aptekçə AИ-2, kimya əleyhinə fərdi paket ИПП-8 və fərdi
sarğı paketi aiddir.
AИ-2 fərdi aptekçəsində insan orqanizminə ionlaşdırıcı
şüalanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu
təsiri zəiflədən, habelə şok halının qarşısını alan preparatlar
(tibb dərmanları) olur. Aptekçə narıncı rəngli plastik kütlə
materialdan düzəldilmiş kiçik qutudan ibarətdir, içərisində
plastik kütlə şpris-tübiki və dərman penalları yerləşdirilmişdir
(şək. 34).
Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zama-
nı ağrı şokuna qarşı ağrıkəsən dərman - 1 ml 2%-li promedol
94
məhlulu işlədilir; məhlul aptekçənin 1-ci bölməsindəki şpris-tü-
bik vasitəsilə əzələyə (dəri altına) yeridilir (sülh dövründə
şpris-tübik aptekçədən çıxarılıb ayrı saxlanılır). Fosforlu-üzvi
maddələrlə zəhərlənməyə qarşı aptekçədə tabel antidotu olaraq
taren həbləri vardır (2-ci bölmədə yerləşir). Tarenin bir həbinin
"Kimya həyəçanı” xəbərdarlığı verilərkən qəbul edirlər; zəhər-
lənmənin əlamətləri aşkar olunarkən daha bir həb taren qəbul
etmək lazımdır.
Aptekçənin 3-cü bölməsindəki ağ rəngli iri penalda bakte-
riya əleyhinə 2 №li dərman-sulfadimetoksin (15 həb) yerləşir,
bunu zəhərlənmədən sonra mədə-bağırsaq pozuntusu baş verər-
kən qəbul edirlər.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini
atırmaq üçün radiasiya əleyhinə 1 №-li dərman (sistamin) işlə-
dilir. Bu dərman 4-cü bölmədəki iki çəhrayı penalın hər birin-
də 6 həb miqdarında olur. Penallardakı dərmanı şüalanma təh-
lükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəq. əvvəl 6 həb,
şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb
qəbul edirlər. Bu dərmanların səmərəliliyi 50% təşkil edir.
5-ci bölmədəki iki rəngsiz penalda bakteriya əleyhinə 1 №-
lı dərman-tetrosiklin (hər penalda 5 həb miqdarında) olur. Bu
dərmanı
bakterioloji zəhərlənmə təhlükəsi yaranarkən və ya
belə zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür (təcili
qeyri-spesifık profilaktik vasitə olaraq, habelə yara və yanıq
yoluxmalarının profilaktikası məqsədilə).
6-cı bölmədə radiasiya əleyhinə 2 № 9-li dərman (kalium-
yodid penalı yerləşir. Bu dərman radioaktiv çöküntülər düşər-
kən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə otarı-
lan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təh-
lükəsi olarkən 10 gün
ərzində, gündə 1 həb qəbul edilir. Orqa-
nizmin şüalanmaya ürəkbulanması və qusma ilə meydana çıxan
ilk reaksiyasını aradan qaldırmaq üçün etaperazin dərmanından
istifadə edilir, bu dərman göy rəngli penalın 7-ci bölməsində
yerləşir.
|