101
ilə hücum təhlükəsi yarandıqda heyvanların mühafizəsi üçün
heyvandarlıq kompleksi binaları və ya aztutumlu fərdi tövlələr,
həmçinin həmin vaxt heyvanların saxlanması nəzərdə tutulan
tikililər bu məqsədlə hazırlanmalıdır. Qaba və qüvvəli yem eh-
tiyatı etibarlı surətdə qapadılır, düşmən
tərəfindən tətbiq olunan
kütləvi qırğın vasitələrinin nəticələrinin aradan qaldırılması
üçün texnika hazırlanır. Nüvə partlayışları, düşmənin tətbiq et-
diyi zəhərləyici və bakterioloji vasitələrin vaxtında qeydə alın-
ması üçün havanın, torpağın və bitkilərin müşahidə işləri güc-
ləndirilir.
Binaların hazırlanması aşağıdakı istiqamətlərdə aparılır:
a) Binaların konstruktiv-fiziki hazırlanması. Konstruktiv-
fiziki hazırlanma dedikdə, binanın nüvə partlayışları zamanı
hava zərbə dalğasının təsirindən dağılma təhlükəsinin azaldıl-
ması üçün görülən işlər başa düşülür. Bu məqsədlə düşmən hü-
cumu ehtimal olunan istiqamətdən və ya dairəvi olaraq tikili
xaricindən hündürlüyü saxlanılan heyvanların hündürlüyünə
mütənasib, təxminən pəncərə (baca) hündürlüyündə, 70-100 sm
qalınlıqlı torpaq kütləsi verilir və ya əldə olan tikinti material-
ları ilə binadan 60-70 sm kənarda hündürlüyü 140-150 sm olan
hasar çəkilərək ara hissə torpaq kütləsi ilə doldurulur. Yanğın
təhlükəsinin aradan qaldırılması məqsədi ilə binanın (heyvan-
darlıq kompleksinin) ətrafındakı quru otlarla örtülmüş sahə bel-
lənir (şumlanılır), yanğına meylli zibillər təmizlənilir.
Saxlanılan heyvanlar üçün ehtiyat su və yem kütləsinin yara-
dılması.
b) Saxlanılan heyvanların minimal su və yem kütləsi ilə
qidalanması məqsədilə 7-10 sutkalıq yem ehtiyatı yaradılır ki,
normativ ehtiyat kütlənin həcmi əməli məşğələdə nəzərə çatdı-
rılacaqdır.
c) bina (kompleks) daxilində heyvanlara qulluğun təşkili.
Heyvanlara qulluq sağmal heyvanların sağılması, onların yem-
lənməsi və təmizlik işlərinin aparılmasından ibarətdir.
d) Bina (kompleks) daxilində ventilyasiyanın təşkili. Bina
102
(kompleks) daxilində saxlanılan heyvanların və onlara qulluq
edən insanların izolyasiya edilmiş şəraitdə uzunmüddətli qo-
runması zamanı mikromühitdə hava qarışığının tərkibinin nor-
mallaşdırılması məqsədi ilə təşkil edilir.
e) Bina (kompleks) daxilində avadanlıqlaşdırma. Saxlanı-
lan heyvanların tərkibindən asılı olaraq südəmərlər (quzu, bu-
zov) üçün arakəsmələrin və ehtiyat su və yem kütləsinin yığıl-
ması yerlərinin hazırlanması işlərinin görülməsini nəzərdə tu-
tur.
Dostları ilə paylaş: