104
Söz mətbəxi
Distillə aparatından bir dəfə süzülmüş rakıya qaba, kobud rakı və ya “soma”
deyilirdi. Qəribədir ki, soma, xaoma adlı içkiyə həm hindlilərin Riqvedasında,
həm də atəşpərəstlərin Qatalarında rast gəlinir. Qataların atəşpərəstlik dini ki-
tabı kimi ilk olaraq məhz Azərbaycana məxsus olduğunu nəzərə alsaq distillə
yolu ilə içkinin alınması texnologiyası daha qədim zamanlara gedib çıxır.
Məsələ ondadır ki, Azərbaycanda borulu distillə aparatından başqa bir qurğu
da qədimdən bu günə qədər işlədilir. Bu qurğuda qazanın içərisinə lazım olan
su və efirli, ətirli otlar, yaxud qıcqırmış məhsul yığılır. Həmin qazanın ortasına
bir çay daşı, daşın üzərinə isə bir kasa qoyulur. Qazanın qapağının ortasın-
da sərpuş olur. Belə qazan qapaqlarını Azərbaycanın bütün muzeylərində, o
cümlədən, Şəki tarix muzeyində də görmək olar. Qazanın qapaqlarının qıraq-
ları xəmir, ya gil palçıqla qazanın ağzına kip bağlanır. Qazanın altında ocaq
qalanır. İçəridəki mayedən qalxan buxarla bərabər ilk öncə yüngül efirli, ya
spirtli fraksiya yuxarı qapaqdakı sərpuşla qalxır, yuxarıdakı nöqtədə konden-
sasiyaya uğrayıb geriyə qazanın içindəki kasaya axır. Beləliklə, kasada daha
yüngül fraksiyalı maye toplanır. Bəzən bu fraksiyanı da bir-iki dəfə yenidən
eyni yolla distillə edirlər.
2012-ci ildə Cənubi Koreyanın Dajeon şəhərində Dünya Kulinariya Kon-
qresində iştirak edərkən, bizi şəhərin muzeyinə apardılar. Muzeydə XIII əsrə
aid çox mükəmməl bir distilyasiya yəni damıtma aparatı nümayiş etdirildi.
Sonralar Azərbaycandakı Cənubi Koreya səfirliyinin köməyi ilə aldığı-
mız məlumatda deyilirdi ki, bu metod daha öncələr İrandan götürülmüşdü.
Həmin il biz İstanbulda Mətbəx Sənəti Akademiyasında olarkən orada sax-
lanılan damıtma (distillə) aparatının da Koreyadakı aparatın bənzəri olduğu-
nu gördük.
Beləliklə, bu faktlar damıtma aparatının bizə daha yaxın olduğunu göstərir
və türklərin, azərilərin icadı olma ehtimalını da gücləndirir.
Dilimizdəki aydan arı, sudan duru, arıtmaq (təmizləmək), ar-namus və s.
ifadələrdə də ar sözünün təmiz, saf mənasında olduğunu görürük. XII əsr də
türk dilinə aid mənbədə arı, arıttı, arındı, arıq sözlərinin hamısı təmiz, təmiz-
lən di mənasında işlənir. Qaşqari “arıq” sözünü təmiz kimi verir. “Rak” sözü-
nü müəlliflər Gilyan danışığından təmiz kimi tərcümə edirlər. “Rak” sözünü
isə Qaşqari fazlalıq bildirən ədat kimi açıqlayır. Ar sözünü İsa Musayev işıq,
duru, təmiz, sırf, xalis mənalarında işlədir. Onda sağraq, sağrak süzülməklə
yüksək təmizlənmiş içki mənasını verir.
“Kitabi-Dədə Qorqud”da “araq” məsələsi
105
Sağ sözünü də Qaşqari “sağ tatlı, iyi (oğuzca), təmiz, xalis, sağ, sağlam,
sıcaq (qaynar. T.Ə)” mənasında verir. Əl Əndəlusi də XII əsrdə “sağ yağ” –
sözünü sadə yağ, süddən çıxan ərinmiş yağ kimi verir.
Bu mənaların da hamısını distillə olunmuş içkiyə, arağa aid etmək olar.
Qaşqari “saqır” – sözünü “içərisinə şərap konulon havana bənzər bir kab”
kimi verir. Sarur – sözünü isə – su içmək, suyu çəktirmək, suyunu sızdıra-
raq keşpendir halına gətirmək mənasında işlədilir. Sakır və sakız-sözünü isə
“əlbisəyə bulaşan meyvə suyu və ya hurma pəkməzi qibi nəsnələr” (484) kimi
verir. Ar, ir sözünün içki mənası da vardır, məsələn kifir – kif göbələkləri ilə
alınan içki.
Arif Ərdəbilinin (XIV əsr) “Fərhadnamə”sini tərcümə edən Xəlil Yusifli
də kitaba verdiyi lüğətdə “Sağər” sözünü “qədəh” kimi izah edir.
Mery Priscilla da “Osmanlı mətbəx sözlüyü” kitabında yazır: “Sagrak-iç-
ki qədəhi və ya kasası-sugrak”. Buradan da Sagrak sözünün içki ilə bağlı olub,
artıq qədəhə, kasaya, yəni içki içilən qaba ad verdiyini görürük.
İsa Musayev göstərir ki, Sağ – can deməkdir, Ra – sözünün qədim od al-
lahı ilə bağlılığını qəbul etsək onda Sağraq ifadəsi can odlayan, can yandıran,
odlu içki mənasını verir.
Bütün dünya ölkələri rakının ilk dəfə Osmanlı torpaqlarında istehsal edil-
diyini qəbul edir. Tərkibində dadlandırıcılar olan araqlardan Türkiyədə cirə ilə
hazırlanan rakı çox məlumdur.
Yunan uzosunun rakıyla eyni dada malik olması bəzi yunan mütə xəs sis-
lərinin türklərin rakının yunanlardan əxz etdiklərini, uzonun rakıdan əvvəl
yarandığını söyləməyə sövq edir. Amma elə yunan ensiklopediyalarında yu-
nan uzosunun banisi kimi Osmanlı həkimi Kirios Stavrakis göstərilir.
Bütün bu araşdırmalar, araq sözünün ərəblərdən alınmadığını, məhz türk-
cə dən götürüldüyünü göstərməklə arağın çəkilməsi texnologiyasının türklərə
məxsus olduğunu isbatlayır.
Bu gün hələ də Rusiya və Polşa arasında “vodka” sözü üstündə, onun
texnologiyasının (taxıl arağının) kimə məxsusluğu üzərində mübahisələr
kəsilmir. 1982-ci ildə beynəlxalq arbitraj məhkəməsi bu içkinin SSRİ-yə aid
olduğunu iddia etsə də, Polşa 1978-ci ildə elan etdiyi mübahisədən hələ də əl
çəkmir.
Dünya dövlətləri arasında milli mətbəxlərin sərhədləşməsi prosesi ilə
bağlı Azərbaycan bu gün evlərdə istehsal edilən meyvə araqlarının texnolo-
106
Söz mətbəxi
giyasına vaxtında sahib çıxmalıdır. Bu zaman K. D. Q üzərində köklənmiş bu
yazı da mənbələrdən biri ola bilər.
Ədəbiyyat:
1. “Kitabi Dədə Qorqud”, Bakı, Yazıçı, 1988, 265 s. +12 şəkil.
2. “Oğuz Kağan Dastanı”, Aydın Abi, İradə Rəsul, “iki dastan” kitabında. B.
“Orxan”, 2002, 110 səh.
3. Н.И.Ковалев “Энциклопедия Гурмана” второй выпуск С. П. Фламинго,
1996, 480 стр.
4. В.В.Похлебкин “Kулинарный словарь”, М, Центрполиграф, 1996, 504 стр.
5. “Книга о водке” (сост. Ю. Г. Иванов), Смоленск, Русич, 1995, 432 стр.
6. А.А.Керимова и др. “Гиланско-Русский словарь”, М, Нayka, 1980, 432 cтр.
7. Н. А.Баскаков “Русские фамилии тюрского происхождения”, Баку, язычы,
1992, 250 стр.
8. Kaşgari “Divani Lüğət- it- türk” IV tom, Ankara, Z. Baski, 1991, 887 səh.
9. Владимир Даль “Толковый словарь живого великорусского языка” I том.
СПб, 1903, 1749 стр.
10. Əsirəddin əbu Həyyan əl Əndəlusi “Kitab əl-idrak əl-lisan ələtrak”, B.,
Azərnəşr, 1992, 115 səh.
11. İsa Musayev “Dil yaddaş, Vətən yaddaş” B., Az. Ensiklopediyası,1995, 384 səh.
12. “Календарные обычаи и обряды народов Восточной Азии”, M. Hayka,
1989, 360 стр.
13. Qəzənfər Paşayev “Altı il Dəclə-Fərat sahillərində”, Bakı, yazıçı, 1987, 230 səh.
14. Ə. Rəcəbov, Y. Məmmədov “Orxan-Yenisey abidələri”, B., Yazıçı, 1993, 396
səh.
15. Öndər Şənyapılı “Damakta kalan tatlıların akılda kalan adları”, Ankara
ODTÜ yayınları, 2010, 556 səh.
16. Никольский Н. В. Собрание сочинений, Т. I. Ч., 2004
17. «Традиции Бурятской кухни» состовител В. Т. Михайлова «Улан-Уде»
«Printhouse L. T» 2008, 94 стр.
18. Arif Ərdəbili “Fərhadnamə” Bakı, “Oka-Ofset” 2007, 309 səh.
Azər bayramı
107
AZƏR BAYRAMI
AZƏRBAYCANLILARIN BAYRAMI
Qəribəliklərlə dolu tariximiz var. Hər yeni dövr, yeni quruluş, yeni ha kim-
lər, yeni “böyük qardaşlar” yazılarımızdan, beynimizdən, ürəyimizdən Az (as)
larla, Az ərlərlə, Azərlə bağlı nə varsa silməyə çalışmışlar.
Səlib yürüşləri zamanı din, var dövlət, torpaq qəsbkarlığı və s. səbəblər
həmişə daha çox şişirdilir, amma Şərqin ustadlarının, alimlərinin, kitabxana-
larının daşınılması, yerdə qalanının isə yandırılması, yoxa çıxması haqqında
deyilmir. Şərqin axırıncı qədim kitabxanası indi də İraqdan aparıldı. Qahirə
kitabxanası talan edildi. Bununla da babalarımızın, əcdadlarımızın tarixinə
işıq sala biləcək tutarlı sübutların axırına çıxıldı.
“Amma həqiqət nazilir, üzülmür”. Bu həqiqətlərin açılması tarixi etnoqra-
fik tədqiqatların mövzusu olsa da bizdən də yan keçmir.
Mədəniyyətdə bir-birini qoruyub yaşadan, sinbioz formasında yaşayan
bayram və mətbəx amillərinin sıx bağlılığı şübhə doğurmur.
Məsələn, bu gün çox tanıdığımız Novruz bayramı və Novruz mətbəxini
ayrılıqda təsəvvür etmək mümkün deyil. Novruz bayramında mətbəx element-
ləri (paxlava, şəkərbura bişirmək, yumurta döyüşdürmək, qonağa pay qoy-
maq, səməni bişirmək və s.) götürülsə bayramın mahiyyəti itər və bu mətbəx
elementləri tənəzzülə uğrayar.
Novruz bayramına qadağa qoymaqla, xalqın müqavimətini artırmaqla
bu bayramın ətrafında səs-küy yaradıldı, əhalinin diqqəti Novruza yönəldildi
və Novruz yaddaşımızda, ürəyimizdə həkk olundu. Novruz barəsində ya-
zılı tədqiqatlar ortaya çıxdı. Bu bayramı qorumaq üçün öz vəzifəsini, hətta
həyatını təhlükəyə atan Şıxəli Qurbanov kimi fədai meydana gəldi.
Burada psixologiyanın güclü bir tərəfindən, “nəyi yuxarıdan yadellilər
məhv eləmək istəyirlərsə o daha vacibdir” düşüncə tərzindən istifadə edildi.
Bu vasitə ilə digər bayramlarımız Mehr (Mehrikan), (böyük çilə) kişilər
bayramı, “Səda” (kiçik çillə) qadınlar bayramı, Abrizəkan, Xıdır Nəbi, Azər
108
Söz mətbəxi
bayramı sükutla unuduldu. Əsas məqsəd Azər bayramının, Azərin adının belə
unudulması idi və buna nail olundu.
