140
başçısına təqdim edir; qəbuletmə məntəqələrinin şəxsi heyəti-
nin işə hazırlanmasıni təşkil edir və həyata keçirir, köçürülən
əhalinin rayonda qəbul olunmasına
və yerləşdirilməsinə rəhbər-
lik edir.
Rayonun
köçürmə-qəbuletmə məntəqələri ölkəyə basqın
təhlükəsi yarandığı FH elan edilərkən açılır, eyni zamanda şə-
hər əhalisinin yaşayış məntəqələrində yerləşdirilməsi planını
dəqiqləşdirir, gələn qatarları qəbul etmək üçün nəqliyyatdan
düşürmə (boşaltma) stansiya və məntəqələrində hazırlıq işləri
görür; şəhərdən gələn əhalini yerləşdirmə yerlərinə daşımaq
üçün nəqliyyat vasitələrini hazırlayır; tibb və məişət xidmətlə-
rini təşkil etmək üçün tədbirlər keçirirlər.
İcra hakimiyyəti nümayəndələri rəhbərləri və onların qərar-
gahları şəhərdən gələn adamların yerləşdirilə biləcəyi mənzil
fondunu, istehsalat binalarını və digər tikintiləri əvvəlcədən bö-
lüşdürür; uşaqları və qocaları yerləşdirmə məntəqələrinədək
daşımaq üçün lazım olan nəqliyyat vasitələrini müəyyənləşdi-
rir; fəhlələrin, qulluqçuların və köçürülən əhalinin qəbul edil-
məsi və yerləşdirilməsi planını işləyib hazırlayırlar. Onlar özlə-
rinin bu işlərini rayon qəbuletmə komissiyası ilə razılaşdırırlar.
Çox miqdarda əhali qəbul edən iri təsərrüfatlarda köçürü-
lənləri qəbuletmə məntəqələri təşkil olunur. Az miqdarda köçü-
rülən olduqda qəbuletmə məntəqəsi yaradılmır.
Təsərrüfat işlərini və köçürülən
əhalini həm rayonun qəbul-
etmə məntəqələrində, həm də bilavasitə nəqliyyatdan düşürmə
(boşaltma) məntəqələrində qəbul edə bilərlər. Birinci halda qə-
buletmə məntəqələri təsərrüfatların mərkəzi malikanələrində,
ikinci halda isə bilavasitə düşürmə (boşaltma) məntəqələrində
təşkil edilir,
Köçürülənləri qəbuletmə məntəqələrinin ictimai binalarda
(məktəblərdə, klublarda) yerləşdirmək məqsədəuyğundur. Bu,
gələn əhalini günün və ilin istənilən vaxtı, habelə hər cür hava-
da müvəqqəti olaraq həmin binalarda yerləşdirməyə imkan ve-
rir. Qəbuletmə məntəqələrinin qarşısına böyük
və məsul vəzifə-
141
lər qoyulur. Onlar gələn əhalini qarşılamalı, onları qeydə alma-
lı, yaşayış məntəqələri üzrə bölüşdürməli və adamları yerləşdir-
mə yerlərinə mütəşəkkil surətdə yola salmalıdırlar.
Qarşısına qoyulan vəzifələrdən və şəraitdən asılı olaraq
məntəqənin heyətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntə-
qənin rəisi, onun tərbiyə üzrə müavini; qeydəalma və uçot qru-
pu (10-12 nəfər); komendant və növbətçilər (3-5 nəfər); köçü-
rülənləri qarşılama qrupu (16-21 nəfər); komplektləşdirmə və
yola salma qrupu (6-7); iaşə qrupu (3 nəfər); tibb məntəqəsinin
işçiləri (2 nəfər); ana və uşaq otağının xidmətçiləri (2 nəfər) və
ictimai asayişi mühafizə qrupu (4-6 nəfər).
Köçürülənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təş-
kil etmək məqsədilə lazımi sənədləri hələ sülh dövründə hazır-
layırlar. Bu sənədlərin miqdarı və məzmunu müxtəlif hallarda
müxtəlif olacaqdır. Əsas sənədlər bunlardır: məntəqədə qəbul
edilməli olan köçürülən şəxslərin siyahısı; məntəqənin şəxsi
heyətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər heyətinin te-
lefon nömrələri siyahısı; köçürülən əhali yerləşdiriləcək yaşa-
yış məntəqələrinin siyahısı; köçürülənləri yerləşdirmə yerlərinə
daşımaq üçün ayrılan nəqliyyat vasitələrinin növləri üzrə miq-
darı; köçürmə vəsiqələrinin nümunələri; köçürülənləri uçota al-
maq üçün sənədlərin formaları; məntəqənin şəxsi heyətinin
xidməti vəzifələri cədvəli.
Köçürülənləri qəbuletmə məntəqəsinin rəisi vəzifəsinə rəh-
bər işçilərdən biri təyin olunur. O, sülh dövründə: gələn əhali-
nin qəbul olunması və yerləşdirilməsi qaydalarını və qəbuletmə
məntəqəsinin iş qaydasını öyrənməli, qəbuletmə məntəqəsinə
gələcək əhalinin miqdarını, onların yerləşdiriləcəyi yaşayış
məntəqələrini, qatarların və avtomobil kalonlarının nömrələri-
ni, düşürmə məntəqələrinin və qatarların təxminən nə vaxt gə-
ləcəyini, habelə radiasiyadan qoruyan daldalanacaqların yerini
bilməlidir. Ərazi zəhərlənərkən o, adamların
radiasiyadan qoru-
yan daldalanacaqlarda mühafizə olunması üçün tədbir görür.
Dostları ilə paylaş: