БАКЫ–2013
Kitab ilk dəfə toplanılıb çap olunur və
bütün müəllif hüquqları qorunur.
Kitab Azərbaycan Respublikasının Kulinariya üzrə Elmi Şurası tərəfindən
tövsiyə edilir (14.08.2013-cü il tarixli, №2).
Kitab Azərbaycan Respublikasının Kulinariya Şurasında müzakirə edilib
(14.08.2013-cü il tarixli, №2).
Elmi redaktor:
MƏHƏRRƏM QASIMLI,
Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı,
filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun
direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin I katibi,
ədəbiyyatşünas, folklorşünas, şair.
Redaktor:
NAHİDƏ DAŞDƏMİRLİ,
Magistr, dilçi-filoloq
Tahir Əmiraslanov
SÖZ MƏTBƏXİ
Bakı, “Nurlar“Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2013, 304 səh.
ISBN: 978 - 9952 - 460 - 84 - 1
© Tahir Əmiraslanov
MÜNDƏRİCAT
MÜƏLLİFDƏN .............................................................................................. 5
ÖN SÖZ .......................................................................................................... 8
KİTAB HAQQINDA .................................................................................... 13
SÖZ MƏTBƏXİ ........................................................................................... 18
MƏTBƏXDƏN GƏLƏN DEYİMLƏR, YEYİMLƏR, DUYUMLAR VƏ
DOYUMLAR ............................................................................................... 27
YANAR İŞIQ – ANA DİLİMİZ ................................................................... 85
ASLARLA BAĞLI MƏTBƏX TERMİNLƏRİMİZ .................................... 94
“KİTABİ-DƏDƏ QORQUD” DA “ARAQ” MƏSƏLƏSİ ........................... 99
AZƏR BAYRAMI ...................................................................................... 107
QOBUSTAN DÜNYA KULİNARİYA MƏDƏNİYYƏTİNİN
BEŞİYİDİR ................................................................................................. 115
KULİNARİYA İNCƏSƏNƏTİ ................................................................... 119
QAZANDAN ÇIXAN İNCƏSƏNƏT VƏ MƏDƏNİYYƏT
(YAZMA-YOZMA) .................................................................................... 122
YEMƏK, SEVMƏK VƏ YARATMAQ... ................................................. 125
BİTKİ MƏNŞƏLİ ƏRZAQ MƏHSULLARININ DİZAYNI .................... 128
GÖZƏLLİK ONDUR DOQQUZUNCUSU DONDUR ............................. 130
MATRİARXAT ........................................................................................... 144
AZƏRİ XANIMLAR HAQQINDA TRAKTAT ......................................... 176
KƏMƏR MƏSƏLƏSİ ................................................................................ 186
DAŞ HAQQINDA DASTAN ..................................................................... 193
KÜFTƏ HAQQINDA DASTAN ................................................................ 201
4
Söz mətbəxi
FİSİNCAN HAQQINDA DASTAN ........................................................... 221
PLOV HAQQINDA DASTAN ................................................................... 241
TOVUZ MƏTBƏXİ ................................................................................... 294
GƏNCƏ MƏTBƏXİ ................................................................................... 315
ÇAY SÜFRƏSİNİN ƏNƏNƏLƏRİ ........................................................... 320
“AZƏRBAYCAN VƏ HALAL MƏTBƏX” HƏRƏKATI ......................... 324
Müəllifdən
5
MÜƏLLİFDƏN
Azərbaycanın böyük mütəffəkir şairi, dərin elmə, mərifətə və ezoterik
biliklərə malik Xəqani öz yazdıqlarını əqlin yeməyi kimi qiymətləndirir, öz
poeziyasını mətbəx metaforaları ilə bəzəyirdi.
Həyat süfrəsini bəzəyim deyə,
Mən təzə yeməklər etdim hədiyyə.