Bu bayramlarla birgə bayram mətbəxlərimiz də yoxa çıxdı.
Azərbaycan kulinariya elminin ümdə məsələlərindən biri, itirilmiş milli
mətbəximizi bərpa etməkdir. Bayram mətbəxləri isə bayramlarla simbiozda
olduqları üçün bu bayramların da bərpası vacib məsələlərdəndir və biz ku-
linarlarımızı, tarixçilərimizi, etnoqraflarımızı bu məsələlərin açılmasına,
tədqiqatına dəvət edirik.
Y.V.Çəmənzəminli yazır ki, “Novruz” qədər əhəmiyyətli bayramlardan
biri də “Azər” (noyabr ayında) imiş. Novruz yazı təqdis edən kimi Azər bay-
ra mı da qışı zəmm edərmiş və hər kəs quzu və yağlı ət kimi istilik gətirən
yemək lər yeyərmiş.”
Azər bayramını daha çox atəşpərəstliklə bağlayanlar unudurlar ki, atəş-
pə rəstliyə aid olan bayramın təntənəli keçirilməsinə orta əsrlərdə İslam dini
im kan verməzdi. Azər bayramı da Novruz kimi dini deyil, astronomik, təqvim
bay ramı idi və atəşpərəstlikdən də öncə Asların, Azların, Az adamlarının, Az
ər lərinin təqvim bayramı idi.
Qeyd edək ki, çinlilərdə, yaponlarda, monqollarda, tibetlilərdə də qırov
düşməsiylə bağlı ayin və mərasimlər var. Bu da Azər bayramının dinlərlə de-
yil, təbiətlə, təbii hadisələrlə bağlı bayram olduğunu göstərir.
Azər bayramı haqqında Ə.Biruni də məlumat verir. Zərdüştlükdə Azər
yəzədlərdən biri və Ahuramazdanın oğludur.
Müxtəlif ədəbiyyatda Azlar haqqında verilmiş məlumatları təhlil etsək
görərik ki, Azad – əsgəri təbəqənin nümayəndəsi, Az – acgözlük divi, Çerkas
– çeruk as – döyüşən as, azabar – hündür, hörmətli, azad – cuhraq – nəcabətli,
asar – sonsuz, asiman – səma, azron – kahin, asp – at, askamb – qarın və s.
kimi tərcümələr verir. Yaponiyadakı birinci yüksək dağ Fudzi, ikinci yüksək
dağ isə Asitaka – yəni Asların yüksəkliyi dağ adların, yaponca “takay” yüksək,
dağ, taka qartal deməkdir. Dilimizdəki dağ və təkə (dağ keçisi) məfhumları ilə
səsləşir. Müalicə ilə bağlı qədim Finikiyada Böyük Ana İlahəsi Astart nelasq,
finikiyalı və başqa tayfalardan yunanlara keçmiş həkimlərin allahı Asklepiy,
qədim akkad dilindəki “Azu” – həkim sözü, şumer dilindəki “a – zou” – “suyu
bilən şəxs” (yeni su ilə müalicəni bilən şəxs). Orxon-Yenisey daş abidələrində:
Gültəkin, Bilgə Xaqan, Tonyukun, Mayunçar, Qalas abidələrdəki az bodu – az
xalqı, bu abidələrdə göstərilən Kökmən dağlarında (Sayan dağları T.Ə.) yaşa-
Azər bayramı
109
yan az xalqı, Avropada, kurqanlardan tapılmış runaların əlifbasında hərflərin
təhlili və bir çox başqa mətbəx mədəniyyətlərindəki ədəbiyyatdakı topono-
mik, mifoloji və s. elmlərdə, abidələrdəki məlumatlar Azlar haqqında geniş
təsəvvür yarada, bizi özümüzə qaytara bilər.
Aslarla bağlı mətbəx terminlərimiz asudə, azu xörəkləri, Asac (sac), ac
(mərsin dəyirman), asabiül – azari (qız barmağı, iri incə dənli, tək çəyirdəkli
və şirin üzüm növü İbu Battuta 1330- cu ildə bu barədə məlumat verir),
asel (bal), asfuriye (Məhəmməd Şirvaninin yemək kitabında XV əsr), asib
(bağırsaq, dolması), asir (şirə), ase (yerkökü), as (buğda, aş), azuqə (ərzaq),
aziyyə (ziyəfət), azaz (loxma) və s. də aslarla, azlarla bağlılığımızın bir sü-
butudur.
