Kitabın adı: Aqrar sahədə mülki müdafiə


Heyvanların fərdi mühafizə vasitələri



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə101/132
tarix30.12.2021
ölçüsü2,46 Mb.
#21119
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   132
Heyvanların fərdi mühafizə vasitələri. Mühafizə vasitələri 
əsasən qiymətli heyvanlar üçün nəzərdə tutulur və zəhərlənmə 
zonasından keçərkən istifadə olunur. İribuynuzlu heyvanlar və 
atların  tənəffüs  və  qida  yollarının  mühafizəsi  üçün  mühafizə 
maskalarından  istifadə  olunur.  Mühafizə  maskası  gövdədən, 
diblikdən və tesmalardan ibarətdir. Gövdə və diblik üç qat kisə 
materialından  hazırlanır.  Onların  arasına  süzgəc  materialı  qo-
yulur. Ən yaxşı süzgəc materialı ФПП və ya ФПА tipli Petiria-
nov parçası hesab edilir. Maskanın kənarlarının heyvanın üzü-
nə daha kip birləşməsi üçün tesmalar tikilir. Mühafizə maskası 
50 q duz, 450 mml su və 500 mml bitki yağından hazırlanmış 
yağlı  qarışıqla  hopdurulduqda  o,  tənəffüs  yollarını  zəhərləyici 
maddələrdən də mühafizə edə bilir.  
Dəri səthinin mühafizəsi üçün brezent, plyonka, kisə mate-
rialı  və  s.  istifadə  olunur.  Heyvanların  ətraflarını  (ayaqlarını) 
zəhərləyici  maddələrdən  brezentdən  tikilmiş  corablar  vasitəsi 
ilə mühafizə etmək mümkündür. Bunun üçün ətraflar əvvəlcə-
dən su ilə hopdurulur və gil pastası ilə (1 vedrə gil, 2 litr su və 


 
113 
1,5  kq  xlor)  mazlanır.  Bu  prosesdən  heyvanların  kimyəvi  zə-
hərlənmə  ocaqlarından çıxarılması üçün istifadə olunur.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin