Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 29
www.elkhan-suleymanov.az komitənin fəaliyyətinin bərpa edilməsi barədə AŞ PA-da 2011-
ci ildə qərar qəbul edilsə də, Ermənistan nümayəndə heyəti
alt komitənin işinə qatılmaqdan imtina etmişdir və indiyədək
onun fəaliyyətini boykot edir.
AŞPA 2008-ci ildə özünün yay sessiyasında bir daha
Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərdi. AŞPA-
nın bu sessiyasında 6 iyun 2008-ci ildə xüsusi məruzəçilər
Andreas Herkel və Yevgeniya Jivkova tərəfindən edilmiş
“Azərbaycanda demokratik institutların fəaliyyət göstərməsi
haqqında” [28] məruzə əsasında 24 iyul 2008-ci ildə 1614 saylı
eyniadlı qətnamə qəbul etmişdir. Bu qətnamənin 25.1 bəndində
deyilir: “Assambleya hesab edir ki, ölkənin ərazi bütövlüyü
bərpa edilməyənə qədər Azərbaycanda sabit demokratik inki-
şaf çox çətin olaçaqdır”. AŞPA-nın 1614 saylı qətnaməsinin 25.2
bəndində deyilir ki, “Assambleya BMT-nin Baş Assambleyası-
nın 14 mart 2008-ci tarixində qəbul edilmiş “Azərbaycanın işğal
olunmuş ərazilərində vəziyyət haqqında”qətnaməsini nəzərə
alır” [29].
Yuxarıda qeyd edildiyi kimi, BMT Baş Assambleyası özü-
nün 14 mart 2008-ci il tarixli qətnaməsində Azərbaycanın Dağ-
lıq Qarabağ regionu və onun ətrafında hərbi münaqişənin
beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaratmaqda davam
etməsindən öz ciddi narahatlığını bildirir, Azərbaycanın ərazi
bütövlüyünü təsdiqləyir, Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədlərinə dəstək verir və işğal olunmuş ərazilərdən
erməni silahlı qüvvələrinin dərhal çıxardılmasını tələb edir
[22]. Beləliklə, AŞPA BMT Baş Assambleyasının 14 mart 2008-
ci il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət
haqqında”qətnaməsinə öz dəstəyini bildirdi, Dağlıq Qarabağ
regionunun ərazi mənsubiyyətini Azərbaycana məxsus oldu-
ğunu təsdiqlədi və Azərbaycanın işğal olunmuş ərazilərindən
Ermənistan hərbi qüvvələrinin dərhal çıxarılmasını tələb etdi.