Toplanış-köçürmə məntəqələrində (TKM) əhali toplanır,
qeydə alınır, mütəşəkkil surətdə nəqliyyata mindirilir və şəhər-
dənkənar zonaya yola salınır. Bu məntəqələr köçürülən əhali-
nin iş və ya yaşayış yerlərində hər 2-3 min adam üçün bir mən-
təqə hesabı ilə rayon (şəhər) İcra Hakimiyyəti Başçısının qərarı
əsasında yaradılır.
Toplanış-köçürmə məntəqəsinin heyəti yerinə yetirilən və-
zifələrdən və şəraitdən asılı olaraq dəyişə bilər. Onun mümkün
olan variantlarından biri 39-cu şəkildə göstərilmişdir. Toplanış-
köçürmə məntəqəsinin rayon (şəhər) köçürmə komissiyası ilə
rabitə vasitəsi olmalıdır.