Kitabın adı: Aqrar sahədə mülki müdafiə


 Mülki müdafiə dəstələri və onların təyinatı



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə13/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   132
1.2. Mülki müdafiə dəstələri və onların təyinatı 
 
Aqrar sahədə adətən yığma komanda (qrup), kəşfiyyat qru-
pu (dəstəsi), radiasiya və kimyəvi müşahidə postu, sanitar dəs-
tə,  yanğın  əleyhinə komanda  (dəstə), zərərsizləşdirmə koman-


 
12 
dası (qrupu), ictimai asayişin mühafizə komandası (qrupu)  ya-
radılır. Bunlardan əlavə kənd təsərrüfatı heyvanlarının mühafi-
zəsi və kənd təsərrüfatı bitkilərinin mühafizəsi komandalarının 
da  yaradılması  vacibdir.  Yığma  və  yanğın  əleyhinə  komanda-
lar,  sanitar  dəstə  və  kəşfiyyat  qrupu  həm  aqrar  sahə  obyektlə-
rində, həm də lazım gəldikdə şəhərlərdə kömək məqsədi ilə is-
tifadə oluna bilər.  
Yığma komanda – ümumi təyinatlı obyekt mülki müdafiə 
komandası olaraq X və DTİ üçün nəzərdə tutulur. Onun tərki-
binə iki xilasetmə qrupu, sanitar mexanikləşdirilmiş işlər və zə-
rərsizləşdirmə dəstəsi daxildir. Komanda buldozerlər, ekskava-
torlar,  yük    avtomobilləri,  qaynaq  aparatları  və  digər  vacib 
texnikalarla  təchiz  olunur.  İş  növbəsi  ərzində  (adətən  10  saat) 
komanda aşağıdakı işlərdən birini yerinə yetirməlidir: zəhərlən-
miş  zonadan  200  nəfərə  qədər  zərərçəkmişi  kənarlaşdırmalı 
(250-350m  məsafəyə),   dağıntılar  altından 40 nəfərə qədər  zə-
rərçəkmişi  çıxararaq  həmin  məsafəyə  kənarlaşdırmalı,  zirzəmi 
tipli 6 mühafizə qurğusunu qazaraq hazırlamalı, 500-600 nəfər 
zərərçəkənə ilk tibbi yardım göstərməlidir.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin