Heyvanların saxlanması üçün tikililər kifayət etmədikdə
qazmaların yaradılması tövsiyə olunur, bu məqsədlə 2,5-3 m
dərinlikdə, 3-4 m enində torpaq qazılır. Qazmanın tavanı dirək
və taxta ilə örtülür, üzərinə isə 40-60 sm hündürlüyündə torpaq
kütləsi verilir. Qazmalar düzəldilərkən qrunt sularının səviyyə-
si nəzərə alınmalıdır. Əgər qrunt sularının səviyyəsi yüksəkdir-
sə, onda qazmanın divarları taxta ilə möhkəmləndirilməlidir.
Qazma daxilində heyvanların növündən asılı olaraq axırlar,
düzəldilir, sidiyin kənarlaşması üçün maillik yaradılır və top-
lanma üçün çuxur qazılır. Qazmalar əsasən 2-10 heyvanın sax-
lanması üçün nəzərdə tutulur.
Zərbə dalğası və radioaktiv buludun təsirindən heyvanların
qorunmasını təmin etmək məqsədilə, yerin xüsusiyyətindən
(yarğanlar, böyük meşələr) istifadə etmək mümkündür. Meşə-
nin radioaktiv maddələrdən mühafizə əmsalı 2-yə bərabərdir.
Meşədə heyvanların mühafizəsini təmin etmək üçün onları me-
şə kənarından azı 500 m dərinliyə aparmaq lazımdır. Kiçik me-
şələr, meşə zolaqları radioaktiv, zəhərləyici maddələrdən və
112
bakterioloji vasitələrdən mühafizəni təmin etmir.