5.3. Heyvanların köçürülməsi Düşmənin əsasən iri şəhərlərə hücum ehtimalı böyük oldu-
ğundan yaxın ətrafdakı kənd təsərrüfatı heyvanlarının köçürül-
məsi vacibdir. Köçürmə həmçinin, daşqın və sel təhlükəsi ya-
randıqda da aparılır. Köçürülmə zamanı heyvanlar üçün fərdi
mühafizə vasitələrindən istifadə oluna bilər.
Kənd təsərrüfat heyvanları uzunmüddətli saxlanmadan son-
ra zəhərlənmiş zonadan köçürülür. Təhlükəsiz zonada (zəhər-
lənmiş zonadan kənarda) heyvanların baytarlıq emalı icra edi-
lir. Emalın işi mövcud normativ qaydalara uyğun olaraq yuyu-
cu vasitələrlə aparılır.