Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri 26
www.elkhan-suleymanov.az yox, “Azərbaycanın Dağlıq Qarabağ regionunun erməniləri”
kimi tanınır;
- regionda olan bütün dövlətlərin suverenliyi, ərazi bütöv-
lüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazinin əldə
edilməsi üçün gücdən istifadə edilməsinin yolverilməzliyi
təsdiqlənir;
- Azərbaycanın işğal olunmuş bütün rayonlarından işğalçı
qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur;
- Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən
qovulmuş əhalinin öz evlərinə qayıtmasına olan ayrılmaz hü-
ququ təsdiqlənir və belə qayıdış üçün müdaxilədən zərərçəkmiş
ərazilərin hərtərəfli reabilitasiyası da daxil olunmaqla, lazımi
şəraitin yaradılması zərurəti qeyd olunur;
- Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionun-
da erməni və Azərbaycan icmaları üçün normal, təhlükəsiz və
bərabər yaşayış şəraitinin təmin edilməsi zərurəti etiraf edilir;
xüsusi qeyd olunur ki, Azərbaycan Respublikasının
ərazilərinin işğal olunması nəticəsində yaranmış vəziyyətin qa-
nuni olmasını heç bir dövlət tanımamalıdır və belə vəziyyətin
saxlanılmasına kömək və ya yardım etməməlidir.