Əgər şairlər belə rahatca bizim mətbəximizə girirlərsə onda biz niyə onla-
rın söz anbarına girməyək?! Məsəl var ki, “Necə salam verərsən, elə də əleyk
alarsan”, “Döymə taxta qapımı ki, döyərəm dəmir qapını”. İndi ey bizim söz
anbarının sahibləri, şairlər, yazarlar, folklorçular, dilçilər, bütün dil pəhlivanları
bizdən inciməyin, xətrinizə dəymək, Sizi əvəz etmək məqsədimiz də yoxdur.
Biz özümüzü Sizin sənətinizdə diletant hesab edir, amma Albert Eyşteynin
skripka çala-çala “Elmdə əsl xaliqələri diletantlar yaradır” deməsindən ilham-
lanaraq bu kitabı Sizin önünüzə qoyuruq.
Biz bununla təkcə Sizin bostanınıza daş atmırıq. Həm də sənətşünasların,
musiqiçilərin, dil alimlərinin, təbiblərin, kimyaçıların, fiziklərin, riyaziyyat çı-
ların, astronomların, ilahiyyatçıların, kulturoloqçuların, rəssamların, ümumiy-
yət lə qarşımızda gördüyümüz hamının bostanını daşa basdığımızdan bilirik
ki, ya böyüklük edib bizə fikir verməyəcəksiniz, ya bizə hakimlik edib asıb-
kə sib topa tutacaqsınız və hər iki halda haqlı olacaqsınız. Birinci halda hər
yetirən diletanta vaxt sərf edib cavab verməməklə, ikinci halda isə bu dile-
tantları ağıllandırıb, daha düzgün, güclü yazılarınızı ortaya qoyub milləti ma-
arifləndirməklə hər iki halda Sizə ürəkdən uğur arzulayır və öncədən tə şək-
kürlərimizi bildiririk. Bizə bunun heç bur zərəri yoxdur, çünki diletant kimi
səhv etməyimiz təbiidir və bu haqdan istifadə edirik.
Əziz oxucum, əgər Sizi yorsam bu kitabı heç oxumayın. Çünki elə də
təsərrüfatda lazımlı bir şey deyil. Əgər savadsızsınızsa xəlvətcə bildirim ki,
6
Söz mətbəxi
kitabın əsl gizli adı “Savadsızlara lazım olmayan kitab”dır, ona görə oxumağa
dəyməz. Yox əgər savadlısınızsa onsuz da hər şeyi bilirsiniz, niyə vaxtınızı
sərf edəsiniz. Amma işdi hər halda birdən oxusanız bilin ki, buradakılar mütləq
həqiqət deyil, mütləq həqiqət yalnız Allahdır və mütləq həqiqət üçün Qurani-
Kərimi oxuyun, mənim cızma-qaramı yox. Bunlar mənim şəxsi həyatımın,
təc rübəmin nəticələridir, mənim qənaətlərimdir ki, əlbəttə ki, səhvli, qey-
ri-düzgün ola bilər. O üzdən hətta ola bilsin ki, öz qeyri-düzgün fikirlərimi
düzgün qələmə verə bilmək üçün başqa alimlərdən, mütəffəkirlərdən mənim
fikirlərimə uyğun gələn sitatlar, qanıtlar gətirirəm. Uyğun gəlməyənləri isti-
fa də etmirəm ki, birdən məni təkzib edərlər, keyfim pozular. Bir də bu müasir
elmi təcrübədə istifadə edilən bir fənddir. Məsələn, Siz bir gün ortaya çıxıb
söyləsəniz ki, Günəş istidir, qara camaat bunu anlayıb qəbul edəcək, ulamalar
yox, onlara bu fikri isbatlamaq üçün gərək Koperinkdən, Qalileydən, Lomo-
nosovdan və s. sitatlar gətirəsiniz. Əslində onlar da içlərində bunu başa düşür,
lakin üzə vermirlər. Lakin elm sitatlarsız bu gün ötüşə bilmir.
