
olunur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair
İKT tərəfindən, o cümlədən İKT-yə üzv ölkələrinin dövlət və
hökumət başçılarının zirvə görüşlərində (sammitlərində) və
xarici işlər nazirləri səviyyəsində çoxsaylı qətnamə və qərarlar
qəbul olunmuşdur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə
dair müddəalar İKT ali orqanı - üzv ölkələrinin dövlət və
hökumət başçılarının zirvə görüşlərində qəbul olunmuş bir sıra
sənədlərdə öz əksini tapmışdır. Onların içində 13-15 dekabr
1994-cü ildə Kasablanka şəhəri, Mərakeş Krallığında keçiril-
miş İKT-nin yeddinci zirvə görüşünün sənədlərini [30] və 9-11
dekabr 1997-ci ildə Tehran şəhəri, İran İslam Respublikasın-
da keçirilmiş İKT-nin səkkizinci zirvə görüşünün sənədlərini
[31], 2000-ci ilin 12-13 noyabr tarixində Qətərin Doha şəhərində
keçirilmiş İKT Doqquzuncu Zirvə Görüşündə [32], 2003-cü
ilin oktyabr ayında İKT Onuncu Zirvə Görüşündə (Putrajaya,
Malayziya) qəbul olunmuş Yekun Kommunikeni (33-cü bənd)
[33], 2005-ci ilin dekabr ayında İKT Üçüncü Fövqəladə Zirvə
Görüşündə (Məkkə, Səudi Ərəbistan) qəbul olunmuş Yekun
|