Şotland, Norveç və digər avropa xalqlarının saqalarında da Aslar (Azlar)
bura şərqdən gəlmiş güclü tayfa, ya da gənc güclü allahlar adlanırdı. Həmzə
Vəli Azər xalqı haqqında bizim e. ə. VIII əsrə aid daş yazıların açıqlamasını
ve rir. Azərilərin norveçlilərin babaları olduqları barədə Tur Heyrdal və başqa
müəl liflər də məlumat verir. Bizim e. ə. VIII əsrdə II Sarqonun əmrində də
Azari şəhərinin adı çəkilir. Firudin Ağasıoğlu “Azər xalqı” kitabında da bu ba-
rə də geniş məlumat verir. Azların türk qəbilələrindən olduğu barədə Bartdold
“Oçerki istorii semireçya” əsərində məlumat verir.
Qədim Misir mənbələrindəki indi Osiris kimi yazılan yeraltı dünyanın
Allahı Azər və “Qurani Kərim”də İbrahim peyğəmbərin atasının Azər olduğu-
nun göstərilməsi də kökümüzün dərinliyindən xəbər verir.
Xaqaninin “İsa gəldi, Azəri diriltdi” ifadəsi bir çox məfhumlara da aydın-
lıq gətirir. Bu ifadəni 21 dekabr Azər ayının sonu, Azərin ölümü hesab etsək,
Tenqrinin oğlu İşuanın, İsanın 22 dekabrda anadan olmasını Azərin yenidən
dirilməsi, İsada öz təzahürünü tapması kimi də anlamaq olar. Qədim runa
yazı larında İsanın damdan asılmış buzun buz parçasının (rusca “sosulka”)
içərisində maye həyat olan bərk kişilik simvolu “fallos” olması, İşuyanın, İsa
kimi, ingiliscə də “ays” (buz) kimi ifadəsi onun Asin, Azin, Azərin davamı
olduğunu bildirir. Buna görə də böyük çillə 22 dekabr – 2 fevral 40 gün qışın
oğlan çağı (kişilik vaxtı, sərt vaxtı) adlanır və kişilərin bayramı hesab edilir.
2 – 22 fevral isə kiçik çilə, qadınlar bayramıdır. Bu bayram barəsində Pənahi
Makuli “Xiyabani” əsərində də məlumat verir.
Beləliklə, Azər bayramında və böyük çilədə bişirilən yeməklər öz kosmo-
qonik məfhumuna görə bir tərəfindən isidici, həyatverici odla bağlı olmalı,
110
Söz mətbəxi
yəni istilikverici xüsusiyyətlərə, atributlara malik olmalı, digər tərəfindən isə
kişilik, həyat verməklə yumşala biləcək sərtlik simvoluna uyğun olmalıdır.
Çox təəssüf ki, mövcud ədəbiyyatda Azər bayramında verilən yeməklər
haqqında heç bir məlumat yoxdur. Amma yuxarıda deyilən məfhumlardan və
bəzi adət-ənənələrindən çıxış edərək bu mətbəxi rekonstruksiya etməyə cəhd
göstərmək olar.
Qətran Təbrizi yazır ki:
Od yandır, mey iç şaha, azər ayında,
Mey qoxusu və oddur azər ayının ayini.
Beləliklə, Azər ayında süfrə atributlarından birinin şərab olduğunu görü-
rük. Şərab, ümumiyyətlə, islamdan əvvəlki bayram süfrələrinin əksəriyyətinin
ənənəvi atributudur. Qışda isə bu xüsusi əhəmiyyət kəsb edirdi və daha tünd
içkilər içilirdi. “Kitabi-Dədə Qorqud”da spirtli içkinin üçünün “sağraq”,
“sərab” və “mey”in, “Oğuz Kağan” dastanında isə “sürmə”nin adı çəkilir.
Mövsümün dəyişməsinin məişətə təsirini araşdırsaq görərik ki, qışın
gəlməsilə artıq özünü tutmuş heyvanlardan erkəklər və ya damazlıq olmayan-
lar kəsilir – “qovurma” hazırlanırdı. Qovurma küplərə, ya dəriyə doldurulub
üzərinə əridilmiş piy tökülürdü. Bu adət indiyə qədər Tovuz, Gədəbəy, Qazax
və Naxçıvan bölgələrində qalıb. Bununla iki məqsədə nail olunurdu: qışda
heyvanlar üçün tədarük edilmiş yemə qənaət edilirdi və heyvan arıqlamamış
əti, piyi bol olan vaxt kəsilirdi. Heyvan kəsiminin bu dövründə içalatın, baş
– ayağın “qovurma” hazırlamağa yararsız olduğunu nəzərə alsaq, Azər ayın-
da təbii ki, bu məhsullardan hazırlanan xörəklərə üstünlük verilməliydi. Ət
həm dəcırımlanıb qurudulurdu, qaxac edilirdi. Bu ənənə indi də qax, baləkən
bölgələrimizdə qorunub saxlanılır.
Monqollarda indi də qırovların düşməsi ilə bağlı olaraq ət kəsimi başlayır.
Onlar əti dondururlar. Yayda isə cırımlayıb qurudurlar. İçalatı isə qadınlar yu-
yub, təmizləyib doğrayırlar. Axşam “Nayr” başlayırdı. Nayrda əsas yeməklər
uzun müddət saxlanması mümkün olmayan içalatdan hazırlanırdı. Belə hesab
edirlər ki, kim ürək yesə ürəkli, igid, bağır yeyən isə güclü olacaq və s.
Buryatlar noyabrın axırı, dekabrın əvvəllərində heyvanları kəsir, qışa ət
hazırlayırlar. Qışa hazırlanan mal əti “uuse”, çəlləkdə qara basdırılan sümüklü
ət “Nari,”dəridə saxlanılan ət bu vaxta hazırlanırdı.
Azər bayramı
111
İkinci tərəfdən qışda daha çox örtülü, yəni evin içərisində olan ocaq
növlərində yemək bişirilirdi. Evin içərisindəki ocaq əsasən buxarı idi. Bəzi
yerlərdə evin ortasında təndir də qoyulurdu. Təndirin üzərində “kürsü” qoyu-
lur, qızınmaq üçün istifadə edilirdi.
Əlbəttə ki, qış sərt olanda və ümumiyyətlə, adi günlərdə bu ocaqlarda
xörək bişirilirdi. Çünki qışda ocaqda eyni zamanda həm xörək bişirdi, həm ev
isinirdi. Çöldə bəzi yeməklər istisna hallarda, bayramda bişirilə bilərdi.
Deməli, Azər ayında bişirilən yeməklər əsasən buxarının və bir də evin
içərisindəki təndirin yaratdığı imkanlar daxilində hazırlanırdı.
Əgər nəzərə alsaq ki, evi, kürsünü qızdırmaq üçün təndirdə daha çox
təzək yandırılırdı və tüstü çıxanı olmadığı üçün evi his basırdı qışda içəridəki
təndirdə xörək hazırlama imkanları bir az aşağı düşür.
Beləliklə, qış xörəklərimiz daha çox buxarıda bişirilirdi. Buxarının kənar-
la rında qarmaqlar qoyulur və qazan bu qarmaqlardan zəncir vasitəsi ilə asılırdı.
İndi də xanımlarımız “xörək bişirim” əvəzinə “xörək asım” ifadəsi işlədirlər.
Bu xörəyin minilliklər boyu daha çox asılmış vəziyyətdə bişirilməsinin şü-
uraltı təfəkküründəki təsdiqidir. Buxarıda közün içində də bəzi yeməklərin
bişirildiyini bilirik, amma bunlar çox əsaslı yemək xarakteri daşımırdı. Bunu
buxarının adından da görürük. Buxarıdan daha çox buxar, buğ çıxırdı, hətta
nağıl qəhrəmanlarımız buğun, buxarın iyindən, ətrindən hansı evdə nə bişdi-
yini müəyyən edirdilər.
Onda buxarıda bişirilən yeməklərin əksəriyyəti buğ verən, yəni tərkibində
daha çox maye olan duru yemək olmalıydı.
Deməli “Azər”in əvvəlində qışın əvvəllərində “qovurma” hazırlanan za-
man, içalatdan qızardılmış xörəklərin açıq odda bişirilməsi hələ mümkün idi.
Buna görə də, məsələn, sacüstü, saciçi xörəklər, qızardılmış xörəklər hazırlana
bilərdi. Qovurma hazırlananda istifadə edilən quyruqdan, onun cızdağından
və içalatdan sacın içində ən təbii və asan bişirilən yemək içalat qovurması,
başqa adla desək “cız-bız” idi. Azərbaycanın cız-bızının ləzzətini Düma Ata
da unuda bilmirdi və yazırdı: “Ey Nuxadan keçən səyyahlar, mütləq burada
cız-bız yeyin”.
Cız-bıza adətən içalatın əsas hissələri - şirin bağırsaq, bağır (qaraciyər),
öfgə (ağciyər), ürək işlənirdi.
Kəsilmiş heyvanların baş-ayağından kəllə-paça (baş-ayaq), yuyulmuş qa-
rın (qursaq-mədə) tikələri və dırnaqla birgə isə xaş bişirilirdi. Buz, qar saxla-
112
Söz mətbəxi
nılan ərazilərdə və dağlıq yerlərdə baş–ayaq, xaş dondurulub qışa da saxlanır-
dı. Bu adət indi də Tovuz rayonunda bəzi evlərdə qalıb.
Bundan əlavə, bağır-beyin xörəyi, doldurulmuş bağırsaq xörəkləri də bi-
şirilirdi. Qiymələnmiş ət-quyruq, ədviyyə qarışığı ilə doldurulmuş bağırsaq ya
cız-bızla piydə qızardılır, ya eninə qoşa şişə çəkilir, ya da az suda bişirilirdi.
Buna bəzi bölgələrdə bağırsaq doldurması, bəzi yerlərdə sucuq, digərlərində
isə kolbasa deyirlər. Əvvəllər heyvanın mədəsini də belə doldurub bişirərdilər.
Beləliklə Azər ayının başlanğıc xörəkləri təzə qovurma, cız-bız, kəllə-
paça, xaş, bağır-beyin, sucuq olduğunu müəyyənləşdirdik.
B. Abdulla yazır: “Cana istilik gətirən yeməklər – yağlı ət, daha çox isti-
otlu bişmiş yeyərmişlər”.
Azər ayında havalar mülayim keçən, otlaqlarında yem olan bölgələrdə
bu proses bir müddət gecikib, bəzən Azər bayramına da düşə bilərdi. Digər
tərəfdən isə, heyvanların kəsilməsi, qovurma hazırlanması bir neçə və ya
9 gün davam edib, Azər bayramı günü sona çata bilərdi. 9 rəqəminin tək
rəqəmlərin sonuncusu olması, mifoloji təfəkkürdə sonla bağlanması, hey-
van kəsiminin qovurma hazırlığının sonu kimi səciyyələndirilə bilər. Y. V.
Çəmənzəminlinin “Novruz yazı təqdis etdiyi kimi, Azər bayramı da qışı
zəmm edirmiş” ifadəsi də, artıq qışa hazırlığın bayram edilməsi, qışa acıq
verilməsi, hədə qorxu gəlinməsi, kişilənmə bayramı kimi də başa düşülə
bilər. Yəni bu qışa hazırlığın son bayramı idi. İndi də dilimizdə “düşmən
qabağında özünü sındırma”, “kədərini düşmənə bildirmə”, “düşmənə gül,
özünü şən göstər” ifadələri şüur altı təfəkkürümüzdən gəlir. Ola bilsin ki,
Azər bayramı qışı düşmən bilənlərin, ona sinə gərənlərin, onun önündə
gülənlərin, qışı qorxudanların bayramı idi.
Bununla bağlı Bəhlul Abdulla noyabrda, qırov düşən ayda icra edilən
“Kövsəcə” mərasimi barədə yazır, Y. V.Çəmənzəminli bu mərasimi məhz Azər
ayında keçirildiyini göstərir və Q. Cavadov da B. Abdullaya istinad edərək
bunları təkrarlayır.
Hər ikisi qeyd edir ki, “Kovsəcə” adlanan mərasim noyabrda – qırov dü-
şən ayda icra olunur. “Özünü gülməli kökə salmış, cır-cındır geymiş birisi
qatı ra minib ortaya çıxar və əlində tükü yolunmuş qarğa saxlayarmış”. Yan-
yörədəkilər onun üstünə soyuq su səpərmişlər. O isə saymazyana “istidi, istidi,
bahar gəlir, yaz gəlir” – deyə haray salarmış. Qışı “qorxutmaq” məqsədiylə
icra olunan bu ayindən öncə və sonra bu mərasimdə iştirak edən nəsə qızdırıcı
Azər bayramı
113
şeylər yeməli, içməlidir. Burada təəccüblü bir şey yoxdur. Ruslarda indiyə
qədər müqəddəs suya buzu qırıb girirlər. Qırılmış buzun içindəki sudan adam
doğrudan da istilənir, dəri qızarır. Bu onunla bağlıdır ki, bu zaman soyuqdan
qorunmaq üçün qan dəriyə atılır. Soyuq sudan çıxdıqdan sonra da bir müddət
qan dəriyə atılmaqda davam edir və dəri qızışır. Donmuş nahiyələri qarla
ovuşduranda da eyni hadisə baş verir. Kövsəc ayının köklərini biz Tibetdə gö-
rürük. “II ayda ən soyuq günlərdə, yoqa incəsənəti ustalarının bədənin daxili
istiliyinin (tummo) akkumilyasiyası üzrə yarışları keçirilir. Tummo ustalarının
hər biri yarış yerinə özü ilə 12 döşəkağı və buğda unundan yarıbişmiş poxleb-
ka (horra ilə xəşil arasında bir yemək T. Ə.) gətirirdi. Lüt soyunandan sonra o,
döşək ağını buzlu suya salıb, ona bükülür və bişmişdən bir fincan içir. Yoqun
bədənindən çıxan isti döşək ağını qısa zamanda qurudur. Bu proses 12 dəfə
təkrar olunur.
Kim 12 döşək ağını qurutsa o da qalib olur”
Azər bayramı – Azər ayında (indiki təqvimlə 21 noyabr – 21 dekabr)
girərdi və Azər ayının 9-cü günü bayram edilərdi. İndiki təqvimlə bu 30 no-
yabr – 1 dekabra düşür.
Zərdüştlər təzə ilin ilk ayına fərvərdin (21 mart - 21 aprel), fətvərdinin
ilk gününə isə Novruz deyərdilər. Bu təqvimlə Azər ayı 9-cu ay olurdu, qışın
ilkin çağında düşərdi. Azər ayına “qırovdüşən ay” da deyirdilər. Azərdən son-
ra “qışın oğlan çağı” təbiətin “Kişilər bayramı”, böyük çilə 40 gün bayram
edilərdi və bu düz 2 fevrala qədər, kiçik çiləyə, təbiətin qadınlıq bayramına
qədər çəkər, sonra isə 20 gün 21 fevrala qədər qadınlar bayramı olardı. “Səda”
bayramı da bu ərəfələrdə keçirilirdi.
Azər bayramının 9-cu ayın 9-cü günü keçirilməsi, doqquzun son axırıncı
olması indi təhrif edilmiş atalar sözümüzdə də var “gözəllik ondur (0-dan 9-a
qədər) doqquzuncusu dondur”, yəni gözəlliyin ən sonuncu, axırıncı atributu
xarici gözəllik, paltardır, yerdə qalanları isə daha önəmlidir. Bu atalar sözünü
təhrif olmuş formasını beynimizə yeridənlər, insanların, xüsusilə qız, qadınla-
rımızın fikir və duyğularının daha çox xariclərinə, donlarına yönəldilər, daha
üstün gözəllik atributlarından onları çəkindirməklə əzəldən gözəl, güclü olan
xalqı çirkaba, zəifliyə yuvarladılar.
Əgər təhrif olunmuş bu atalar sözünə ikinci qoşmasını, yəni “Hər gözəlin
bir eybi olar” ifadəsini də əlavə etsək onda o Azər xalqına hansı zərbənin vu-
rulduğunu bir daha görərik.
|