Buradakı yazılarla mən həm də qurbağa gölünə daş atıram ki, qurbağalar
quruldamağı dayandırıb bir azca sakitlikdə düşünsünlər. Ümidvaram ki, mən
atdığım daşın suda yaratdığı dairələr sahilə çatıb sakitləşəndə, mənim kimi
birisi çıxıb bu gölə bir daş da atacaq ki, bu millətin başı qurbağaların qurultu-
sundan xarab olmasın, yatanı rahat yatsın, düşünəni düşünsün, yazanı yazsın.
Mən bu kitabı yazmaq fikrində deyildim. Çünki nə yazıçı nə də şair deyiləm.
Düzdü hərdən şeirə bənzər şeylər yazıram. Amma mən doğulduğum Tovuzda
itlər də qafiyəynən hürür, ona görə də kitabda şeirəbənzər şeylərə rast gələndə
oxusanız günahı məndən keçdi. Mənim bir neçə cızma-qaramı görəndə çox bö-
yük alimimiz Məhərrəm Qasımlı başladı onları özünün “Folklor və Etnoqrafi-
ya” jurnalında çap eləməyə. Hərdən məni də həvəsləndirirdi ki, çox yaxşı rəylər
gəlir sənin yazdıqlarına. Mən də başa düşürdüm ki, bu böyük alim mənimlə
zarafat edir. Bir dəfə də mətbəxdən çıxan milli deyimlərlə, idiomlarımızla bağlı
bir yazımı çap etdi və özü məni o qədər təriflədi ki, lap mat qaldım. Yazını da-
vam edib ona verdim. Bir də oturduğum yerdə zəngi gəldi ki, el oğlu bu yazıları
kitablaşdır, kitabın redaktoru da özüm olacağam. Daha bu böyüklükdə alimin və
ağsaqqalın sözünü yerə sala bilməzdim. Həm də özüm də başladım inanmağa ki,
mən nəsə yazmışam. Beləliklə, bu kitabın yazılmasına Sizin dəyərli vaxtınızın
sərf edilməyinin səbəbkarı, günahkarı Məhərrəm müəllimdir. Nə iradınız varsa
ona deyin, yoxsa mən kirmişcə qazan-çömçəylə məşğuldum. Mən də Sizin kimi
Müəllifdən
7
kiminsə qeyri-peşəkar ola-ola peşəkarların işinə qarışmasına qəti razı deyiləm.
Adama “get öz işinlə məşğul ol” deyərlər və haqlı olarlar.
Mən dünyaya, hadisələrə mətbəxdən baxdığım üçün əlbəttə ki, nədən yaz-
dığıma baxmayaraq hər yerdən mətbəx ətri gələcək. Bəyənsəniz də bəyən mə-
səniz də. Başa düşürəm ki, göylərlə əlləşən, yüksək ideyalarla ilham pərilərinin
yanında olanları öz yazılarımla yerə saldığımı, aşağı düşürdüb adiləşdirdiyimi
demək istəyəcəksiniz, amma Vallah-Billah mən Sizi aşağı salmaq fikrində ol-
mamışam, mən aşağıda olanları Sizin yanınıza qaldırıram ki, onlar Sizi, Sizsə
onları yaxından görəsiniz. Yoxsa o qədər ucalığa qalxırsınız ki, aşağıya bax-
mağa vaxtınız olmur.
Kitaba ön söz, giriş vermək üçün öncə böyük alimlərimizə, mütəfək kir lə-
rimizə üz tutmaq istədim. Sonra fikirləşdim ki, öz cızma-qaramla böyüklərin
vaxtını almayım. Ona görə də üz tutdum gələcəkdə ucalıb qalxa biləcək
gənclərə. Birincisi ona görə ki, böyüklər öz kitablarını heç vaxt onlara etibar
edib kitablarına ön söz yazdırmayıblar, biz isə Allahın çox kiçik qullarından,
bəndələrindən olduğumuz üçün layiq olduğumuz səviyyəyə üz tutduq.
İkincisi, gənclərdə yeni ideyalar, yeni fikirlər olur, onlardan da həmişə
nəyisə öyrənirəm.
Üçüncüsü, bu gənclərə də özlərini göstərmək üçün bir fürsət verilməlidir
ya yox.
Gənclərdən biri Nahidə xanım Daşdəmirova gənc dilçi magistrdır. Zəh-
mə tinə görə təşəkkür edirəm.
İkincisi isə Aynurə Əmiraslanova həm dilçi magistrdır, həm də mənim
kimi mühəndis-texnoloq magistrıdır, yəni həmkarımdır, adlı-sanlı kulinarla-
rımızdandır. Həm də mənim qızımdır. Fikirləşdim ki, atasıyam tərifdən başqa
nə yazacaq ki, uşaq atası barədə. Əlbəttə ki, mənim dərin hörmət etdiyim ağ-
saqqal alimimiz Məhərrəm Qasımlıya kitabın üzərində çəkdiyi əziyyətə görə,
kitabın ərsəyə gəlməsinə görə ayrıca təşəkkür borcluyam.
Bir də mənim işçilərimə, bu yazıları kompyuterdə yazdıqlarına görə tə-
şək kür edirəm.
Sizə də minnətdaram əziz oxucu. Bu boyda cızma-qaraya vaxt ayırıb oxu-
duğunuza görə.
Hörmətlə: Sizin müəllif
8
Söz mətbəxi
ÖN SÖZ
Tahir müəllim mənə bu işi tapşıranda öhdəsindən gələ biləcəyimə tərəddüd
edirdim. Gənc, təcrübəsiz olduğumu, dərəcəmin olmadığını söylədim. Elmin
hər sahəsindən hali bir adamın kitabına fikir bildirmək çox məsuliyyətli işdir
və bu yükün altına girmək istəmirdim. Amma həmişəki kimi, gənclərə yol
göstərməyi, əllərindən tutub yuxarılara çıxarmağı sevən Tahir müəllim məni
ruhlandırdı və cavan, yeni bir fikrə, baxışa, nəfəsə ehtiyacı olduğunu və bu-
nun maraq doğuracağını dedi. Sonra isə zarafatla söylədi ki, “Gənclik böyük
günah deyil, tez gəlib keçir, qorxma!”
Tahir Əmiraslanovun bir sözü var: “Nəyəsə baxmaq kifayət etmir, onu
görmək lazımdır”. Bu söz bu kitabın bir cümlədə ifadəsidir. O, məhz gördüklə-
ri ni qələmə alır və əldə etdiyi qənaətlər çox maraqlıdır. Bu nəzəriyyələri,
fakt lara dayanan araşdırmaları gördükdən sonra yazdığı məqalələrə sarıldım
və böyük maraqla oxumağa başladım, çünki öyrəşdiyimiz, eşitməyə alışdığı-
mız, tarix boyu möhürlənən məsələlərə tamamilə başqa yöndən fikir bildirir,
bəzilərini təkzib edir, yaddan çıxmışları gün üzünə çıxarır, mənaları təhrif
olunmuş mahnı adlarının, kortəbii şəkildə oxunan mətnlərinin daha məntiqi
düzəlişlərini verir. Bu baxımdan “Kəmər məsələsi” adlı yazısında illər boyu
eşitdiyimiz mahnının sözlərindəki gümüş kəmərə bu aspektdən yanaşan
hələ görməmişdim. Qulaqlarımızın adəti üzündən musiqi sözlərinin məna
kəsbinin yox olması ilə razılaşmayıb, düzgün gördüklərini yazmağı özünə
borc bilir. Və maraqlısı da budur ki, tipik alim xəsisliyini bir kənara qoyub
tapıntılarını hər kəslə paylaşmağa, bölüşməyə can atır. Tahir müəllimin yolu
ilə gedərək bununla əlaqədar bir deyimimizin əksini iddia etmək istəyirəm.
“Çox bilib az danış” ifadəsi mənim üçün bir az məntiqsizdir. Çünki çox bilib
az danışanda məkan az bilənlərə qalır ki, onlar da bilmədiklərini camaata
yeritməyə çalışırlar. Bu da əhalinin düzgün informasiya almaq hüququnu
pozur. Digər cəhətdən də bu böyük xəsislik və bilməyənlərə qarşı haqsızlıq
olardı. Onun üçün qoyun elə çox bilən çox danışsın.
Ön söz
9
Kitabda toplanan məqalələr uzun illərin, qızğın araşdırmaların bəhrəsidir.
Tahir Əmiraslanovun dili, üslubu xalqa daha yaxındır. Daha çox xalqın ya-
ratdıqlarından yazdığı üçün ola bilər bu. Oxuyanda görəcəksiniz ki, müəllifin
qurcalamadığı yer qalmayıb: yeməklərdən, deyimlərdən, gözəllikdən, xanım-
lardan, atributlardan, bayramlarımızdan, tarixi abidələrimizdən, dildən və s.
yazır. Və çox maraqlıdır ki, heç zaman öz sahəsindən qırağa çıxmır, hər şeyə
bir kulinar gözü ilə baxır və bu məqalələrin hamısını mətbəxlə bağlayır. Ara-
mızda belə bir ifadə işlədirik: “Tahir Əmiraslanov üçün hər şey qazandan çı-
xır”. Əsl sənətkar baxışı deyərdim buna.
Müəllif dillə bağlı məqalə və dastanlarında daha çox sözlərlə oynayıb,
sözlərdəki assimilyasiya və dissimilyasiya qaydalarını nəzərə alaraq bir ço-
xunun yaranma yollarının, xalq dilində işləndikcə dəyişikliklərə uğrayıb son
formasını necə almasının izahını verir. Təbii ki, bu mübahisəli məqamdır. Bu
müəllifin şəxsi qənaətləridir.
Bəhrələndiyi mənbələr arasında Nizami Gəncəvinin yeri ayrıdır. Nizami-
nin əsərlərini daha öncədən oxumuş olsam da onun Xəmsəsinin əslində bir
sirli dərya olduğunu Tahir müəllimlə tanışlığımdan sonra anladım. Nə qədər
dəyərli bilgilər, faktlar gizlənmiş olduğunun fərqinə vardım. Təbii ki, sadəcə
oxumaqla, baxmaqla olmurmuş, görmək lazımdır. Bu yazılardan görürük ki,
Nizaminin “İsgəndərnaməsi” bir çox sahədə gizli qalmış məlumatların açıl-
masında sözün əsl mənasında açar rolunu oynayır. Bundan başqa Əhməd Ca-
vid, Abbasi Bağdadi, Ələkbər Sabir, Əli Möcüz, Mahmud Şirvani, İbn Sina,
Əl Qərnati, Əbu Bəkr, M. Kaşğari, Bushaq (Kenzül-İştiha), özünün müəllimi
olmuş dahi N. İ.Kovalyov, V. V.Poxlebkin, V. Dal, A. Düma, Adam Oleariy,
Marianna Yerasimos, Çarles Perri, Şəbüstəri, N. Tusi, Plutarx kimi yazıçıla-
rın əsərlərindən, “Kitabi-Dədə Qorqud”, “Əsli və Kərəm”, “Dastani-Əhməd
Hərami”, “Koroğlu” və s. dastanlardan, yunan əsatirlərindən və s. faydalana-
raq qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirir.
“Qobustan” məqaləsini xüsusi edən məqam onun bu mövzuda görülən ilk
iş olmasıdır. Araşdırma nəticəsində müəllif Qobustan qayalarındakı ciz gi lərin
bir ustalıqla heyvan ətinin bölgü qaydası olduğunu sübut edir və bu mə qa lə
Ərzurumda keçirilən Simpoziumda böyük səs-küyə səbəb olmuşdur. Ümu-
miy yətlə, T.Əmiraslanovun hər sahədə gördükləri, dedikləri, etdikləri hə mi şə
yenilik, yeni söz, yeni yanaşmadır. Bir dəfə dost məclisində yarıciddi, yarı-
zarafat söylədilər ki, nəyi istəsəniz Tahir müəllim mətbəxlə bağlayacaq. Bir
10
Söz mətbəxi
nəfər isə, “qoy daşdan yazsın”, dedi. Və beləlikcə də bir həftədə bir məqalə
ya zıl dı.
Tahir müəllim bu məqaləsində daşın mətbəximizdəki yerindən, bununla
bağlı olan məfhum və ifadələrin əslində yeməklərin hazırlanma prosesləri
ilə əlaqələndiyini göstərir. “Daş haqqında dastan” Məhərrəm Qasımlının
“Folklor” jurnalında çap olunduqdan sonra məqalə haqqında müsbət rəylərin
gəldiyini xəbər aldıq.
Tahir Əmiraslanovun qadınlara qarşı bir müdafiəçi yönünün olduğu-
nu yəqin ki, hamı bilir. Bunu onun onlara olan münasibətindən anlamaq
olar. Anasını qadınlığın zirvəsi kimi görən müəllif “Azəri xanımlar haqqın-
da traktat”da gözəl nümunələr gətirərək xanımların bizim həyatımızda nə
qədər vacib yer tutduğunu, onlarsız həyatın olmadığını, zərif görünsələr də
əslində nə qədər güclü və igid olduqlarını məharətlə bizə çatdırır. İnsan psi-
xologiyasına yaxşı bələd olan müəllif onlarla rəftarın düzgün yollarını da
bizimlə bölüşür.
“Yanar işıq – Ana dilimiz” məqaləsində üz orqanlarının adlarının çox
maraqlı açıqlamasını verir. Bu mənim üçün yenilik idi və dərindən düşünsək
həqiqət payı olduqca çoxdur. Burada ən maraqlısı üz orqanlarından tutmuş
adlara kimi, günümüzdə işlətdiyimiz əksər sözlərdə işığın təcəssümünün
verilməsidir. Bu işığı Koroğluda, Dədə Qorqudda da görür və ona gözəl bir
bənzətmə yazır.
Koroğlu da əslində Qoroğludur,
Dönübdür Qorquda, o da uludur,
Döyüşsə də yolu işıq yoludur,
Tahirə də bir işıq misalıdır.
Şeir demişkən müəllifin bu yönünü çox az adam bilir və o bəxtiyar in-
sanlardanam ki, şeirlərinin ilk oxucularından biriyəm. Müəllifə deyəndə ki,
eşitmişik şeir yazırsınız, cavabı dəyişilməz olaraq, “Mən şeir yazmıram,
şeirəbənzər şeylər yazıram”, olur. Onun bir şeirini sizlə bölüşmək istərdim:
Müqəddəs üçlük
11
MÜQƏDDƏS ÜÇLÜK
Ağıl, ruh və can girib də bəhsə,
Hakim kəsildilər hər biri nəfsə.
Ruh verdi dünyanı fani qələmə,
Ruhani nəfs yaradıb yaydı aləmə.
Ağıl girib atoma, hürr zərrəsinə,
Cəhənnəm yaratdı yer kürəsinə.
Can dözdü bunlardan gələn zillətə,
Dözməkçün yol açdı nəfsi şəhvətə.
Ruh canla olanda cananla oldu,
İki ruh birləşdi iki can doldu.
Ağıl ruhla birləşib gəldi sənətə,
Ucaldı elm adlı bir səltənətə.
Elə ki, ağılla tək can birləşdi,
Həm ağıl keyləşdi, həm can keyləşdi.
Mayanı mayeyə, həm una qatdı,
Üçünü vəhdətdə Allah yaratdı.
Üçlük birləşincə eşqi yaratdı,
Eşq ilə kainat kamala çatdı.
Bir-birini cəzb edən üçlüklər oldu,
Kainat sevgi ilə, işıqla doldu.
Həmişə işlətdiyi bir söz var – “Mən dilçi deyiləm”. Amma dilimizi mü-
kəmməl bildiyi üçün istər-istəməz mətbəximizlə bağlı sözləri tədqiq edərkən
dilə müraciət etməli olmuşdur. Hətta Tahir Əmiraslanovun söhbətlərindən
birini sizlə paylaşmaq istərdim: Bir məclisdə dostları ona – “İnstitutu rus
bölümündə oxumusan, ana dilimizi təmiz bilə bilməzsən” – deyir. Bunun ca-
vabında müəllif bir-iki gününü sərf etməklə “Söz mətbəxi” adlı bir yazı yazır
və bunu bir başqa dilə tərcümə edə biləni böyük mükafat gözlədiyini deyir.
Təəssüf ki, bu mükafatı heç kim ala bilmir. Amma bu bəhs sayəsində maraqlı
bir məqalə ortaya çıxır ki, oxuduqca təəccüb içərisində qalırsan.
12
Söz mətbəxi
Məqalədə folklor nümunələri olaraq 109 atalar sözü, zərb məsəli, idio-
ma və deyim işlənmişdir. Bunlar bir-birilə əlaqələndirilib dilimizin gözəlliyini
ortaya çıxarır. Bildiyimə görə indiyə qədər bu ölçüdə olan heç bir əsərdə bu
qədər folklor nümunəsindən istifadə edilməyib. Ümumiyyətlə, müəllifin folk-
lorumuza, dilimizə bu qədər bələd olması və onu bu qədər məharətlə işlətməsi
oxucunu təəccübləndirir.
Ümumi olaraq məqalələrdə ədəbi dillə yanaşı xalq dilindən də geniş is ti-
fadə olunmuşdur. Bu baxımdan bəzən orfoqrafik qaydalar pozulmuş olsa da,
bu daha çox danışıq dilinə xitab edən söz və ifadələrə rast gəldiyimizdən,
dialekt və şivə sözlərinə daha çox müraciət olunmasından irəli gəlir. Kitabda
bənzətmələrə, xitablara, sitatlara yer verilib ki, bu da məqalələri intonasiya və
ahəngdarlıq baxımından daha zəngin edir, əsərin üslubi emosional-estetik ça-
larlarını artırır. Kitabdakı yazılar elmi olmaqla yanaşı, qeyri-adi, cazibəli, axı-
cı və ləzzətlə oxunur. Kitab həm dil, həm folklor, həm tarix, həm etnoqrafiya,
həm də ümumi adla desək kulinariyamız baxımından çox dəyərlidir və istinad
mənbəyidir. Mənim kimi dilçilərin gələcək müdafiə işlərində əvəzolunmaz
materialdır.
Bu kitabın çıxmasının əsas səbəbkarı böyük alimimiz, filologiya elmləri
doktoru Məhərrəm Qasımlı oldu. Biz və başqaları Tahir müəllimə deyəndə ki,
bu məqalələrinizi, şeirlərinizi kitab halına salın, deyirdi ki, mən ədəbiyyatçı,
ya şair deyiləm, özüm üçün cızma qara edirəm. Amma Məhərrəm müəllim
zəng edib deyəndə ki, bunlar önəmli, vacib yazılardır, mütləq kitab olmalıdır,
kitabın da elmi redaktoru özüm olacam, Tahir müəllimin sözü qalmadı, çünkü
Məhərrəm Qasımlını həmişə dahi alimlərdən hesab etdiyindən onun sözünə,
fikrinə çox ehtiramla yanaşır və inanırdı ki, Məhərrəm müəllim kimi alim elə-
belə fikir söyləməz. Beləliklə, bu kitab ərsəyə gəldi.
İndi Tahir müəllimin yanında vaxtilə dərs dediyi tələbələri çalışırlar. Dərs
oxumayan, tənbəl, dərsə gəlməyən tələbələrin belə Tahir müəllimin dərslərinə
tələsdiklərini, hətta başqa dərslərdən belə qaçıb onun mühazirələrində işti-
rak etdiklərini söyləyirlər. Onun çıxışları zamanı televiziya tamaşaçılarının
da onun cazibə dairəsinə düşdüklərinin şahidiyik. Oxucuları da bu cazibə
dairəsinə dəvət edirik.
Magistr, dilçi-filoloq Nahidə Daşdəmirli
Kitab haqqında
13
KİTAB HAQQINDA
Mənə elə gəlir ki, atamın bilmədiyi sahə yoxdur. Azərbaycan nağılları, das-
tanları, əfsanələri, Yunan əsatirləri, Norveç saqoları, Hind mifologiyası, Aqada,
Tövrat, İncil, Zabur, Quran, Buddizm, lamaizm, şamanizm, qədim Yunanıstan,
qədim Misir, Babil, Şumer, müxtəlif fəlsəfi cərəyanlar Nizami, Plutarx, Mahat-
ma Qandi, Sokrat, Şəbustəri və başqaları. Bir də tanıdıqlarımızı bizə tamam baş-
qa tərəfdən göstərir. Ezoterist, filosof Pifaqor, aşpaz Rossini, yaxud aşpaz Düma
(ata), skripka ifaçısı Eyişteyn, riyaziyyatçı Ömər Xəyyam və s. və bu kimi.
Riyaziyyat, fizika, kimya, tarix, tibb, ekologiya, din, fəlsəfə, dilçilik, psi-
xologiya, folklorşünaslıq, estetika, etika, ezoterika və s və i. a. Bunların da
hamısını mətbəxlə bağlamağı bacarır. Həmişə də deyir ki, mən bütün elmlərdə
diletantam, mətbəxi isə öyrənirəm. Amma dəfələrlə onun həm Azərbaycanın,
həm uzaq yaxın xarici ölkələrin müxtəlif sahə alimləriylə söhbətlərinin şahi-
di olmuşam. Çox qısa müddətdə o söhbətin, müzakirənin mərkəzinə çevri-
lir. O həmişə hansı süfrədə otursa o oturduğu yer süfrənin başı olur. O, fikir,
ideya generatorudur. O qədər yeni fikirlər, ideyalar söyləyir ki. Amma onları
səpələyir, yazmır, çap eləmir. Şeirlərini də, aforizmlərini də, ideyalarını da
dağıda-dağıda gedir. Sterotipləri də. Sözlərlə oynamağı sevir. Musiqi təhsili
olmaya-olmaya 2012-ci ildə V Beynəlxalq Elmi Musiqi konfransında 41 elmi
məruzənin ən yaxşısını elədi. Mətbəx və musiqinin vəhdətini açıqladı.
2008-ci ildə ABŞ-da 72 ölkə qarşısında ilk dəfə mətbəx rəqslərini qoydu.
Peşə kar kulinar kimi peşəkarlığın ən yüksək zirvəsinə qalxıb. Atam olduğu
üçün demirəm. İndi əlinizdə olan kitab da onun qəribə, qeyri adi yazılarının
bir hissəsinin toplusudur. Adət etdiyimiz, sadə bildiyimiz şeyləri tamam başqa
rakurslardan göstərib, onların nə qədər mürəkkəb, eyni zamanda necə sadə
olduqlarını bu yazılarda açıqlayır.
“Söz mətbəxi” yazısında, qısa bir yazıda bu qədər xalq deyimlərinin, ata-
lar sözlərinin, ibarələrin, ideomaların bir-biri ilə vəhdətdə, bağlılıqda və axar-
lıqda verildiyi başqa bir ədəbi nümunə tanımırıq. Folkloru nə qədər dərindən
Dostları ilə paylaş: |